XXXTentacion (əsl adı: Casey Dueyn Rikardo Onfroy; 23 yanvar 1998[1], Planteyşen, Brauard dairəsi, Florida, ABŞ[1] – 18 iyun 2018[1], Dirfild-Biç, Brauard dairəsi, Florida, ABŞ[1]) — amerikalı repçi, müğənni-mahnı yazarı.[4] Depressiv və qəmgin mahnılarına görə tanınır. 2015–2018-ci illərdə emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır.[5]
XXXTentacion | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Jahseh Dwayne Ricardo Onfroy |
Ləqəbləri | XXXTentacion, XXX, Triple X, Young Dagger Dick[2], X |
Doğum tarixi | 23 yanvar 1998[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyun 2018[1] (20 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d][1] |
Dəfn yeri | |
Uşağı |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2013–2018 |
Janrlar | hip-hop[d], lou-fay, nyu-metal, trep, pank rok, pank rep[d], Rep-metal, alternativ rok, müasir R&B[d], hardkor hip-hop[d], horrorkor[d], indi-rok, rok |
Musiqi alətləri | gitara, piano, baraban |
Albom şirkətləri | Bad Vibes Forever[d], Empire Distribution[d], Capitol Music Group[d], Columbia Records |
Təhsili | |
Mükafatları | |
xxxtentacion.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Florida ştatının Planteyşen şəhərində doğulan X, uşaqlığının əksər hissəsini ştatın digər şəhəri olan Loderhilldə böyüyərək keçirmişdir. O, mahnı yazmağa yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəndən azadlığa buraxılandan sonra başlamışdı. Karyerasını 2013-cü ildə, emo və qranj musiqisindən ilhamlanaraq yazdığı mahnıları SoundCloud-a yerləşdirərək qurmuşdu. 2014-cü ildə bir neçə başqa sənətçi ilə birlikdə "Members Only" adlı underground musiqi kollektivini yaratmışdı. 2017-ci ildə buraxdığı "Look at Me" adlı sinqlı ilə diqqətləri çəkmişdi. X həmin il debüt studiya albomu olan "17"-ni təqdim etmişdir. Bu albom ABŞ-də üçqat platin sertifikatı almış və Billboard 200 cərgəsində ikinci yerə çatmışdır. 2018-ci ildə "?" adlı ikinci albomunu buraxmışdır. Albomun ilk sinqlı olan "Sad!" Billboard Hot 100-də birinci sırada idi. Bu sinql üstəlik YouTube-da 1,2 milyard baxış, eləcə də Spotify-da 2 milyarda yaxın yayım toplamışdır.
X həyatı boyu bir neçə dəfə hüquqi problemlərlə üzləşib. 2016-cı ildə sevgilisinə şiddət göstərməkdə ittiham olunurdu.[6][7] O, 18 iyun 2018-ci ildə 20 yaşında olarkən Florida ştatının Dirfild-Biç şəhərində motosiklet mağazasından çıxarkən güllələnərək qətlə yetirilmişdir. Onu öldürən şəxslər içərisində 50 min dollar olan Louis Vuitton markalı çantanı oğurladıqdan sonra avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdılar. Cinayəti törədən şəxslərin dördü sonradan saxlanmış, üçü ömürlük həbs cəzasına məhkum edilmişdir.[8][9][10][11]
Casey Dueyn Rikardo Onfroy (ing. Jahseh Dwayne Ricardo Onfroy) 23 yanvar 1998-ci ildə Florida ştatının Planteyşen şəhərində yamaykalı ailədə anadan olmuşdur.[12][13] Atası Bob Marlinin "So Jah Seh" adlı mahnısından təsirlənərək ona bu adı qoyub. X-in atası və babası rastafaridir. O, anadangəlmə ürək qüsuru ilə doğulub. Buna görə onun boyu uzanmırdı, 168sm idi. Repçi 2017-ci ildə "The Beat" radiosuna verdiyi müsahibəsində suriyalı, hind və ola bilsin italyan mənşəli olduğundan danışıb.[14]
X anasının şəxsi problemləri olduğundan daha çox nənəsi ilə qalmalı olub.[15] O, nənəsi Kolett Cons ilə birlikdə Floridanın Pompano-Biç və Loderhill şəhərlərində yaşayıb. Altı yaşında olarkən anasına hücum edən bir şəxsi bıçaqlamağa çalışıb. Bu hadisə nəticəsində o, problemli gənclər üçün nəzərdə turtulmuş gənclər proqramına (ing. youth program) yerləşdirilib.[16] Həmçinin o, sonralar yenidən nənəsinin yanında qalmağa göndərilib. X-in ailəsinə yaxın bir şəxs isə bıçaqlanma hadisəsinin olmadığını deyib.
