Qisasçılar: Final

Qisasçılar: Final (ing. Avengers: Endgame) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2019-cu ilin aprel ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. "Qisasçılar" (2012), "Qisasçılar: Altron dövrü" (2015) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018) filmlərinin sikveli olan "Final" MKK-na daxil olan iyirmi ikinci filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkiblər.

Qisasçılar: Final
ing. Avengers: Endgame
Filmin rəsmi afişası
Filmin rəsmi afişası
Janr superqəhrəman filmi, fantastika filmi, döyüş filmi, macəra filmi
Əsas mövzu son[d]
Rejissorlar
Prodüser
İcraçı prodüserlər Con Favro[d][2], Ceyms Qann[d][2], Sten Li[2]
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
Montajçı Ceffri Ford[d][2]
İstehsalçılar Marvel Studios, Walt Disney Studios Motion Pictures[d]
Distribütor Walt Disney Studios Motion Pictures[d], Disney+
İlk baxış tarixi 26 aprel 2019[9], 23 aprel 2019[23], 24 aprel 2019[24], 22 aprel 2019[23], 25 aprel 2019[25][26], 29 aprel 2019[23]
Müddət 181 dəq.[27]
Büdcə 356.000.000 $[28]
Gəlir 2.797.501.328 $[29]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Edinburq[31], Qlazqo[31]
IMDb ID4154796
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film ilk dəfə, 2014-cü ilin oktyabrında "Qisasçılar: Sonsuzluq savaşı — 2-ci hissə" adı ilə elan edilmişdir. Russo qardaşlarının 2015-ci ilin aprelindən filmin rejissor kürsüsünə əyləşmişlər, həmin ilin mayından isə Markus və MakFili filmin ssenarisi üzərində işə başlamışlar. 2016-cı ilin iyulunda Marvel filmin adını dəyişərək sadəcə "Adsız Qisasçılar filmi" adlandırmışdır. Filmin çəkilişlərinə 2017-ci ilin avqustunda Corciya ştatının Fayett dairəsindəki "Pinewood Atlanta Studios" studiyalarında başlanılmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə ard-arda çəkilən filmin çəkilişləri 2018-ci ilin yanvarında tamamlanmışdır. Əlavə çəkilişlər Atlanta şəhərinin mərkəzində aparılmışdır. 2018-ci ilin dekabrında rəsmən filmin "Qisasçılar: Final" adlanacağı elan edilmişdir.

Filmin premyerasının 26 aprel 2019-cu ildə IMAX3D formatlarında baş tutması planlaşdırılır.

Tanosun Sonsuzluq daşlarını istifadə etməsindən[N 1] sonra kainatda olan bütün canlıların yarısı, o cümlədən Klint Bartonun ailəsi külə çevrilir. Üç həftə sonra, Titanda qarşılaşmadan sonra kosmosda köməksiz qalan NebulaToni Stark Kerol Denvers (Kapitan Marvel) tərəfindən xilas edilir. Yerdə onları Nataşa Romanova, Brüs Benner, Stiv Rocers, Raketa, Tor, Pepper PottsCeyms Roudi qarşılayırlar. Dəstə Tanosu taparaq daşların təsirini geri qaytarmağa çalışsa da, məlum olur ki, Sonsuzluq daşlarının sonradan istifadə olunmasının qarşısını almaq məqsədi ilə Tanos onları məhv etmişdir. Hiddətlənən Tor, Tanosun başını kəsərək onu öldürür.

Beş il sonra kvant aləmindən çıxa bilən Skott Lenq [N 2] Romanova və Rocersi taparaq Qisasçılara qoşulur. Kvant aləmində əldə etdiyi təcrübəyə istinad edən Lenq, bildirir ki, onlar zaman səyahəti edə bilərlər. Romanova, Rocers və Lenq, həyat yoldaşı Pepperlə birlikdə azyaşlı qızı Morqanı böyüdən Toni ilə görüşərək deyirlər ki, onlar keçmişə səfər edərək Sonsuzluq daşlarını müasir dövrə qaytara və Tanosun əməllərinin nəticəsini ləğv edə bilərlər. Toni qızı Morqanı itirməkdən qorxaraq əvvəlcə bu təklifi rədd etsə də, sonradan Piter Parkeri xatırlayaraq fikrini dəyişir. Bundan sonra Stark, zaman səyahətini stabilləşdirən qurğu icad edir. Bu arada Nataşa, kədər hissinin qəddar qatilə çevirdiyi Bartonu taparaq Qisasçıların qərargahına qaytarır.

