Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana SistemiXocalı şəhər Mərkəzi kitabxanası 1969-cu ildə yaradılmışdır[1].


Haqqında[redaktə | mənbəni redaktə et]

Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi nəticəsində Xocalı rayon MKS-in zəngin kitab fondu məhv edilmişdir[2].

2012-ci ildən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir[3]. Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 1 Mərkəzi Kitabxana və 14 kənd kitabxana filialı daxildir. Bu filiallar Gəncə şəhərində, Bərdə, Şəki və Goranboy rayonlarında yerləşir. Hazırda MKS-in kitab fondu 50 min nüsxəyə yaxın, oxucuların sayı isə 1969 nəfərdir[1]. Kosalar kəndindəki 2 kitabxana Yaloba kənd Mədəniyyət evində, Kərkicahan qəsəbə kitabxanası Kərkicahan qəsəbə klubunda, Cəmilli kənd kitabxanası Cəmilli İcra nümayəndəliyində, Meşəli kitabxanası Meşəli qəsəbəsindəki kitabxana binasında yerləşir. Digər kitabxanalar isə şəxsi evlərdə fəaliyyət göstərirlər.

Yeni salınmış qəsəbələrdə 3 kitabxana fəaliyyət göstərir. (Aşağı Ağcakənd, Börü və Meşəli). Kitabxanalardan 4- ü tam təmirlidir (Cəmilli, Kərkicahan, MKS və Meşəli kitabxanaları). 11 kitabxananın təmirə ehtiyacı vardır. Rayon üzrə bütün kitabxanalar istilik sistemi ilə təchiz edilmişdir. Mərkəzləşmiş Kitabxana Sisteminin maliyyələşməsi Mədəniyyət və Turizm şöbəsi tərəfindən, kənd kitabxanalarının maliyyləşməsi isə kənd icra nümayəndəlikləri tərəfindən həyata keçirilir[4].

Rayon üzrə oxucu sayı 4700 nəfər, daimi oxucu sayı isə 3480 nəfər təşkil edir. Kitabxanalarda rayon üzrə 50294 ədəd kitab vardır (Bunlardan 23567 ədəd kiril, 26727 ədəd isə latın qrafikalı kitablardan ibarətdir)[4].

Filialları[redaktə | mənbəni redaktə et]

  • Xocalı şəhər kitabxanası — 1961-cı ildə yaradılmışdır. Sumqayıt şəhəri əlvan metal pansionatında fəaliyyət göstərir. Fondun ümumi sayı 1570 nüsxədi. İşçilərin sayı 1 nəfərdi.
  • Kərkicahan qəsəbə kitabxanası — 1982-ci ildə yaradılmışdır. Bərdə şəhərində şəxsi evdə fəaliyyət göstərir. Fondun ümumi sayı 1613 nüsxədir. İşçilərin sayı 2 nəfərdir.
  • Kosalar kənd kitabxanası — 1979-cu ildə yaradılmışdır. Gəncə şəhəri Yeni qəsəbə 2-də fəaliyyət gösdərir. Fondun ümumi sayı 6971 nüsxədir. İşçilərin sayı 2 nəfərdir.
  • Cavadlar kənd kitabxanası — 1987-ci ildə yaradılmışdır. Gəncə şəhəri Yeni qəsəbə 2-də fəaliyyət göstərir. Fondun ümumi sayı 4551 nüsxədir. İşçilərin sayı 2 nəfərdir.
  • Yaloba kənd kitabxanası — 1989-cu ildə yaradılmışdır. Gəncə şəhəri yeni qəsəbə 2-də fəaliyyət göstərir. Fondun ümumi sayı 6751 nüsxədi. İşçilərin sayı 2 nəfərdir.
  • Canhəsən kənd kitabxanası — 1994-cü ildə yaradılmışdır. Şəki şəhəri Çələbixan qəsəbəsində fəaliyyət göstərir. Fondun ümumi sayı 962 nüsxədir. İşçilərin sayı 1 nəfərdir.
  • Başkənd kənd kitabxanası — 1987-ci ildə yaradılmışdır. Ağdaş rayonu Maşad qəsəbəsində fəaliyyət göstərir. Fondun ümumi sayı 1847 nüsxədir. İşçilərin sayı 1 nəfərdir.
  • Qaragav kənd kitabxanası — 1978-ci ildə yaradılmışdır. İsmayıllı rayon Tubukənd kəndi şəxsi evdə fəaliyyət göstərir. Fondun ümumi sayı 1538 nüsxədir. İşçilərin sayı 1 nəfərdir.
  • Cəmilli kənd 1 saylı kitabxanası — 1985-ci ildə yaradılmışdır. Bərdə şəhəri Yeni qəsəbə 588-də fəaliyyət göstərir. Fondun ümumi sayı 1436 nüsxədir. İşçilərin sayı 2 nəfərdir[5].
  • Cəmilli kənd 2 saylı kitabxanası — 1993-cü ildə yaradılmışdır. Goranboy rayonu Börü qəsəbəsində fəaliyyət göstərir. Fondun ümumi sayı 2385 nüsxədir. İşçilərin sayı 2 nəfərdir.
  • Meşəli kənd kitabxanası — 1979-cu ildə yaradılmışdır. Goranboy rayonu Meşəli qəsəbəsində fəaliyyət göstərir. Fondun ümumi sayı 1717 nüsxədir. İşçilərin sayı 2 nəfərdir[5].

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Kitabxana Ensiklopediyası. Bakı. 2015. səh. 630.
  2. "Isgal-altindaki-torpaqlarda-mehv-edilmis-kitab-servetimiz.html" (az.). https://medeniyyet.az/page/news. (#cite_web_url); (#accessdate_missing_url)
  3. "Xocalı Mədəniyyət və Turizm Şöbəsi Xocalı Mərkəziləşdirilmiş Kitabxana Sistemi". http://xocali-mks.weebly.com (az.). http://xocali-mks.weebly.com/haqq305m305zda.html. (#archive_missing_date) tarixində [9 iyun 2021 arxivləşdirilib] (#bad_url) (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  4. 1 2 [xocali-mks.weebly.com "Xocalı Mədəniyyət və Turizm Şöbəsi. Xocalı Mərkəziləşdirilmiş Kitabxana Sistemi"] (#bad_url). xocali-mks.weebly.com (az.). İstifadə tarixi: 9 iyun 2021.
  5. 1 2 "Xocali-rayon-Merkezlesdirilmis-Kitabxana-Sistemi". http://ganja.mctgov.az (az.). 2021-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.