Almaniya Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 63 dəfə müsabiqədə iştirak etmişdir. Almaniya Avroviziyada ən çox iştirak sayına malik olan ölkədir. İndiyədək yalnız bir dəfə 1996-ci ildə ölkə müsabiqədə iştirak üçün təsnifat mərhələsini keçə bilməmiş və nəticədə Almaniya ilk dəfə Avroviziyada iştirak edə bilməmişdir. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən öncə Avroviziyada yalnız Qərbi Almaniya iştirak etmişdir. Almaniya Demokratik Respublikası heç vaxt müsabiqəyə qoşulmamışdır. İndiyədək Almaniya müsabiqədə iki dəfə qələbə qazanmışdır.
Almaniya ilk Avroviziya qələbəsini 27-ci iştirakında, 1982-ci ildə Nikolun ifa etdiyi "Ein bisschen Frieden" mahnısı ilə qazanmışdır. Almanların ikinci qələbəsi 28 il sonra Osloda keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində Lenanın ifa etdiyi "Satellite" mahnısı ilə əldə edilmişdir. Almaniya dörd dəfə müsabiqənin ikincisi, beş dəfə üçüncüsü olmuşdur. Almaniya təmsilçisi Katya Ebşteyn Avroviziyada iştirak edən yeganə ifaçıdır ki, 1970 və 1971-ci illərdə üçüncü, 1980-ci ildə ikinci olaraq, hər üç iştirakında ilk üçlükdə yer ala bilmişdir. Almaniya 80-ci illərdə müsabiqənin ən müvəffəqiyyətli ölkələrindən biri olmuşdur: birinci yer və dörd dəfə ikinci yer. Ölkə eyni zamanda Avroviziyada üç dəfə sıfır xalla və ümumilikdə yeddi dəfə sonuncu yeri tutmuşdur.
Almaniya Böyük Britaniya, İtaliya, Fransa və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır. Avroviziya Almaniyada ən çox baxılan musiqi hadisəsidir.
1956 | Almanca | Valter Andreas Şvarç | "Im Wartesaal zum großen Glück" | 2 | - | ||
1956 | Almanca | Fredi Kvin | "So geht das jede Nacht" | 2 | - | ||
1957 | Almanca | Marqo Hilşer | "Telefon, Telefon" | 4 | 8 | ||
1958 | Almanca | Marqo Hilşer | "Für zwei Groschen Musik" | 7 | 5 | ||
1959 | Almanca | Alis və Ellen Kessler | "Heute Abend wollen wir tanzen geh'n" | 8 | 5 | ||
1960 | Almanca | Uin Hup | "Bonne nuit ma chérie" | 4 | 11 | ||
1961 | Almanca | Lale Andersen | "Einmal sehen wir uns wieder" | 13 | 3 | ||
1962 | Almanca | Korneliya Frobess | "Zwei kleine Italiener" | 6 | 9 | ||
1963 | Almanca | Haydi Brüyl | "Marcel" | 9 | 5 | ||
1964 | Almanca | Nora Nova | "Man gewöhnt sich so schnell an das Schöne" | 13 | 0 | ||
1965 | Almanca | Ulla Uizner | "Paradies, wo bist du?" | 15 | 0 | ||
1966 | Almanca | Marqo Eskens | "Die Zeiger der Uhr" | 10 | 7 | ||
1967 | Almanca | İnqe Brük | "Anouschka" | 8 | 7 | ||
1968 | Almanca | Venke Müre | "Ein Hoch der Liebe" | 6 | 11 | ||
1969 | Almanca | Siu Malmkvist | "Primaballerina" | 9 | 8 | ||
1970 | Almanca | Katya Ebşteyn | "Wunder gibt es immer wieder" | 3 | 12 | ||
1971 | Almanca | Katya Ebşteyn | "Diese Welt" | 3 | 100 | ||
1972 | Almanca | Meri Ruz | "Nur die Liebe läßt uns leben" | 3 | 107 | ||
1973 | Almanca | Qitte Henninq | "Junger Tag" | 8 | 85 | ||
1974 | Almanca | Sindi və Bert | "Die Sommermelodie" | 14 | 3 | ||
1975 | Almanca | Coy Fleminq | "Ein Lied kann eine Brücke sein" | 17 | 15 | ||
1976 | Almanca | Les Humphries Singers | "Sing Sang Song" | 15 | 12 | ||
1977 | İngiliscə | Silver Convention | "Telegram" | 8 | 55 | ||
1978 | Almanca | İreen Şeer | "Feuer" | 6 | 84 | ||
1979 | Almanca | Çingiz Xan | "Dschinghis Khan" | 4 | 86 | ||