Yenidən birləşmiş Qisasçılar, planı həyata keçirmək üçün kiçik komandalara bölünürlər. Benner, Rocers, Lenq və Stark 2012-ci ilin Nyu-Yorkuna qayıdırlar.[N 3] Sanktum Sanktoruma gələn Benner Qədimlə görüşərək Zaman daşını ona verməyi xahiş edir. Qədim Bennerə xəbərdarlıq edərək, Sonsuzluq daşlarının keçmişdən qoparılmasının pis nəticələr verəcəyini bildirir. Benner isə öz növbəsində daşları qaytaracaqlarına söz verir. Zəka daşını ələ keçirmək üçün Stiv Rocers Hidra agentləri və özünün 2012-ci il versiyasına qalib gəlsə də, Lenq və Starkın Tesseraktı ələ keçirmək cəhdi uğursuzluqla nəticələnir. Daşı oğurlayan Loki, onların əlindən qaçmağa müvəffəq olur.

Rocers və Stark 1970-ci il ABŞ ordusunun Ley düşərgəsinə[N 4] getmək üçün Pimin sonuncu kiçildici hissəciklərini istifadə edirlər. Orada onlar Tesseraktın daha erkən versiyasını və Henk Pimin kvant hissəciklərini oğurlayır və öz dövrlərinə qayıdırlar.

2013-cü ilin Asqardına qayıdan Tor və Raketa Ceyn Fosterdən[N 5] Reallıq daşını alır, Tor isə məhv edilmiş[N 6] Myölneri qaytarır. 2014-cü ilin Vormirinə gələn Barton və Romanova Qırmızı kəllədən öyrənir ki, Ruh daşını əldə etmək üçün əziz olan adamın canını qurban vermək lazımdı. Nəticədə Nataşa Romanova özünü qurban verərək həlak olur.

2014-cü ilin Moraqına gələn Nebula və Roudi Piter Kuilldən əvvəl Güc daşını ələ keçirir.[N 7] Roudi Güc daşı ilə müasir dövrə qayıtsa da, Nebulanın bədəninin kibernetik hissələri 2014-cü il Nebulasının bədəninin kibernetik hissələri ilə qarşılıqlı əlaqəyə keçdiyinə görə o Moraqı tərk edə bilmir. Bu əlaqə nəticəsində 2014-cü ilin Tanosu müasir dövrdə baş verən hadisələrdən xəbər tutur və 2014-cü ilin Nebulasını müasir dövrə göndərir.

Bütün daşların toplanmasından sonra, Benner külə çevrilmiş canlıların qaytarılması üçün onları istifadə edir. 2014-cü ilin Nebulası zaman maşınını istifadə edərək 2014-cü iliin Tanosunu ordusu ilə birlikdə müasir dövrə gətirir və Tanos Qisasçılara hücum edir. Rocers, Tor və Stark birlikdə Tanosa qarşı döyüşürlər və Rocers Myölnerə layiq olduğunu sübut edir, lakin Tanos onlara qalib gələrək Qara ordeni və ordusunu çağıraraq Yeri mühasirəyə alır. Müasir Nebula, bacısı Qamoranın 2014-cü il versiyasını Tanosa qarşı çıxmağa razı sala bilir və özünün 2014-cü il versiyasını öldürür.

Doktor Strenc Tanosun ordusu ilə döyüşmək üçün, bütün tərəfdaşlarını, o cümlədən Vakanda və Asqard, həmçinin maqların ordusunu Qisasçıların qərargahına transportasiya edir. Döyüş zamanı Stark Sonsuzluq daşlarını istifadə edərək Tanos və onun ordusunu məhv edir, lakin daşların istifadəsi zamanı Toni Stark özü də ağır yaralanır və döyüşdən sonra vəfat edir.

Starkın dəfnindən sonra Tor, Valkiriyanı Asqard kraliçası elan edir, özü isə Qalaktika mühafizəçilərinə qoşulur. Sonsuzluq daşları və Myölneri aid olduqları vaxt və yerə qaytaran Stiv Rocers keçmişdə qalaraq Peggi Karterlə yaşamağa qərar verir. Müasir dövrdə isə yaşlı Rocers öz qalxanını Sem Vilsona həvalə edir.

