Vigen Karapeti Zakaryan (erm. Վիգեն Կարապետի Զաքարյան; 15 mart 1969[1], Beyrut – 8 may 1992[1], Zarıslı, Şuşa rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Erməni İnqilabi Federasiyası partiyasına mənsub olub. Zakaryan 1992-ci ilin 8 may tarixində Şuşanın işğalı əməliyyatında iştirak edərkən Azərbaycan Silahlı Qüvvələri ilə girdiyi toqquşmada öldürülmüşdür. Bu müharibədə həyatını itirmiş livan ermənilərindən biridir.
Vigen Zakaryan | |
---|---|
erm. Վիգեն Կարապետի Զաքարյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1969[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 may 1992[1] (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | erməni |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Erməni İnqilabi Federasiyası |
Döyüşlər |
Vigen Zakaryan 1969-cu ilin 15 mart tarixində Livanın paytaxtı Beyrut şəhərində erməni icmasının kompakt yaşadığı Burc Hammud səmtində anadan olub. Gənc yaşlarından Erməni İnqilabi Federasiyası partiyasına qoşulub və partiya daxili bir sıra könüllü fəaliyyətlərdə iştirak edib. Daşnaksutyunun gənclər təşkilatlarından olan Droşak şöbəsinin və Mərkəzi Təbliğat Komitəsinin nümayəndəsi kimi fəaliyyət göstərib.[2]
1990-cı ilə qədər davam etmiş Livan vətəndaş müharibəsi zamanı Beyrutun erməni səmti Burc Hammudun müdafiəsində iştirak edib və silahla ilkin davranış qaydalarını və atış bacarıqlarını inkişaf etdirib. 1992-ci ilin aprel ayında Birinci Qarabağ müharibəsində iştirak etmək üçün qanunsuz olaraq Azərbaycana gəlib.
Azərbaycana gəldikdən 1 ay sonra, 1992-ci ilin 8 may tarixində Şuşanın işğalı zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüşçüləri ilə girdiyi toqquşmada öldürülüb. Erməni mənbələrinin iddialarına görə Vigen, Şuşa şəhərinin özündə yox, Şuşa rayonunun kəndlərindən olan Zarıslıda öldürülüb.[3]
Vigen Zakaryan, Mher Culhacyanla birlikdə Birinci Qarabağ müharibəsində iştirak etmiş və öldürülmüş iki livan ermənisindən biridir. Zakaryan kimi Mher Culhacyanda Erməni İnqilabi Federasiyası xətti ilə döyüşlərə cəlb edilib. Ölümündən sonra cənazəsi Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Yerablur hərbi məzarlığında dəfn olunub.