X uşaq olarkən özünü asaraq intihar edən əmisinin cansız bədəni ilə qarşılaşıb. O, bir neçə dəfə mahnılarında bu hadisədən aldığı travmadan bəhs edib. 2017-ci ildə o, uşaq ikən naməlum bir şəxs tərəfindən cinsi istismara məruz qaldığından söz etmişdi. X uşaq ikən kiminsə şiddətə məruz qaldığını və kiminsə zorlandığını görmək kimi digər üzücü hadisələrin şahidi olduğunu bildirib. Anası atasının uşaq ikən X-i döydüyünü deyib. O, həmçinin X-in atası tərəfindən dəfələrlə uşağın gözü qarşısında şiddətə məruz qaldığın da qeyd etdi. 2008-ci ildə X on yaşında olarkən atası DEA tərəfindən saxlanılaraq doqquz il müddətinə Arizona həbsxanasına göndərilmişdir. X-in atası 2015-ci ildə azadlığa buraxılıb və 2016-cı ildə Yamaykaya deportasiya edilib. 2017-ci ildə müsahibə zamanı X-dən atası ilə olan münasibətləri haqqında soruşulub. X istehza ilə cavab verib: "O nədir?".[17][18][19]
X-in musiqiyə marağı bibisi (və ya xalası) onu məktəb və kilsə xoruna qoşulmağa təşviq etdikdən sonra başlamışdı. O, sonralar ona toxunan şagirdə hücum etdiyi üçün xordan qovulur.[20] X təhsil almaq üçün "Margate Middle School"-a getmiş, lakin dava etdiyi üçün oradan da qovulmuşdur. Anası o vaxt onu altı aydan çox müddətə "Sheridan House Family Ministries"-ə yazdırmışdı. Bu təşkilat çətin uşaqlara qayğı göstərmək üçün proqramlar və xidmətlər təklif edirdi. X orada olarkən rep, nyu-metal və hard rok dinləməyə başlamışdı. Bu yeni maraq onu həm piano, həm də gitara çalmağı öyrənməyə həvəsləndirmişdi.
X 10-cu sinifə qədər "Piper High School"-da oxuyub.[21] O vaxtlar o, özünü oraya aid hiss etmirdi. Sakit və populyar şagird olsa da, həm də dava edirdi.[22] X-ə uşaq yaşlarında bipolyar pozuntu diaqnozu qoyulmuşdu. X idman etməyə can atmırdı, məktəbdə oxuyarkən o, özünə inamsızlıq və depressiya ilə mübarizə aparırdı.
X-in Ariana adlı ögey böyük bacısı və Aiden adlı kiçik ögey qardaşı var idi.[23][24] X əvvəllər repçi Denzel Curry və prodüser Ronny J ilə birlikdə Floridada yaşamışdır.[25] O, ölməzdən əvvəl 2017-ci ilin noyabrında 1,4 milyon dollara aldığı Parklenddəki 6000 kvadrat metrlik malikanəsinə köçmək prosesində idi.[26] X sağ olanda sevgilisi Jenesis Sanchez ilə yaşayırdı. Cütlüyün üç pişiyi və iki iti var idi.