Özünü "dahi, milyarder, pleyboy və filantrop" kimi təqdim edən Qisasçıların lideri və havadarıdır, özü hazırladığı elektromexanik zirehli kostyuma malikdir.[32][33]
Asqard kralı və Qisasçılardan biridir.[34] "Tor: Raqnarök" filmində Myölnerin məhv edilməsindən sonra, Tor, Ştormbreyker adlı yeni baltaya malikdir.[35]
Qisasçılardan biri, dahi alimdir, güclü qamma şüalanmasından sonra qəzəbləndiyi zaman bədheybətə çevrilir[36]. Personajın "Tor: Raqnarök"da başladılmış hekayə xətti inkişaf və davam etdirilir.[37]
Qisasçıların hökumətin təklifinə qarşı çıxan fraksiyasının lideridir. İkinci Dünya müharibəsi veteranı olan Rocersə müharibə zamanı təcrübəvi maddə vurularaq onun fiziki imkanları superinsan səviyyəsinə çatdırılmışdır.[34] Evansın Marvellə altı film üçün nəzərdə tutulmuş əməkdaşlıq müqaviləsi "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə başa çatsa da, aktyor, "Qisasçılar: Final" filmində də Kapitan Amerika obrazını canlandırmağa razılıq vermişdir.[38]
Yüksək hazırlıqlı casus, Stiv Rocersin tərəfini tutan Qisasçılardan biri və keçmiş Q. A. L. X. A. N casusudur.[33][39]
Avtomobil qəzasından sonra əl sabitliyini itirmiş keçmiş neyrocərrahdır, sağlamlığına qovuşmaq üçün səyahətə çıxır, gizli sehr aləmi ilə tanış olur, alternativ reallıqlarla qarşılaşır və Mistik Sənətlər Ustadı adını alır.[40]
ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş zabitidir, Qisasçılar filmində Döyüş maşını adlı zirehli geyimi ələ keçirir.[41]
Starkın protejesi olan yeniyetmədir, genetik modifikasiya edilmiş hörümçəyin dişləməsindən sonra hörümçəyin bacarıqlarına oxşar bacarıqlar əldə edib.[42]
Afrikada yerləşən Vakanda adlı ölkənin kralıdır, ürək bitkisinin məhlulunu içdiyinə görə superinsan gücünə malikdir.[43]
Android, C. A. R. V. İ. S. adlı süni intelletk əsasında Zəka daşından istifadə edilərək yaradılmışdır.[44]
Qisasçıların Rocersə sadiq olan heyətinin üzvüdür, hipnoz və telekinez bacarığına malik cadugərdir.[45]
Qisasçıların Rocersə sadiq olan heyətinin üzvüdür, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş üzvüdür, xüsusi dizayn edilmiş mexaniki qanadlara malikdir.[46]
Rocersin yaxın dostu və tərəfdaşı, mükəmməlləşdirilmiş qatildir, İkinci Dünya müharibəsi zamanı beyin yumasına məruz qalmışdır.[47] Əvvəl Qış əsgəri adını daşıyan Barns Vakandada olarkən yerli əhali tərəfindən ona verilmiş Ağ qurd adını götürür.[35]
Torun götürülmə qardaşıdır, Skandimav mifologiyasındakı eyni adlı tanrı personajı əsasında yaradılmışdır.[48]
  • Benedkt Vonq — Vonq:
Mistik Sənətlər Ustadlarından biridir. Ona Kamar-tacdakı ən dəyərli relikviyalar və kitabların müdafiəsi həvalə edilmişdir.[49]
Qalaktika mühafizəçiləri dəstəsinin empatik güclərə malik üzvüdür.[50]
Tanosun ögey qızıdır, Qamora ilə birlikdə böyüdülmüşdür.[51]
Mühafizəçilər dəstəsinin üzvüdür, ailəsini öldürmüş Tanosdan qisas almağı arzulayır.[52]
Mühafizəçilər dəstəsinin üzvüdür, ailəsini qətlə yetirmiş Tanos tərəfindən övladlığa götürülmüşdür. Tanos kiçik yaşlarından şəxsən onu məşq etdirərək döyüşçü kimi yetişdirmişdir.[53]
Qalaktika mühafizəçiləri dəstəsinin üzvü olan genetik modifikasiya edilmiş yenotdur. Peşəkar baş ovçusu və muzdlu döyüşçü olan Raketa döyüş taktikaları və silahlarla ustad davranış qaydalarına malikdir.[54] Şon Qann filmin çəkilişləri zamanı Raketa obrazını canlandırmış və onun aktyor ifası əsasında hərəkət tutma texnologiyasına əsasən personaj işlənmişdir.[55]
Toni Starkın mühasibəsi və "Stark Industries"in icraçı direktorudur.[56] Filmdə Pepper Potts Dəmir-adam kimi gücləndirilmiş ekzoskelet formalı zirehli kostyum geyinir.[57]
Reallığı dəyişdirmək üçün bütün Sonsuzluq daşlarını toplamağa çalışan, Titan planetindən olan interqalaktik despotdur.[58][59] Brolin, personajı səsləndirməklə yanaşı, həm də hərəkət tutma texnologiyası ilə canlandırılmasını həyata keçirmişdir.[60]
Qalaktika mühafizəçilərinin yarı-insan, yarı-selestial olan lideridir. Uşaq yaşlarında Yer kürəsindən oğurlanaraq Dağıdıcılar adlandırılan yad planetlilər tərəfindən yetişirilmişdir.[45]
Ustad oxçu, Q. A. L. X. A. N casusudur.[61][62] Barton filmdə, komikslərdə Ronin personajının geyiminə bənzər yeni kostyum geyinir.[63]
Henk PimCanet van Daynın qızıdır; anasının kostyumuna oxşar arı kostyumu geyinir. Lilli, canlandırdığı personajın "Qisasçılar: Sonsuzluq savaşı" filmində yer almayacağını demiş, əvəzində personaj "Qarışqa-adam və Eşşək arısı" filmində rol almışdır.[64]
Stark Industries şirkətinin keçmiş təhlükəsizlik xidməti rəhbəri, Toni Starkın cangüdəni və sürücüsü.[56]
Keçmiş cinayətkardır, Qarışqa-adam kostyumunu geyinərək Qissçılara qoşulur.[33]
ABŞ Hərbi Hava Qüvvələri pilotudur, qəza zamanı onun DNA-sı Krii DNA-sı ilə qarışır ki, bu da Denversə superinsan güc və bacarıqları verir.[65][66] Ssenari müəllifi Kristofer Markus deyr ki, Denvers o qədər böyük gücə malikdir ki, bu vaxta kimi MKK personajlarının heç birindəbelə güc olmayıb.[67]

