"Voices" (azərb. Səslər) — Konqo əsilli ifaçı Tusent Maykl Çayzanın(Səhnə adı ilə sadəcə-Tass) mahnısı. İsveç sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində, məhz bu mahnı ilə uğurla təmsil olunmuşdur.
""Voices"" | |
---|---|
İfaçı | Tass |
Yayımlanıb | 27 fevral 2021 |
Janr | elektropop[d] |
Dil | İngilis |
R&B, soul janrlı, Tass tərəfindən ifa edilən "Voices" mahnısının sözləri və bəstəsi, Anders Vrefav, Coy Deb, Cimmi "Coker", Lıneya Deb və Törnfelt tərəfindən ərsəyə gəririldi.
Mahnının mövzusu və hədəf olaraq göstərdiyi əsas məqam, hər zaman uzaq və çətin coğrafiyalarda yaşayan insanları unutmamaq və uzaq məsafələri "Birgə oxumaqla" aradan qaldırmaqdır. İfaçı mövzuya təşbehlə başlayır. O, yağmuru atəşə bənzədir və nə qədər uzaqlarda olmasına baxmayaraq, insanların acısını hiss edə bilir.
Sosial mediada, irqi ayrı-seçkiliyin qurbanı olaraq təhqirlərə məruz qalan Tass,[1] "Voices" mahnısındakı "Hər zaman yardıma ehtiyacı olan biri var, bəs sən onun səsini eşidirsənmi?" sualı ilə, "Mənlik" duyğusunu qətiyyətlə rədd edir.
"Voices" mahnısı İsveç Səsyazma Sənayesi Assosiasiyası tərəfindən, platin sertifikatına layiq görülmüşdür.[2]
Ərazi | Tarix | Müddət | Format | Etiket |
---|---|---|---|---|
Dünya üzrə | 27 fevral 2021 | 3:04 | Rəqəmsal yükləmə | Universal |
"Voices" mahnısı İsveçin ənənəvi musiqi yarışması olan Melodifestivalen 2021-də, Tass tərəfindən səsləndirilmiş və adıçəkilən seçim yarışmasının sayca 61-ci qalibi olmuşdur. Bu, mahnının beynəlxalq arenalarda səslənməsinə şərait yaratdı.
Avroviziya Mahnı Müsabiqəsi 2021
Tassın ifasındakı "Voices" mahnısı, sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində, İsveçi böyük finala yüksəltmişdir. İfaçı İtaliyadan sonra və San-Morenadan əvvəl, 25-ci nömrə altında "Voices" mahnısını bir daha canlı səsləndirmiş və müsabiqənin yekun səsvermə nəticələrinə əsasən, ümumilikdə 109 xal toplayaraq, beynəlxalq yarışmanı on dördüncü sırada tamamlamışdır.
Aşağıdakı cədvəldə, "Voices" mahnısına təqdim edilən xallar sistemi(Münsiflər heyəti və Telesəsvermə əsasında) göstərilmişdir.
Xal | Telesəsvermə | Jüri |
---|---|---|
12 xal | ||
10 xal | Norveç | |
8 xal | Malta | |
7 xal | ||
6 xal | ||
5 xal | ||
4 xal | Portuqaliya | |
3 xal | Şimali Makedoniya | |
2 xal | Danimarka | |
1 xal | Fransa |
Çart (2021) | Zirvə nöqtəsi |
---|---|
Belçika | 11 |
Yunanıstan[4] | 93 |
İslandiya[5] | 16 |
İrlandiya | 99 |
Litva[6] | 19 |
Niderland | 56 |
Norveç[7] | 11 |
İsveç(Sverigetopplistan) | 1 |
İsveç[a] | 11 |
İsveçrə | 66 |
Birləşmiş Krallıq | 31 |