Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xalq Bank — Azərbaycanın aparıcı korporativ banklarından biridir.
Xalq Bank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyət |
Sənaye | Bank sektoru |
Məhsulları | XalqOnline, Biznes krediti, İstehlak krediti, İpoteka krediti, Məvacib krediti, Əmakhaqqı kartları |
Təsis tarixi | 27 dekabr 2004 |
Struktur | |
İşçi sayı | 800-dən çox |
Rəhbərlik | |
Rəhbərlik |
Müşahidə Şurasının sədri Asim Məmmədli İdarə Heyətinin sədri Məcidov Kamran |
xalqbank.az |
ASC “Xalq” Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyası əsasında 27 dekabr 2004-cü il tarixdən fəaliyyətə başlamışdır. Hazırda Xalq Bank 9-u paytaxtda, 21-i ölkəmizin bölgələrində olmaqla, ümumilikdə 30 filialı özündə mövcuddur. Xalq Bank Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları arasında əsas maliyyə göstəriciləri üzrə sabit artım nümayiş etdirir.
Xalq Bank fərdi və korporativ müştərilərə vahid platforma çərçivəsində xidmət göstərən internet və mobil bank sistemi XalqOnline bankçılıq sistemini istifadəyə verib. Bu mobil tətbiq vasitəsilə müştərilər hesaba onlayn nəzarət, həmçinin müxtəlif bank əməliyyatlarını məsafədən icra edə bilirlər.
Bundan əlavə, ASC “Xalq” Bankı müxtəlif Korporativ Sosial Məsuliyyət layihələrində də iştirak edir. Onlardan biri 2010-cu ildən “Xalq Əmanəti” layihəsidir. Layihənin əsas məqsədi Azərbaycan xalqının milli-mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsindən və dünyaya tanıdılmasından ibarətdir.
Bu illər ərzində “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycanın şairlərinin seçilmiş əsərləri, rəssamların həyat və yaradıcılığından bəhs edən bədii albomları, eləcə də xalq yaradıcılığına, folklora aid nümunələri nəşr olunaraq sənətsevərlərin ixtiyarına verilib.
Hazırda layihəyə aid fərqli dillərdə 22 kitab nəşr olunmuşdur.
Xalq Bank 9-u paytaxtda, 21-i bölgələrdə olmaqla ümumilikdə 30 filiala malikdir.
Filial | Ünvan |
---|---|
"Baş" filial | Bakı, İnşaatçılar prospekti, 22L |
"Sahil" filialı | Bakı, Xaqani küçəsi, 23 |
"Mərkəz" filialı | Bakı, 28 May küçəsi, 17 |
"Neftçilər" filialı | Bakı, Q.Qarayev, prospekti, 70B |
"Əhmədli" filialı | Bakı, M.Rüstəmov küçəsi, 23 |
"20 Yanvar" filialı" | Bakı, Moskva prospekti, 67 |
"Yubiley" filialı | Bakı, Azərbaycan prospekti, 11 |
"Ağ Şəhər" filialı | Bakı, Nobel prospekti, 25E |
"Mərdəkan" filialı | Bakı, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 334 |
"Sumqayıt" filialı | Sumqayıt, 5-ci mkrn, S.Vurğun küçəsi, 16/132 |
"Gəncə" filialı | Gəncə, Zərrabi küçəsi, 4 |
"Zaqatala" filialı | Zaqatala , Nizami küçəsi, 7 |
"Neftçala" filialı | Neftçala, 20 Yanvar küçəsi, 18A |
"Mingəçevir" filialı | Mingəçevir, M.F.Axundov küçəsi, 15/16A |
"Cəlilabad" filialı | Cəlilabad, H.Əliyev prospekti, 142A |
"Yevlax" filialı | Yevlax, H.Əliyev prospekti, 47A |
"Xaçmaz" filialı | Xaçmaz, H.Əliyev küçəsi, 34B |
"Şabran" filialı | Şabran, H.Əliyev prospekti, 115A |
"Qazax" filialı | Qazax, S.Arıxov küçəsi, |
"İsmayıllı" filialı | İsmayıllı, H.Əliyev prospekti, 97 |
"Quba" filialı | Quba, 223-cü Atıcı diviziya küçəsi, 21 |
"Qusar" filialı | Qusar, F. Musayev küçəsi, 68 |
"Şamaxı" filialı | Şamaxı, Şəhriyar küçəsi, 1 |
"Şəki" filialı | Şəki, M.Ə.Rəsulzadə küçəsi, 169A |
"Lənkəran" filialı | Lənkəran, Ş.Axundov küçəsi, 20 |
"Şəmkir" filialı | Şəmkir, H.Aslanov küçəsi, 44 |
"Şirvan" filialı | Şirvan, H.Əliyev prospekti, 8 |
"Siyəzən" filialı | Siyəzən, H.Əliyev küçəsi, 88B |
"Tovuz" filialı | Tovuz, H.Aslanov küçəsi, 21 |
"Göyçay" filialı | Göyçay, H.Əliyev prospekti, 60 |
Xalq Bankın beynəlxalq mükafatlara layiq görülmüşdür. Həmçinin, qeyd etmək lazımdır ki, Xalq Bank MasterCard və Visa Beynəlxalq ödəniş sistemlərinin prinsipial üzvüdür.[1]
Moody`s Investors Service beynəlxalq reytinq agentliyi 2022-ci ilin avqust ayında Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırıb və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib. Eyni zamanda, Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırıb (B1, Not Prime, stabil, B2 (cr)/Not Prime (cr).