Bunlardan başqa, Frenk Qrillo və Letisiya Rayt daha əvvəl MKK filmlərində canlandırdıqları Brok Rumlou / Krossbonus və Şuri rollarına qayıdıblar.[68][69] Hiroyuki SanadaKetrin Lenqford filmdə naməlum obrazları canlandırıblar.[70][71] Qisasçıların yaradıcılarından biri olan Sten Li filmdə kameo rolunu almışdır.[72]

Xarici video

Marvel Studios' Avengers — Official Trailer

Filmin 7 dekabr 2018-ci ildə yayımlanmış ilk rəsmi treyleri

Marvel Studios' Avengers: Endgame — Official Trailer

Filmin 14 mart 2019-cu ildə yayımlanmış ikinci rəsmi treyleri.

2014-cü ilin oktyabrında Marvel "Qisasçılar: Altron dövrü" filminin iki hissəli sikvelinin çəkiləcəyini, "Qisasçılar: Sonsuzluq savaşı. I hissə"nin 4 may 2018-ci ildə, "Qisasçılar: Sonsuzluq savaşı. II hissə"nin isə 3 may 2019-cu ildə çıxarılacağını elan edir.[73][74] 2015-ci ilin aprelində Entoni və Co Russo qardaşlarının[75] hər iki filmin ard-arda[76] çəkilişlərinə 2016-cı ildə başlayacağı müəyyən olur. Həmin ay Kevin Fayqi bildirir ki, "onlar, bir-birindən ayrı iki müstəqil film çəkirlər, çünki, onlar oxşar elementlərə malik olsalar da, bir-birindən fərqlidirlər. Buna görə, mən onları iki hissəyə bölünmüş bir hekayə adlandırmazdım. Onlar, bir-birindən fərqli iki müstəqil film olacaqlar."[77] 2015-ci ilin mayında Kristofer Markus və Stefan MakFilinin hər iki film üçün ssenari yazacağı elan edilir.[78] Bir il sonra iki hissəli film çəkilməsi haqqında məlumatların təkzib edilməsi üçün iki ayrı film çəkdiklərini bildirirlər, Co Russo isə qeyd edir ki, "Biz onların adlarını da dəyişəcəyik, sadəcə indi ad fikirləşməmişik."[79] 2016-cı ilin iyulunda Marvel birinci filmin "Qisasçılar: Sonsuzluq savaşı" olacağını elan edir.[80]

