Vin Dizel

Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[1][2][…], Alamida qraflığı, Kaliforniya[3][4]) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb.

Vin Dizel
ing. Vin Diesel
Doğum adı Mark Sinclair
Doğum tarixi 18 iyul 1967(1967-07-18)[1][2][…] (57 yaş)
Doğum yeri
Fəaliyyəti kino aktyoru, kinorejissor, film prodüseri, ssenarist, səsləndirmə aktyoru[d], teatr aktyoru, kaskadyor, aktyor
Fəaliyyət illəri 1990-cı ildən
Təhsili
Boyu 182 sm
IMDb ID0004874
{{{imzanın izahı}}}
vindiesel.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi.

O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib.

Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir. O, bununla yanaşı Racetrack Records musiqi şirkətini və Tigon Studios oyun istehsalı şirkətinin qurucusudur.

  • 1990 — Awakenings — Sanitar
  • 1997 — Strays — Rik, həmçinin prodüser, rejissor, ssenarist
  • 1998 — Sıravi Rayanı xilas etmək — Sıravi Adrian Kaparzo
  • 1999 — The Iron Giant — Dəmir div
  • 2000 — Boiler Room — Chris Varick
  • 2000 — The Chronicles of Riddick: Pitch Black — Riçard B. Riddik
  • 2001 — ForsajDominik Toretto
  • 2002 — Knockaround Guys — Taylor Reese
  • 2003 — XXX — Xander Cage
  • 2003 — A Man Apart — Sean Vetter
  • 2004 — The Chronicles of Riddick — Riçard B. Riddik, həmçinin prodüser
  • 2005 — The Pacifier — Şeyn Vulf
  • 2006 — Find Me Guilty — Djeki DiNorşio
  • 2006 — Forsaj 3: Tokio Drifti — Dominik Toretto, Kameo
  • 2008 — Eramızın Babili — Туроп
  • 2009 — Forsaj 4 — Dominik Toretto
  • 2009 — Los Bandoleros — Dominik Toretto, həmçinin prodüser, rejisor, senarist
  • 2011 — Forsaj 5 — Dominik Toretto, həmçinin prodüser
  • 2013 — Forsaj 6 — Dominik Toretto
  • 2013 — Riddick — Riçard B. Riddik, həmçinin prodüser
  • 2014 — Qalaktika mühafizəçiləri — Groot
  • 2015 — Forsaj 7 — Dominik Toretto
  • 2014 — The Last Witch Hunter — Kaulder
  • 2016 — Billy Lynn's Long Halftime Walk — Shroom
  • 2017 — XXX: Return of Xander Cage — Xander Cage
  • 2017 — Forsaj 8 — Dominik Toretto
  • 2017 — Qalaktika mühafizəçiləri 2 — Groot
  • 2018 — Qisasçılar: Sonsuzluq savaşı — Groot
  • 2018 — Ralph Breaks the Internet — Groot
  • 2019 — Qisasçılar: Final — Groot
  • 2020 — Bloodshot — Ray Garrison / Bloodshot
  • 2021 — Forsaj 9 — Dominik Toretto
  • 2022 — Tor: Məhəbbət və İldırım — Groot
  • 2023 — Qalaktika mühafizəçiləri 3 — Groot
  • 2023 — Forsaj 10 — Dominik Toretto