Xocalı soyqırımının tanınması (ing. Khojaly Genocide recognition) — Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi addır. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19–26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.
Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində "Biz xalqıq" bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı.[16]
İndiyədək ABŞ-nin 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib.
2014-cü ildə İspaniyanın Atletiko Madrid FK klubunun oyunçuları Osasuna FK və Real Madrid FK komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxıb və yad ediblər.[45] Klubun aparıcı oyunçusu Arda Turan faciə qurbanlarını yad edib və "Azərbaycan xalqının acısını paylaşırıq" ifadəsi ilə cıxış edib.[46] Həmin il, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin Traktor FK komandası ilə Ciddə şəhərinin "əl-İttihad" klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımı anılıb.[47]
İl | Musiqi əsəri | Sənətçi | Qeydlər |
---|---|---|---|
1998 | Xocalı | Nəriman Məmmədov | 7 saylı simfoniya |
1999 | Xocalı Laylası | Elnarə Dadaşova | |
2010 | Justice for Khojaly | Dəyirman və Toni Blackman | |
2011 | Xocalı Simfoniyası | Nurəngiz Gün | |
2012 | Xocalı rekviyemi | Aleksandr Çaykovski | simfoniya[48] |
2013 | Khojaly 613 | Pyer Tilloy | simfoniya[49] |
2014 | Xocalı | Qaraqan | [50] |
2015 | Broken Dreams | Nigar Camal | [51] |
İl | Əsər | Ölkə | Müəllif | Qeydlər |
---|---|---|---|---|
2016 | Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə | Azərbaycan | Fiona Maxlaxlan, İan Pert | [52] |
2016 | Xocalı harayı | Azərbaycan | Nizami Məmmədzadə | [53] |
2016 | Murder in the Mountains | ABŞ | Raul Kontreras | [54] |
Şəkil | İl | Abidə | Ölkə | Memar | Qeydlər |
---|---|---|---|---|---|
24 fevral 2008 | Xocalı abidəsi | Haaqa, Hollandiya | Avropada və Hollandiyada Xocalı soyqırımına aid ilk abidədir.[56] | ||
26 fevral 2008 | Ana Harayı | Bakı, Azərbaycan | Aslan Rüstəmov Mahmud Rüstəmov Teymur Rüstəmov |
2011-ci ildə Ana heykəlinin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulub.[57][58] | |
30 may 2011 | Xocalı abidəsi | Berlin, Almaniya | Akif Əsgərov Səlhab Məmmədov Əli İbadullayev İbrahim Əhrari |
Almaniyada Xocalı soyqırımına aid ilk abidədir.[59] | |
24 fevral 2012 | Xocalı | Sarayevo, Bosniya və Herseqovina | Natiq Əliyev | Bosniya və Herseqovinada Xocalı soyqırımına aid ilk abidədir.[60] | |
23 avqust 2012 | Xocalı | Mexiko, Meksika | Meksikada Xocalı soyqırımına aid ilk abidədir. Abidə Tlakskoake–Xocalı meydanında yerləşir.[61] | ||
28 mart 2014 | Xocalı şəhidlər abidəsi | Ankara, Türkiyə | Türkiyədə Xocalı soyqırımına aid ilk abidədir. Abidə Xocalı Soyqrımı Xatirə Parkında yerləşir. Parkda Xocalı Muzeyi də var.[62][63] | ||
22 aprel 2015 | Xocalı şəhidlər abidəsi | İzmit, Türkiyə | İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir.[64] Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub. | ||
27 fevral 2016 | Xocalı şəhidlər abidəsi | İzmir, Türkiyə | Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə İzmirin Bornovo Bələdiyyəsinin maliyyə dəstəyi və tanınmış QHT fəalı Mülazim Kardelen Paşanın köməkliyi ilə hazırlanıb.[65] | ||
Xocalı şəhidlər abidəsi | Sakarya, Türkiyə | [66] |