Filmin əsas çəkilişləri 10 avqust 2017-ci ildə[81] "Meri Lou 2" işçi adı adı altında[82], Trent Opaloçun operatorluğu[83] ilə Corciya ştatının Feyett dairəsindəki "Pinewood Atlanta Studios"[84] da başlamışdır. 14 iyul 2017-ci ildə çəkilişlər yekunlaşdırılır.[85]

  1. 2018-ci ildə çıxarılmış Qisasçılar: Sonsuzluq savaşı filmində təsvir edilir.
  2. Skott Lenqin Kvant aləmində qalması 2018-ci ildə çıxarılmış Qarışqa-adam və Eşşək arısı filmində təsvir edilir.
  3. Həmin dövrün hadisələri 2012-ci ildə çıxarılmış Qisasçılar filmində təsvir edilmişdir.
  4. 2014-cü ildə çıxarılmış Kapitan Amerika: Qış əsgəri filmində təsvir edilib.
  5. Cey Fosterin Reallıq daşını əldə etməsi ilə bağlı hadisələr 2013-cü ildə çıxarılmış Tor: Qaranlıq dünya filmində təsvir edilib
  6. Myölner 2017-ci ildə çıxarılmış Tor: Raqnarök filmində məhv edilmişdi.
  7. Piter Kuillin Güc daşını oğurlaması 2014-cü ildə çıxarılmış Qalaktika mühafizəçiləri filmində təsvir edilib.
  1. 1 2 Strom M. Joe & Anthony Russo to Direct 2-Part Marvel's 'Avengers: Infinity War' Event (ing.): The directors of Marvel's 'Captain America: The Winter Soldier' sign on for Phase 3's dramatic climax!. // marvel.com 2015.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 Avengers: Endgame Press Kit (ing.). The Walt Disney Company. P. I.
  3. 1 2 Strom M. Christopher Markus & Stephen McFeely to Write Marvel's 2-Part 'Avengers: Infinity War' Event (ing.): The writing team behind all 3 Captain America films to join the Avengers!. // marvel.com 2015.
  4. 1 2 Chitwood A. Chris Hemsworth Reveals the 3 Marvel Movies Left on His Contract (ing.). // Collider Canada: 2015.
  5. Sciretta P. Watch: All Of Your Marvel Phase 3 Questions Answered By Marvel Head Kevin Feige (ing.). // /Film 2014.
  6. Butler T. Mark Ruffalo Promises Epic Arc For Hulk Across Thor 3 and Infinity War (ing.). // Yahoo! 2016.
  7. 1 2 3 4 5 6 7 8 9 10 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  8. Josh Brolin Joins Marvel’s ‘Avengers’ Sequels as Villain Thanos (ing.). // TheWrap 2014.
  9. 1 2 Strom M. Marvel's The Avengers Head Into an Infinity War (ing.). // marvel.com 2016.
  10. Babbage R. Loki to appear in Thor: Ragnarok and both parts of Avengers: Infinity War (ing.). // Digital Spy 2014.
  11. Robert Downey Jr. To Return As Marvel's Iron Man (ing.): RDJ inks new Marvel deal. // marvel.com 2013.
  12. Kit B. Robert Downey Jr. Joins 'Spider-Man: Homecoming' (ing.). // The Hollywood Reporter / J. Min LA: Penske Media Corporation, 2016. ISSN 0018-3660
  13. Goldberg M. Samuel L. Jackson on How He Factors into ‘xXx 3’ and Nick Fury’s Return for the ‘Avengers’ Sequels (ing.). // Collider Canada: 2016.
  14. 1 2 3 4 5 6 7 8 Avengers: Endgame Press Kit (ing.). The Walt Disney Company. P. II.
  15. 1 2 Lincoln R. A. Marvel’s ‘Avengers 3’ Gets Official Title With Temp Name Hung On ‘Avengers 4’ (ing.). // Deadline Hollywood 2016.
  16. Avila M. Watch: Evangeline Lilly on introducing the Wasp, when she'll join The Avengers (ing.). // blastr.com 2016.
  17. Collis C. Doctor Strange will play a 'very, very important' role in the MCU, Marvel Studios president says (ing.). // Entertainment Weekly NYC: Meredith Corporation, 2016. ISSN 1049-0434; 2169-3188
  18. Avengers: Endgame Press Kit (ing.). The Walt Disney Company. P. 3.
  19. Ricwulf D. Jeremy Renner & Michael Douglas Hint At Marvel Team-Up (ing.). // Screen Rant Montreal: 2016.
  20. McLean P. Karen Gillan on Tupperware Party, Inverness and Avengers (ing.). // BBC News 2017.
  21. 1 2 3 Avengers: Endgame (ing.). 2019. P. I.
  22. Burlingame R. Avengers Composer Alan Silvestri To Return For Infinity War (ing.). // ComicBook.com 2016.
  23. 1 2 3 Avengers: Endgame (2019): Release Info (ing.). 1990.
  24. Avengers: Endgame (dan.).
  25. https://www.haberturk.com/iste-avengers-endgame-in-surprizlerle-dolu-tam-kadrosu-2440297.
