Jurnalistika |
---|
Yeni media jurnalistikası — istifadəçilər, habelə istifadəçilər və məzmun arasında qarşılıqlı əlaqəni təmin edən və ya təkmilləşdirən kommunikasiya texnologiyaları.[1] 1990-cı illərin ortalarında "yeni media" ifadəsi əyləncə və təhsil üçün interaktiv CD-ROM-lar üçün satış planının bir hissəsi kimi geniş istifadə olunmuşdu.[2] Bəzən Veb 2.0 kimi tanınan yeni media texnologiyaları bloqlar, vikilər, onlayn sosial şəbəkələr, virtual aləmlər və digər sosial media platformaları kimi geniş çeşidli veb ilə əlaqəli ünsiyyət vasitələrini əhatə edir.[3]
"Yeni media" ifadəsi materialı onlayn və kompüterlər vasitəsilə paylaşan hesablama mediasına aid edilir.[4] Yeni media köhnə media haqqında yeni düşüncə tərzini ilhamlandırır. Media aydın, xətti ardıcıllıqla bir-birini əvəz etmir, əksinə, bir-biri ilə əlaqəli əks əlaqə dövrələrinin daha mürəkkəb şəbəkəsində təkmilləşir.[5] Yeni medianın fərqli cəhəti onların ənənəvi medianı necə yenilədikləri və köhnə medianın yeni medianın çağırışlarına cavab vermək üçün özlərini necə dəyişdirmələridir.[6]
Onların tərkibində rəqəmsal generativ və ya interaktiv prosesləri təmin edən texnologiyalar yoxdursa, yayımlanan televiziya proqramları, bədii filmlər, jurnallar və kitablar yeni media hesab edilmir.[4]
1950-ci illərdə hesablama və radikal sənət arasında əlaqələr güclənməyə başlamışdı. 1980-ci illərdə Alan Key və onun "Xerox PARC" şirkətindəki həmkarları fərdi kompüterin hesablama qabiliyyətini böyük bir təşkilat əvəzinə fərdlərə verməyə başlamışdılar. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində sosial dəyişikliklərlə kompüter dizaynı arasında fərqli bir paralel əlaqə yaranmışdı. Bəzi ekspertlərin fikrinə görə, konseptual olaraq, Soyuq müharibə ilə internetin dizaynının eyni vaxtda baş verməsi məntiqlidir.[4]
Endrü Şapiro iddia etmişdir ki, "yeni, rəqəmsal texnologiyaların ortaya çıxması informasiya, təcrübə və resurslara kimin nəzarət etməsinin potensial olaraq köklü dəyişməsindən xəbər verir".[7] Rassell Noyman təklif etmişdir ki, "yeni media" bir istiqamətə çəkmək üçün texniki imkanlara malik olsa da, iqtisadi və sosial qüvvələr əks istiqamətdə geri çəkilir. Noymanın fikrinə görə, "biz şəxsiyyətlərarası və kütləvi ünsiyyət, ictimai və şəxsi ünsiyyət arasındakı fərqi aradan qaldıracaq universal bir-birinə bağlı audio, video və elektron mətn rabitəsi şəbəkəsinin təkamülünün şahidi oluruq".[8]
İnsanların müxtəlif medianın istehlakına sərf etmək üçün məhdud vaxta malik olduğu arqumentinə əsaslanaraq, yerdəyişmə nəzəriyyəsində iddia edilir ki, müəyyən bir orqanın izləyici və ya oxucu kütləsi fərdin digərinə sərf etdiyi vaxtın miqdarının azalmasına gətirib çıxarır. Buna görə də internet kimi yeni medianın tətbiqi fərdlərin mövcud "köhnə" mediaya sərf edəcəyi vaxtın miqdarını azaldır ki, bu da nəticədə belə ənənəvi medianın sonu ilə nəticələnə bilər.[9]
Yeni media anlayışının müxtəlif cür izahları vardır. Bu izahlar texnikanın inkişafı və ümumilikdə insanların yaradıcılıq bacarıqları ilə izah olunur. Həmçinin bu anlayış hər ölkədə fərqli cür təzahür edilir. Bunun səbəbi də mədəniyyətlərin müxtəlifliyidir. Yeni media anlayışını tam qavramaq üçün bəzi xarakterik xüsusiyyətləri bilmək lazımdır.
