Vilhelm Şmidt

Vilhelm Şmidt (Tam adı: alm. Wilhelm Schmidt‎; 16 fevral 1868[1][2][…]10 fevral 1954[3][1][…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) — Alman etnoqrafı.

Vilhelm Şmidt
alm. Wilhelm Schmidt
Doğum tarixi 16 fevral 1868(1868-02-16)[1][2][…]
Vəfat tarixi 10 fevral 1954(1954-02-10)[3][1][…] (85 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avstraliyada diffuzionizmin katolik kilsəsinin atası (pateri) Vilhelm Şmidtin (1868–1954) başçılıq etdiyi "Mədənitarixi məktəb" və ya "Vyana məktəbi" cərəyanı mövcud idi.

Şmidtin nəzəriyyəsinin üç başlıca mənbəyi var idi:

  • Qrebnerin "mədəni dairələr sxemi";
  • Kollmanın "piqmey" nəzəriyyəsi;
  • Endriyu lenqin allah-ataya əzəli etiqad konsepsiyası.

Şmidtin məqsədi etnologiya elmini kilsə ehkamlarına yönəltməkdən ibarət idi. О, Endriyu Lenqin "Dinin yaradılması haqda" əsərini din haqda elmdə çevriliş hesab etmiş, bu kitablardan istifadə edərək, elmi faktların köməyi ilə "ilahi kəşflər" barədə kilsə ehkamlarının və "İncil" ənənələrinin doğruluğunu sübut etməyə çalışmış, bütün əməyini və biliyini "ibtidai monoteizm" nəzəriyyəsinin yaradılmasına sərf etmişdir. Şmidt əsas ideyalarını 12 cilddən ibarət "Allah ideyasının təşəkkülü", "Piqmeylər haqqında" (1910) və "Bəşəriyyətin ilk pilləsində mülkiyyət" əsərlərində insanların yarandığı dövrdən başlayaraq xüsusi mülkiyyətə sahib olmalarını əsaslandırır. О, Vyana məkstəbi nümayəndələrinin İtaliya və Avstraliya katolik dairələrinin baxışlarını əks etdirirdi. V. Şmidt və onun davamçıları V. Koppers, M. Quze- inde, P. Şebestian ibtidai icma dövründə xüsusi mülkiyyətin, patriarxal ailənin, monoteizmin olduğunu iddia edirdilər. Onlar dövrü mədəniyyəti 7 əsas mədəni dairənin "qarışması" məhsulu kimi səciyyələndirir, bu sahədə Afrika piqmeylərinə müraciət edirdilər.

V. Şmidt Papa ХII Piy pater tərəfindən Vаtikаndakı Lateran etnoqrafiya muzeyinə direktor təyin edilmişdi. Duffizionizm АBŞ-da о qədər də əhəmiyyətli istiqamət deyildi. Onun bu qitədə ilk rüşeymləri Frans Bоasın təkamülçü baxışlarını tənqid edərək Qrebnerin ideyalarıyla razılaşması oldu. Belə ki, eyni mədəni amillər müxtəlif coğrafi regionlarda yarana bilməzdi. Hər bir yerli mədəniyyətin inkişafı üçün diffuziya mühüm əhəmiyyətə malik idi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Wilhelm Schmidt // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Шмидт Вильгельм // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118608959 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.