  26. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  27. Avengers: Endgame (2019): Technical Specifications (ing.). 1990.
  28. Box Office Mojo (ing.). 1999.
  29. https://www.boxofficemojo.com/movies/?id=marvel2019.htm.
  30. 1 2 https://www.bing.com/ck/a?!&&p=f98cf9cf4854f337JmltdHM9MTY4NTE0NTYwMCZpZ3VpZD0zMDlhYmRkMS0zYjQxLTY5ZGEtMjMzMC1hZWRlM2EwNjY4ZTUmaW5zaWQ9NTI0Mw&ptn=3&hsh=3&fclid=309abdd1-3b41-69da-2330-aede3a0668e5&psq=avenger+adgame+lieu&u=a1aHR0cHM6Ly93d3cuYWxsb2NpbmUuZnIvZmlsbS9maWNoZWZpbG1fZ2VuX2NmaWxtPTIzMjY2OS5odG1s&ntb=1.
  31. 1 2 Donohoe G. New £400m Marvel blockbuster Avengers: Infinity War to be shot in Glasgow and Edinburgh (ing.). // Daily Record 2017. ISSN 0956-8069
  32. Kit, Borys. "Robert Downey Jr. Joins 'Spider-Man: Homecoming'". The Hollywood Reporter. April 21, 2016. April 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 21, 2016.
  33. 1 2 3 Mithaiwala, Mansoor. "Robert Downey Jr. Announces Avengers 4 Return". Screen Rant. October 28, 2017. November 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 4, 2017.
  34. 1 2 Chitwood, Adam. "Chris Hemsworth Reveals the 3 Marvel Movies Left on His Contract". Collider. April 14, 2015. April 15, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 15, 2015.
  35. 1 2 Breznican, Anthony. "Behind the scenes of Avengers: Infinity War as new heroes unite — and others will end". Entertainment Weekly. March 8, 2018. March 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2018.
  36. McMillian, Graeme. "Mark Ruffalo Suggests 'Avengers 4' Is Still 'In Flux'". The Hollywood Reporter. September 7, 2018. September 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2018.
  37. Eisenberg, Eric. "Apparently Mark Ruffalo And Kevin Feige Have Planned A Special Trilogy for the Hulk". Cinema Blend. October 10, 2017. October 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 10, 2017.
  38. "Chris Evans Agreed to Avengers 4 Because It's 'Going to Wrap Everything Up'". Superhero Hype. June 11, 2017. June 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2017.
  39. Welch, Alex. "Black Widow Heads to Japan in Avengers 4 Set Photos". Screen Rant. August 22, 2017. August 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2017.
  40. Collis, Clark. "Doctor Strange will play a 'very, very important' role in the MCU, Marvel Studios president says". Entertainment Weekly. October 13, 2016. October 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2016.
  41. Damore, Meagan. "Paltrow Confirms Avengers 4 Role for Cheadle's War Machine". Comic Book Resources. September 21, 2017. September 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 21, 2017.
  42. Kit, Borys; Couch, Aaron. "Marvel's Kevin Feige on Why the Studio Won't Make R-Rated Movies, 'Guardians 2' and Joss Whedon's DC Move". The Hollywood Reporter. April 18, 2017. April 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 18, 2017.
  43. Perry, Spencer. "More Avengers 4 Set Photos Featuring Hulk, Black Panther, and More". ComingSoon.net. October 26, 2017. March 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2018.
  44. Radish, Christina. "Paul Bettany on 'Manhunt: Unabomber', Understanding Ted Kaczynski, and 'Avengers: Infinity War'". Collider. August 15, 2017. August 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2017.
  45. 1 2 Lincoln, Ross A. "Marvel's 'Avengers 3' Gets Official Title With Temp Name Hung On 'Avengers 4'". Deadline Hollywood. July 29, 2016. July 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 30, 2016.
  46. Palmer, Frank. "Exclusive: Anthony Mackie Says FALCON Won't Die". Screen Geek. March 20, 2017. March 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2017.
  47. Ellwood, Gregory. "Sebastian Stan Says Marvel Studios Training Put To Good Use On 'I, Tonya' [Interview]". The Playlist. September 11, 2017. July 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 15, 2017.
