Xarəzm türk dili

Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir.

Xarəzm türk dili
Təsnifatı
türk dilləri
Ortaq türk dili
Qarluq dilləri
Eastern Karluk[d]
Xarəzm türkcəsi
Yazı ərəb əlifbası, Qədim Uyğur əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 zkh
IETF zkh

Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu[1] .

İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir. Xarəzimin türkləşməsində xüsusilə OğuzlarQıpçaqlar böyük rol oynamışdır. Bundan başqa Kalaçlar, Kimekler, Bayavutlar, Kangılar və bəzi köçəri tayfalar da müəyyən rol oynamışdır. Bölgənin türkləşməsində rol oynayan bu ünsürlər bölgənin özünəməxsus ləhçəsini yaratmışlar. Bu ləhçə Qaraxanlı yazı dili bağlı və Oğuz, Qıpçaq və digər boyların ləhçələrinin qarışması ilə yaranan Xərəzm türkçəsidir.

Bu siyasi proseslərin sonunda Xarəzm türkləşdi və XII əsrdə bir mədəniyyət mərkəzinə çevrildi. ÇingizlilərQızıl Orda dövründə də bu vəziyyət davam etdi. Qızıl Ordu dövründə (1241–1502) Xarəzm , Aşağı Seyhun boyları, İdilin Xəzərə töküldüyü yerdə olan mərkəz Saray əsas mədəniyyət mərkəzi idi. Məhz xərəzm türkçəsinə aid əsərlər bu mədəniyyət mühitində yazılmışdır[1] .

Qorunmuş Son Orta Başlanğıc Adı ALA-LC Hərf tərcüməsi
elif a, â a, e, â
hemze ˀ ', a, e, i, u, ü
be b, p b
pe p p
te t t
se s s
cim c, ç c
çim ç ç
ha h
ẖ, x h
dal d d
zel z z
re r r
ze z z
je j j
sin s s
şın ş ş
sad s
ﺿ dad ż, d, z
t
z
ayın ʿ ', h
gayın ġ g, ğ
fe f f
kaf ḳ, q k
kef k, g, ñ k, g, ğ, n
gef¹ g g, ğ
nef, sağır kef ñ n
lam l l
mim m m
nun n n
vav v, w, o, ô, ö, u, û, ü v, o, ö, u, ü, û
he h, e, a h, e, a
lamelif la
ye y, ı, i, î y, ı, i, î

Dövrün əsərlərini aşağıdakı kimi saymaq olar:

  1. 1 2 Ahmet Bican Ercilasun, Başlangıçtan Günümüze Türk Dili Tarihi, Akçağ Yayınları, Ankara 2010, s. 369. ISBN 978-975-338-589-3