X bir çox reperlə və müğənni ilə dostluq edirdi. Dostları arasında Ski Mask the Slump God, Lil Uzi Vert, PnB Rock, Denzel Curry, Lil Yachty, Trippie Red, Juice Wrld və Billi Ayliş var idi.[27] Müsahibəsində Billi Ayliş qeyd etdi ki, X onu öz həyatına (Billinin) son qoymaq barədə fikrini dəyişməyə inandıra bilib.[28]
Trippie Redd, X-ə qarşı irəli sürülən ittihamları öyrənəndə onunla əlaqələrini kəsdi. X konsertlərin birində Trippie Redd-in niyə onunla dostluq etmək istəmədiyini başa düşdüyünü etiraf edərək demişdi: "Mən əvvəllər şərəfsiz adam olmuşam. Amma özümü dəyişmək üçün əlimdən gələni etmişəm". X, bunlara baxmayaraq Trippie Redd-in hələ də "möhtəşəm sənətçi" olduğunu düşündüyünü deyirdi. Onlar birlikdə "Fuck Love" mahnısını ifa etmişdilər. Trippie Redd sonradan İnstaqramda keçmişdə onun haqqında dediyi mənfi fikirlərə görə üzr istəyib.[29][30][31]
2018-ci ilin fevral ayında X, İnstaqramda məktəbə qayıtmağa hazırlaşdığını paylaşdı.[32] 2018-ci ilin mart ayında o, ölümündən əvvəl tamamladığı GED sertifikatını almaq üçün çalışdığını açıqladı. Bundan əlavə, o, təhsilini davam etdirmək üçün icma kollecinə daxil olmaq planlarından da danışmışdı.[33][34] X, depressiya ilə mübarizəsini də bölüşmüşdü.[35][36]
X 19 yaşında olarkən Floresin fotoşəkillərini Twitter-də gördükdən sonra ona aşiq oldu və ilk dəfə 2017-ci il mayın 1-də onunla əlaqə saxladı. X, Floresi moda markası "Revenge" üçün modellik etməsi üçün Floridaya dəvət etdi. Floridaya gələndə hər kəs onun artıq model olduğunu düşünürdü, lakin o, əvvəllər heç vaxt modellik etməmişdi. O, vaxtlar daha bir qız da X-in yanında qalırdı. Həmin qız şənliyinə gedib sonra geri qayıdanda içərisində 7000 dollar nağd pul olan çantanın yoxa çıxdığını bildirmişdi. Bu hadisəyə görə hər iki qız bir-birini günahlandırırdı. X mübahisəyə görə hər iki qonağa evindən çıxıb getmələrini istəmişdi. O, Floresə modellik etmək təklifini də ləğv etdi. Flores daha sonra Kokonut-Krik şəhərindəki "Hampton Inn" hotelindəki mənzildə qalmağa getdi və səhəri gün ölü tapıldı. O, öz həyatına son qoyanda cəmi 16 yaşı var idi.
XXXTentacion "Jocelyn Flores" və "Revenge" mahnılarını Floresin xatirəsinə həsr etmişdi.[37]
X karyerası boyu siyasi və şəxsi fikirlərini ictimaiyyət ilə açıq şəkildə bölüşürdü. 2016-cı ildəki prezident seçkilərində X, namizəd Donald Trampın əleyhinə olmuş və Demokrat Berni Sandersi dəstəkləmişdir.[38][39][40] O, tvitlərinin birində yazmışdı: "Deyəsən bu zəhləmgetmiş Tramp qalib gələcək". X, ayrıca Hillari Klintonu "tullantı" adlandırmışdı, lakin Trampın qalib gəlməsini də istəmirdi. O, hesab edirdi ki, Tramp qələbə qazanarsa azlıqlara (buraya irqi və ya etnik azlıqlar, dini azlıqlar, LGBTQ+ şəxsləri, əlilliyi olan şəxslər və ya müəyyən xüsusiyyətlərə və ya kimliklərə görə ayrı-seçkilik ilə üzləşən hər hansı qrup daxil ola bilər) və aşağı gəlirli şəxslərə zərər verəcəkdi. X-in "Hate Will Never Win" və "Suicide Pit" mahnılarında Trampa qarşı sözlər var idi.[41][42]
X düşünürdü ki, "nəşə" (ing. weed) bütün dünyada qanuni olsa, dünya daha yaxşı yer olardı.[43] O, üstəlik ədliyyə sisteminin qaradərililər üçün ədalətsiz olduğuna inanırdı. O, bunu köləliklə müqayisə etmiş və islahatların aparılmasını dəstəkləmişdi.[44] X müharibəyə qarşı idi və o, prezident Trampı 2017-ci ilin aprelində Suriyaya bombardman etdiyi üçün tənqid etmişdi.[45]