1980 | Almanca | Katya Ebşteyn | "Theater" | 2 | 128 | ||
1981 | Almanca | Lena Valaitis | "Johnny Blue" | 2 | 132 | ||
1982 | Almanca | Nikol | "Ein bißchen Frieden" | 1 | 161 | ||
1983 | Almanca | Hoffmann və Hoffmann | "Rücksicht" | 5 | 94 | ||
1984 | Almanca | Meri Ruz | "Aufrecht geh'n" | 13 | 34 | ||
1985 | Almanca | Wind | "Für alle" | 2 | 105 | ||
1986 | Almanca | İnqrid Piters | "Über die Brücke geh'n" | 8 | 62 | ||
1987 | Almanca | Wind | "Laß die Sonne in dein Herz" | 2 | 141 | ||
1988 | Almanca | Maksi və Kris Qarden | "Lied für einen Freund" | 14 | 48 | ||
1989 | Almanca | Nino de Ancelo | "Flieger" | 14 | 46 | ||
1990 | Almanca | Kris Kempers və Daniel Kovaç | "Frei zu leben" | 9 | 60 | ||
1991 | Almanca | Atlantis 2000 | "Dieser Traum darf niemals sterben" | 18 | 10 | ||
1992 | Almanca | Wind | "Träume sind für alle da" | 16 | 27 | ||
1993 | Almanca | Münchener Freiheit | "Viel zu weit" | 18 | 18 | ||
1994 | Almanca | Mekado | "Wir geben 'ne Party" | 3 | 128 | ||
1995 | Almanca | Stone & Stone | "Verliebt in Dich" | 23 | 1 | ||
1997 | Almanca | Bianka Şomburq | "Zeit" | 18 | 22 | ||
1998 | Almanca | Qildo Horn | "Guildo hat euch lieb!" | 7 | 86 | ||
1999 | Almanca, Türkcə, İngiliscə, İvritcə |
Sürpriz | "Reise nach Jerusalem – Kudüs'e seyahat" | 3 | 140 | ||
2000 | Almanca | Ştefan Raab | "Wadde hadde dudde da?" | 5 | 96 | ||
2001 | Almanca, İngiliscə | Mişell | "Wer Liebe lebt" | 8 | 66 | ||
2002 | İngiliscə | Korinna Mey | "I Can't Live Without Music" | 21 | 17 | ||
2003 | İngiliscə | Lu | "Let's Get Happy" | 11 | 53 | ||
2004 | İngiliscə, Türkcə | Maks | "Can't Wait Until Tonight" | 8 | 93 | ||
2005 | İngiliscə | Qrasiya | "Run & Hide" | 24 | 4 | ||
2006 | İngiliscə | Texas Lightning | "No No Never" | 14 | 36 | ||
2007 | Almanca, İngiliscə | Roje Çiçero | "Frauen regier'n die Welt" | 19 | 49 | ||
2008 | İngiliscə | No Angels | "Disappear" | 23 | 14 | ||
2009 | İngiliscə | Alex Swings Oscar Sings | "Miss Kiss Kiss Bang" | 20 | 35 | ||
2010 | İngiliscə | Lena | "Satellite" | 1 | 246 | ||
2011 | İngiliscə | Lena | "Taken by a Stranger" | 10 | 107 | ||
2012 | İngiliscə | Roman Lob | "Standing Still" | 8 | 110 | ||
2013 | İngiliscə | Cascada | "Glorious" | 21 | 18 | ||
2014 | İngiliscə | Elaiza | "Is It Right" | 18 | 39 | ||
2015 | İngiliscə | Ann Sofi | "Black Smoke" | 27 | 0 | ||
2016 | İngiliscə | Ceymi-Li | "Ghost" | 26 | 11 | ||
2017 | İngiliscə | Levina | "Perfect Life" | 25 | 6 | ||
2018 | İngiliscə | Mixael Şulte | "You Let Me Walk Alone" | 4 | 340 | ||
2019 | İngiliscə | S!sters | "Sister" | 25 | 24 |
Almaniyanın ən çox xal verdiyi ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | İsveç | 190 |
2 | Böyük Britaniya | 187 |
3 | Türkiyə | 170 |
4 | İrlandiya | 164 |
5 | Fransa | 155 |
Almaniyanın ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | İspaniya | 237 |
2 | Danimarka | 185 |
Portuqaliya | ||
4 | İsveçrə | 181 |
5 | Böyük Britaniya | 171 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
İl | Şəhər | Ev sahibi | Aparıcılar |
---|---|---|---|
1957 | Frankfurt-Mayn | Großer Sendesaal | Anaid İplitsyan |
1983 | Münhen | Rudi-Sedlmayer-Halle | Marlen Şarell |
2011 | Düsseldorf | Esprit arena | Anke Enqelke, Cudit Rayker və Ştefan Raab |