Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər.
Yaşadan, yaşayan Yaşar | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Lətafət Məmmədova |
Ssenari müəllifləri |
Hafiz İmamnəzərli Kəmalə İsmayılova |
Operatorlar |
Mirəhməd Eminov Məmməd Vəliyev Fərid Bağırov |
İstehsalçı | Mədəniyyət AzTV |
İlk baxış tarixi | 29 dekabr 2012, Mədəniyyət AzTV |
Filmin növü | tammetrajlı sənədli televiziya filmi |
Müddət | 55 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir.
Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.