Xoakin Rodriqo

Xoakin Rodriqo Vidre (22 noyabr 1901[1][2][…], Saqunto[d], Valensiya icması[d][3]6 iyul 1999[1][2][…], Madrid[3]) — I Aranxues Bağları Markesi, klassik musiqi bəstəkarı ve pianino ifaçısı.

Xoakin Rodriqo
isp. Joaquín Rodrigo Vidre
Ümumi məlumatlar
Doğum tarixi 22 noyabr 1901(1901-11-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 iyul 1999(1999-07-06)[1][2][…] (97 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, xoreoqraf, pianoçu, pedaqoq, musiqişünas, gitaraçı
Janrlar opera
Musiqi aləti piano
Üzvlüyü
  • San-Fernando Kral Zərif Sənətlər Akademiyası[d]
Mükafatları "Vətəndaşlıq xidmətlərinə görə" böyük xaç ordeni "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı "Müdrik X Alfonso" ordeninin böyük xaçı "Müdrik X Alfonso" ordeni komandoru
Avstriya kraliçasının incəsənət xidmətlərinə görə mükafatı
"Təsviri incəsənətdə xidmətlərə görə" qızıl medalı Gran Cruz de la Orden Civil de la Solidaridad Social Medal of Work Merit
joaquin-rodrigo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

22 noyabr 1901-ci ildə İspaniyanın Saqunto regionunda doğulmuşdur. Üç yaşında ikən difteriya xəstəliyinə yoluxmuş və nəticədə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə itirmişdir.

Doqquz yaşından etibarən solfec, skripka və piano öyrənməyə başlamışdır. 16 yaşında ikən Valensiya Konservatoriyasında kompozisiya və harmoniya dərsləri alır. İlk kompoziyaları olan — "Suite para piano", "Dos esbozos, suite para piano y violín" və "Siciliana" - adlı əsərlərini 1923-cü ildə vialonçelo üçün yazmışdır. İlk orkestr əsəri — "Juglares"i 1924-cü ildə yazmış və həmin il Valensiya və Madriddə səhnəyə qoyulmuşdur.

1927-ci ildə, bir çox ispan musiqişünas kimi Xoakin Rodriqo da Parisə köçür və orada Paris Musiqi Məktəbinə (École Normale de Musique de Paris) daxil olur. Burada Moris Ravel, Darios Miyo, Artur Oneqqer, İqor StarvinskiManuel de Faya kimi məşhur musiqiçilərlə tanış olur. Həmçinin Xoakin Rodriqe gələcək həyat yoldaşı, osmanlı yəhidisi — sefardi Viktoriya Kamhi Arditti ilə burada tanış olur və cütlük 1933-cü ildə Parisdə evlənirlər.

1939-cu ildə, İspaniya vətəndaş müharibəsinin yekunlaşmasından sonra Xoakin Rodriqo ailəsi ilə birlikdə İspaniyaya qayıdır. Bu ərəfədə onun ilk övladı ölü olaraq doğulur. Bu hadisənin təsiri ilə dünya şöhrətli əsərini — Aranxues Konsertini (Concierto de Aranjuez) bəstələyir.

1943-cü ildə "Concierto heroíco" əsərinə görə Dövlət Bəstəkar Mükafatı, 1983-cü ildə isə Dövlət Musiqi Mukafatı ilə təltif edilmişdir. 1991-ci ildə dövrün İspaniya kralı I Juan Karlos tərəfindən əsilzadə ünvanı — Aranxues Bağları Markesi kimi təltif edimişdir. 1996-cı ildə İspaniya musiqisinə verdiyi töhfələrə görə Asturias Şahzadələri Mükafatı ilə təltif edilmişdir.

Xoakin Rodriqo 6 iyul 1999-cu ildə İspaniyanın Madrid şəhərində vəfat edib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Joaquin Rodrigo // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118866966 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]