  48. Babbage, Rachel. "Loki to appear in Thor: Ragnarok and both parts of Avengers: Infinity War". Digital Spy. November 1, 2014. November 1, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 2, 2014.
  49. Mueller, Matthew. "Benedict Wong Teases 'Avengers 4' Spoilers Cleaning". Comicbook.com. September 21, 2018. September 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2018.
  50. Sandwell, Ian. "Another Guardians of the Galaxy star confirms they'll be coming back for Avengers 4". Digital Spy. September 29, 2017. October 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 30, 2017.
  51. McLean, Pauline. "Karen Gillan on Tupperware Party, Inverness and Avengers". BBC News. January 17, 2017. January 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2017.
  52. Armitage, Hugh. "Exclusive: Guardians of the Galaxy Vol 3 delay might affect Avengers 4's plot, according to Dave Bautista". Digital Spy. August 31, 2018. September 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2018.
  53. Deen, Sarah. "Has Guardians of the Galaxy star Zoe Saldana revealed the name of Avengers 4?". Metro. April 24, 2017. April 24, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2017.
  54. Evans, Mel. "Bradley Cooper asked Avengers 4's Russo Brothers if they altered Rocket's voice for Infinity War". Metro. October 7, 2018. October 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2018.
  55. Tramel, Jimmie. "Tulsa-bound actor Sean Gunn knows Marvel-ous details, but can't share yet". Tulsa World. September 23, 2018. September 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2018.
  56. 1 2 Damore, Meagan. "Avengers 4 Set Photos Capture Iron Man Character's Return". Comic Book Resources. August 22, 2017. August 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2017.
  57. Boucher, Geoff. "Spider-Women, Captain Marvel & Harley Quinn: Females Fly In The Face Of Old Hollywood Perceptions". Deadline Hollywood. November 30, 2018. December 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2018.
  58. Dolloff, Matt. "Josh Brolin Announces Return For Avengers 4 Filming". Screen Rant. July 30, 2017. November 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2017.
  59. Peters, Megan. "Avengers: Infinity War Synopsis Released". ComicBook.com. May 19, 2017. May 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2017.
  60. Busch, Jenna. "Josh Brolin on Playing Thanos in the Marvel Cinematic Universe". Superhero Hype!. February 1, 2016. February 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2016.
  61. Stern, Marlow. "Jeremy Renner Opens Up About Marriage, His Problems with the Media, and the Future of Hawk-Eye". The Daily Beast. September 29, 2014. June 25, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 24, 2015.
  62. Ricwulf, Daniel. "Jeremy Renner & Michael Douglas Hint at Marvel Team-Up". Screen Rant. October 24, 2015. October 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2016.
  63. Cardona, Ian. "Avengers 4 Trailer Reveals First Look At Jeremy Renner As Ronin". Comic Book Resources. dekabr 7, 2018. dekabr 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 7, 2018.
  64. Avila, Mike. "Watch: Evangeline Lilly on introducing the Wasp, when she'll join The Avengers". Blastr. October 9, 2016. October 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2016.
  65. Robinson, Joanna. "What RoboCop Has to Do with the Future of the Marvel Cinematic Universe". Vanity Fair. November 28, 2017. November 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2017.
  66. Coggan, Devan. "Brie Larson takes flight as Captain Marvel on this week's EW cover". Entertainment Weekly. September 5, 2018. September 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2018.
