Paleproterozoy — 2,500–1,600 milyon il əvvələri əhatə etmiş dövr. Proterozoy eonunun 3 alt bölməsindən (dövründən) birincisi. Paleproterozoy həmçinin yer tarixinin ən uzun erasıdır. Bu həmçinin qitələrin ilk sabitləşdiyi dövrdür.
Paleontoloji dəlillər bu dövrdə Yerin 20 saat ərzində fırlandığını göstərərək və 1.8 milyard il əvvəl sürətinin ildə cəmi 450 gün olduğu fikrini yaratdı.[1]
Atmosferdəki oksigenin artmasından əvvəl, demək olar ki, mövcud həyat formaları anaerob orqanizmlər idi, yəni maddələr mübadiləsi oksigen tələb etməyən hüceyrə tənəffüs formasına əsaslanırdı. Böyük miqdarda sərbəst oksigen əksər anaerob orqanizmlər üçün zəhərlidir. Nəticədə, Yerdəki anaerob canlı formalarının əksəriyyəti, atmosferdəki sərbəst oksigen səviyyəsinin Oksigen fəlakəti adlanan bir böhranla yüksəlməsi nəticəsində öldü. Yaşayan yeganə həyat quruluşları ya oksigenin zəhərli təsirlərinə qarşı davamlı olanlar, ya da oksigensiz mühitdə yaşayanlar idi. Bu hadisə atmosferdəki sərbəst oksigenin qəfil artması və həssas həyat formalarının sonradan məhv olması ilə Yer kürəsinin tarixində ilk və ən əhəmiyyətli kütləvi qırğınlardan biri hesab olunur.[2]
Tac formalı eukaryotların (eukaryotların onlardan yarandığı təxmin edilir) Paleoproterozoy dövründə yarandığı düşünülür.[3][4] Eukaryotların inkişaf etdiyi dəqiq dövrlə bağlı bəzi mübahisələr mövcud olsa da,[5][6] indiki anlayış onu bu dövrdə bir yerə qoyur.[7][8]
Bu dövrdə ən erkən qlobal miqyaslı konvergent sərhədlər inkişat etdi.
Bu qlobal miqyaslı kontinental toqquşmaların 2.0–1.8 milyard il əvvəl baş verdiyi və nəticədə Kolumbiya və ya Nuna adlı Proterozoy superqitələrinin yarandığı təxmin edilir.[9][10]
↑Zhao, Guochun; Cawood, Peter A; Wilde, Simon A; Sun, Min. "Review of global 2.1–1.8 Ga orogens: implications for a pre-Rodinia supercontinent". Earth-Science Reviews. 59 (1–4). 2002: 125–162. Bibcode:2002ESRv...59..125Z. doi:10.1016/S0012-8252(02)00073-9.