Bundan əlavə Yeni media anlayışını Terry Flew isə başqa cür izah etmişdir. Terry Flew bu anlayışa "3K" deyir. 3K (Kompüter / İT+ Kommunikasiya şəbəkələri + Kontent). Müasir dövrdə bu üç anlayış bir-birinə o qədər yaxınlaşıb ki, artıq bunların birləşdiyi zaman konvergensiyadan danışılır.
Yeni media dedikdə ilk ağıla gələn bu kommunikasiya ortamının məhz İnternet üzərində var olmasıdır. Ancaq Yeni media böyük anlayışdır və İnternet məkanı xaricində də offline gerçəkləşə bilir. Yeni media jurnalistikası da sadəcə İnternet, onlayn jurnalistikası deyil.
Yeni mediada yeni formatlar dedikdə ilk ağılan gələn Vebsaytlardır. Vebsaytlar Yeni media jurnalistikasının "ikinci baharı" adlandırılır. Vebsaytın texniki tərifi isə domeyn altında səhifələr yığını deməkdir. Hər gün biznes-korporativ və onlayn dükan, hökumət və qeyri-hökumət qurumları, akademik öyrədici, əyləncə-oyun, musiqi, mesajlaşma, email, sosial şəbəkələr, məlumat yayan və saxlayan, xəbər paylaşan saytlardan istifadə edilir. Bu saytların iki növü vardır.
Statik saytlar yalnızca informasiya xarakterlidir. Əsasən, həyatdan köçmüş yazıçı, şair və ya dahi şəxsiyyətlərin həyatı barədə və ya çox gec-gec yenilənməyə ehtiyacı olan məlumatlarla zəngin veb saytıdır. Statik saytlar pul qazanmağa yönəlik olmur, informativ səciyyə daşıyır.
Dinamik saytlar rəhbərlər və istifadəçilər arasında əlaqə yaratmağa imkan verən veb saytıdır. Statik saytdan fərqli olaraq buranın əsasında maliyyə əldə etmək dayanır. Daha çox trafik daha çox maliyyə prinsipi ilə işləyən bu saytlarda bəzən çoxluğun marağına səbəb olacaq gizli reklam yazıları çap edilir.
Dinamik saytlar onlayn jurnalistikanın yaranmasına səbəb olmuşdur.[10]
Onlayn jurnalistika İnternetdən istifadə etməklə xəbərlərin hazırlanıb yayılmasıdır. Həmçinin buna "İnetnert reporting"də (İnternet xəbərləmə) deyilir. İlk onlayn jurnalistika saytı 1990-cı illərdə təqdim edilib. O, ABŞ-da Şimali Karolina ştatında "The News & Observer" qəzetinin bazasında Nando saytı işə başlayıb. 1995-ci ildə isə Salon.com və Slate.com adlı yalnız onlayn xəbərləmə edən sayt istifadəyə verilmişdir.
2008-ci ilə kimi onlayn jurnalistika KİV-in əlavəsi olmuşdur. Ancaq 2008-ci ildən sonra onlayn reklamın inkişafı yeni biznes modellərinin yaranması ilə artıq müstəqil şəkildə fəaliyyət göstərdi.
Onlayn jurnalistikası digər veb saytları ilə qarışdırılmasının əsas səbəblərindən biri onların ümumi cəhətlərinin eyni olmasıdır. Ümumi cəhətlər bunlardır:
Yeni media jurnalistikası formatlarının biri kimi qəbul edilən bloq istifadəçilərin texniki bilgi tələb etmədən bəzən gündəlik kimi yazılan paylaşımların edildiyi saytlardır.
Texniki baxımdan, bloqlar hazır platformaların üzərində qurulur, lakin ayrıca domeyn üzərinə qurulan və daha çox saytlaşdırılmış bloqlar da mövcuddur. Bloqlar növlərinə görə ayrılır. Fərdi, tematik, foto, video, korporativ və.s. bloq növləri vardır.
Yeni media jurnalistikasında bloqlardan faydalanmağın 6 yolu vardır.
İnformasiya toplama və istehsal etməklə məşğul olan jurnalistikanı informasiya ilə işləyən digər peşələrdən — hüquqşünaslardan, reklamçılardan fərqləndirən ən başlıca xüsusiyyəti peşə prinsipləridir.[11]
Ənənəvi mediada olduğu kimi Yeni mediada da məzmun yaradılmasından bəhs olunur. Ancaq burda hər şey onlayn üzrə qurulur.