  67. Keyes, Rob. "Avengers 4 Writers Had Fun With Captain Marvel's Unprecedented Power Level". Screen Rant. March 23, 2018. March 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 23, 2018.
  68. McMillan, Graeme. "'Avengers 4' Will Feature Flashbacks, Says Actor Frank Grillo". The Hollywood Reporter. October 25, 2018. October 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2018.
  69. Fleming Jr, Mike. "Hot Package: John Boyega, Letitia Wright To Star In Mike Cahill-Directed Sci-Fi 'Hold Back The Stars'". Deadline Hollywood. November 8, 2018. November 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2018.
  70. Petski, Denise. "'Westworld': Hiroyuki Sanada Set To Recur in Season 2 of HBO Series". Deadline Hollywood. September 15, 2017. September 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 15, 2017.
  71. Gonzalez, Umberto. "'13 Reasons Why' Star Katherine Langford Joins 'Avengers 4' (Exclusive)". TheWrap. October 26, 2018. October 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2018.
  72. Fitch, Adam. "Stan Lee Has Already Filmed Cameos for Black Panther Avengers 4, & More". Comic Book Resources. September 11, 2017. January 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2018.
  73. Siegel, Lucas. "Marvel Announces Black Panther, Captain Marvel, Inhumans, Avengers: Infinity War Films, Cap & Thor 3 Subtitles". Newsarama. October 28, 2014. October 28, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2014.
  74. Strom, Marc. "Marvel's The Avengers Head into an Infinity War". Marvel.com. October 28, 2014. October 29, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2014.
  75. Strom, Marc. "Joe & Anthony Russo to Direct 2-Part Marvel's 'Avengers: Infinity War' Event". Marvel.com. April 7, 2015. April 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2015.
  76. Kit, Borys; Siegemund-Broka, Austin. "Russo Brothers to Direct 'Avengers: Infinity War' Parts 1 and 2". The Hollywood Reporter. March 23, 2015. March 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 23, 2015.
  77. Zalben, Alex; Horowitz, Josh. "Marvel's Movie Future: Here's Everything You Need To Know Through… Phase 4?". MTV. April 12, 2015. April 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2015.
  78. Strom, Mark. "Christopher Markus & Stephen McFeely to Write Marvel's 2-Part 'Avengers: Infinity War' Event". Marvel.com. May 7, 2015. May 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2015.
  79. Ryan, Mike. "Russo Brothers Confirm: 'Avengers: Infinity War 1 And 2' Will Be Retitled". Uproxx. May 4, 2016. May 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2016.
  80. McNary, Dave. "Marvel's 'Avengers: Infinity War' Will be One Movie, Not Two". Variety. July 29, 2018. October 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2018.
  81. Perry, Spencer. "Avengers 4 Filming Has Begun!". ComingSoon.net. August 10, 2017. August 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 10, 2017.
  82. Marc, Christopher. "'Avengers 4' aka 'Mary Lou 2' Shoots July–December in Atlanta". Omega Underground. June 14, 2017. June 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2017.
  83. Cabin, Chris. "'Captain America: Civil War' Directors on Landing Spider-Man, 'Infinity War' Shooting Schedule". Collider. January 14, 2016. January 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 14, 2016.
  84. Melrose, Kevin. "Avengers: Infinity War Appears to Have Wrapped Filming". Comic Book Resources. July 14, 2017. July 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2017.
  85. Trumbore, Dave. "'Avengers 4' Wraps Filming as the Russo Brothers Move into Post-Production". Collider. January 11, 2018. January 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2018.
Sitat səhvi: <references> daxilindəki "DeadlineProfitAnalysis" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]