Yadulla Həmdulla oğlu Həsənli (7 mart 1959, Saatlı) — İqtisad elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri. İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru.
Yadulla Həsənli |
---|
Yadulla Həmdulla oğlu Həsənli |
Doğum tarixi |
7 mart 1959(1959-03-07) (65 yaş) |
Doğum yeri |
|
Elm sahəsi |
Ekonometrika |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
Təhsili |
|
Üzvlüyü |
|
1959-cu il, martın 7-də Azərbaycanın Saatlı rayonunda anadan olmuşdur.
Ailəlidir, bir oğlu var.
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tətbiqi-riyaziyyat və Kibernetika fakültəsini bitirib. 1983–1987-ci illərdə Azərbaycan Ellər Akademiyasının Kibernetika İnstitunda aspiranturada oxuyub və 1989-cu ildə "Kənd təsərrüfatı müəsssisələrinin fəaliyyətinin modelləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 2007-ci ildə "Azərbaycanın sosial-iqtisadi inkişafının modelləşirilməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
Ekonometrika, iqtisadi-riyazi modelləşdirmə
- Qarşılıqlı borc problemini tədqiq edərək məsələnin həllinin iqtisasdi-riyazi üsulunu ("Kredit təkanı" və "İmtina təkanı") yaratmış və onun həlli alqoritmlərini vermişdir. Habelə C. M. Keyns nəzəriyyəsi əsasında borc ləğvinin multiplikaroru anlayışı daxil edərək onun Azərbaycan iqtisadiyyatı timsalında qiyməti hesablanaraq təhlil edilmişdir;
- K. Marksın təkrar istehsal sxemi modifikasiya edilərək Təbii sərvətlərlə zəngin olan ölkələrin iqtisadi inkişaf dinamikası araşdırmış və inkişaf xüsusiyyətləri müəyyənləşdirmişdir. Əsaslandırılmışdır ki, ölkələrin qeyri-tarazlı inkişaf meyli (maliyyə böhranı və s.) təbii sərvətlərin istismarı nəticəsində artıq dəyər və ya artıq pulun əldə olunması ilə əlaqədardır;
- Azərbaycanın sosial və iqtisadi inkişafının makroekonometrik modelini işləmiş və əsas makroiqtisadi göstəricilər proqnozlaşdırılmışdır;
- Azərbaycan iqtisadiyyatının bazar münasibətləri şəratində "Xərclər-Buraxılış" modelini işləmiş və müvafiq təhlillər aparmışdır;
- Çapdan çıxmış elmi əsərləri: 121 elmi əsər, o cümlədən 1 dərslik, 2 dərs vəsaiti, 3 monoqrafiya
- Xaricdə çıxmış elmi əsərlərin sayı: 25
- Assessment of mutual economic relations the countries of the world on the basis of input-output table// EcoMod2012 International Conference on Economic Modeling Seville, Spain, July 4–6, 2012. (həmmüəllif: J. ABBASOV)
- Analysis Of Impact Of Oil Shocks On Iran's Economic Situation By Input-Output Schedules, Actual problems of economics, Scientific economic jornal, eco-science.net, ISSN-1993–6788, № 8(122) 2011 pp-399–409 (həmmüəllif : N. Moghsoudi)
- Modeling of the multiplicative effects of opening of the work places on the bases of "Intersectoral labor balance" (on example of Azerbaijan and Kazakhstan), EcoMod 2011, International Conference on Economic Modeling, Portuqal, Azores, Ponte- Deleqada, June 29-July 1, 2011, pp. 45 (həmmüəlliflər: V. Valiyev, S. Bayzakov, G. Sarsembaeva)
- Aнализ межотраслевых связей трудовых ресурсов Азербайджана на основе таблицы "затраты – выпуск", journal "Формування ринкоих eiдносин в Украiнi (Формирование рыночных отношений в Украине)", № 9 (112), 2010, ст.200–206 (G. Tahirova ilə həmmüəlif)
- Equilibrium prices model for sectors of Azerbaijan economy based on input-output tables// ecomod 2010, İnternational conference on economic modeling, Türkiye, İstanbul, julu 7–10, 2010, İstanbul Bilgi University, pp. 63: (həmmüəllif: F. Hasanov və M. Mansimli), ecomod2010 papers tam metn: 36 səh.
- Bütçe harclama kanallarının sosyo-ekonomik kalkınma göstergelerine etkisi, X Ekonometri ve istatistik sempozyumu bildiriler özet kitapçığı, Erzurum, Ataturk Unversitesi/Türkiye, 27–29 Mayıs 2009. Tam mətin: 10 səh. (həmmüəlliflər: C. Bulut, V. Valiyev və N. Baxışov)
- Azerbaycan Ekonomisinde Temel Üretim Faktörlerinin Milli Gelire Etkisinin Cobb-Douglas Üretim Fonksiyonu Ile Değerlendirilmesi/ IX Ekonometri ve istatistik sempozyumu kitapçığı, Kuşadası/Türkiye, 2008. (həmmüəllif: C. Bulut)
- Vergi auditi məqsədləri üçün risklərin qiymətləndirilməsinin modelləşdirilməsi/ Azərbaycanın vergi xəbərləri, № 8, 2008, səh. 16–37
- Məzənnə rejimləri və Azərbaycanda tətbiq edilən məzənnə rejiminin qiymətləndirilməsi/"Dünyaya baxiş" jurnalı, № , 2008, səh.12–26
- Azərbaycanda inflyasiya proseslərinin ekonometrik modelləşdirilməsi/ Azərbaycanın vergi xəbərləri, № 3, 2008, səh. 20 – 38
- Təbii sərvətlərlə zəngin olan ölkələrin iqtisadi inkişafının təkrar istehsal sxemi ilə təhlili, "Dünyaya baxış" jurnalı, № 5, 2007, səh. 152–164.
- Статистический анализ и прогнозирование НДС в Азербайджанской Республике, Вопросы статистики, Москва, № 11, 2007, ст. 69–71 (N. Süleymanovla həmmüəllif)
- Aнализ межотраслевых связей в экономике Азербайджана на основе модели "Затраты-Выпуск", Вопросы статистики, № 1, Москва, 2007, с.36–42 (N. Süleymanovla həmmüəllif)
- Azərbaycanın sosial-iqtisadi inkişafının proqnozlaşdırılması konsepsiyası // AMEA-nın "Məruzələri", LIX cild, № 3–4, 2003, s.240–246 (Ə. M. Abbasov, Q. C. İmanov və Ə. C. Muradovla həmmüəllif)
- Математическая модель задачи продовольственной безопасности, Известия АН Азербайджана, Баку, 1998 том. XVIII, № 1, с.234–236)
Ekonometrika, İqtisadiyyatın riyazi üsul və modelləri, Dünya iqtisadiyyatının dinamikası, İqtisadi nəzəriyyə, beynəlxalq maliyyə münasibətləri və s. fənlərini tədris edib. Hazırda İqtisadi təhlilin optimallaşdırma üsulları, Dinamik iqtisadi sistemlərin optimal idarə olunması fənlərini tədris edir.
1994-cü ildən Bakı Dövlət Universitetində dərs deyir.