Xarı Bülbüllər musiqili filmi 2006-ci ildə Arif Qazıyevin ssenarisi əsasında lentə alınmışdır. Film 3 may 2006-cı ildə təqdim edilmişdir. Filmdə Xalq Artisti Aygün Kazımova Xurşudbanu Natəvanı, müğənni və aktyor Yusif Hadi Aleksandr Dümanı canlandırır.[1] Filmdə müğənniləri Ağacəbrayıl Abbasəliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Muğam Teatrının ansamblı müşayiət etmişdir.
Xarı Bülbüllər | |
---|---|
Janr |
musiqi tarixi |
Rejissorlar |
Arif Qazıyev Pünhan Həsənli |
Ssenari müəllifi | Arif Qazıyev |
Baş rollarda |
Aygün Kazımova — Xurşudbanu Natəvan Yusif Hadi — Aleksandr Düma Faiq Mirzəyev — bələdçi |
Operator | Məzahir Əzimov |
Bəstəkarlar |
Eldar Mansurov Cavanşir Quliyev Cəmil Əmirov |
Rəssam | Elçin Nağıyev |
İstehsalçı | Fərhad Əhmədov |
İlk baxış tarixi | 3 may 2006 |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca (rusca dialoqlarla) |
İl | 2006 |
Rəng | rəngli |
Xurşudbanu Natəvan ilə Aleksandr Düma Qarabağda görüşürlər və Aleksandr Dümaya Qarabağın musiqisi, təbiəti haqqında məlumat verilir.
Filmdə Xalq Artisti Aygün Kazımova Xurşudbanu Natəvanı, Yusif Hadi Aleksandr Dümanı, Faiq Mirzəyev bələdçi, Əməkdar artist Bəyimxanım Vəliyeva musiqi müəlliməsi obrazını canlandırır.
Əsərin adı | İfaçı | Bəstəkar | Söz yazarı |
---|---|---|---|
Qarabağı gözəl gördüm | Aygün Kazımova Bəyimxanım Vəliyeva |
Cavanşir Quliyev | Baba Vəziroğlu |
Ağ Çiçəklər | Aygün Kazımova | Cəmil Əmirov | İsmayıl Dadaşov |
Xan Qızı | Aygün Kazımova | Eldar Mansurov | Vahid Əziz |