X əvvəllər silah satışını dəstəkləyirdi,[46] lakin o, Parklenddəki "Stoneman Douglas High School"-da baş verən silahlı hücumdan sonra silah satışı ilə bağlı olan fikrini dəyişmək qərarına gəldi. X, silahlara nəzarət kampaniyası olan "March for Our Lives" hərəkatı üçün pul toplamaq üçün tədbirlər təşkil etdi və Parklend məktəbindəki atışmada yaralanan Anthony Borges-i ziyarət etmək üçün xəstəxanada oldu.[47][48]
X 2016-cı ilin aprelində Adam22-yə verdiyi məşhur müsahibədən sonra media tərəfindən homofobik kimi qələmə verilmişdi.[49] X həmin müsahibədə demişdi ki, o, bir dəfə yetkinlik yaşına çatmayanlar üçün həbsxanada olarkən çılpaq halda ona baxdığı üçün gey yoldaşına hücum edib. X bildirmişdi ki, bu hərəkətə görə "həmin oğlanı az qalsın vurub öldürəcəkimiş" lakin kimsə müdaxilə edərək bunun qarşısını alıb. X-in ölümündən sonra junralist Liz Lazzara CNN üçün yazdığı məqaləsində onu homofob kimi təqdim etmişdi, sosial şəbəkələrdəki digər insanlar da oxşar şərhlər vermişdilər. X-in dostları və həmkarları isə onun homofob olmadığını deyirdilər. X, başqa bir müsahibəsində homofob olmadığını və gey evliliyinin normallaşdırılmasını dəstəklədiyini bildirmişdi.[50] O, 2022-ci ilin noyabrında yayımlanan "The Fader"-ə 2017-ci ildə verdiyi müsahibədə etiraf etmişdi ki, həmin podkastda danışdığı hücum məsələsi barəsində daha aydın olmalıyıb. O, şərh etdi ki, kamera yoldaşına gey olduğu üçün hücum etməyib və bu məsələyə aydınlıq gətirmədiyinə görə peşman olub. X, söhbətində o zaman "hələ gənc və axmaq" olduğunu dilə gətirmişdi. Transgender musiqi prodüseri Fifty Grand X-i siyasi fikirlərinə, xüsusən də sosial məsələlər baxımından çox proqressiv olduğuna və müsbət dəyişiklikləri müdafiə etdiyinə görə tərifləmişdir. Bir neçə transgender musiqiçi X-in 2020-ci ildə nəşr olunan bioqrafiyasında onun transgender cəmiyyətini dəstəklədiyini ifadə etmişdir. Onlar X-in transgender şəxslərə hörmət etdiyini və onları qəbul etdiyini paylaşmışdılar.[51]
X 2017-ci ildə kanadalı repçi Dreyk haqqında demişdi: "Dreyk bombadı, Dreyk dahidir". Başqa bir müsahəbəsində isə onun barəsində tənqidedici fikirlər bildirmişdi. X, Dreyki ideya oğurlamaqda günahlandırırdı. O, "Dreykin kişi olmadığını", "əclaf" olduğunu deyirdi.[52]
Dreyk DJ Semtex ilə olan müsahibəsində X-in plagiarizm iddialarına toxundu. O, öz mahnısı ilə başqa bir sənətçinin mahnısı arasındakı oxşarlıqlar olduğunu qəbul etdi, lakin əsəri bilərək kopyaladığını inkar etdi. Dreyk, "başqasının əsərini oğurlayıb öz əsəri kimi təqdim edəcək adamlardan olmadığını" dilə gətirdi.
2023-cü ildə XXXTentacion-un qətli ilə bağlı məhkəmə prosesinə Dreyk də çağırıldı. Dreykin qətldə "əli olduğu" irəli sürülmüşdü. Buna səbəb X-in ölməzdən dörd ay qabaq paylaşdığı Instagram storisi idi. Bu silinmiş köhnə storidə "Mən ölsəm bilin ki, Dreyk edib" yazılmışdı.[53] X isə həyatda olduğu vaxt profilinin sındırıldığını və paylaşımı özü etmədiyini bildirmişdi.
Studiya albomları
Asserting that rappers like XXXTentacion and Lil Pump are a lyrical disease on the genre because their songs aren't about serious topics is ridiculous—never mind the fact that XXXTentacion's album was about his struggle with depression, which I suppose wasn't deep enough when compared with J. Cole's 'Wet Dreamz.'