Yapon dovşanı

Yapon dovşanı[3] (lat. Lepus brachyurus) — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı.

Yapon dovşanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünür[4].

Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci. Hokkayda adasında rast gəlinmir[4].

Yapon dovşanları meşələrin açıq sahələrində geniş yayılmışlar. Onlara istər düzən istərsə subalp regionlarında (hündürlüyü 2700 m) yayıla bilirlər[4].

Yapon dovşanı gecələr aktiv olur, güdüzlər isə dincəlir. Yayda qidasının 48 % otlar təşkil etsədə, tarla bitkiləri onun qida rasionunda üstün yer tutur. Qış ayları yarpaqlar və cavan ağacların gövdə hissələrinin qabığı ilə qidalanırlar. Bitkilərdən Yapon şamı (Cryptomeria japonica), Yapon ağcaqayını (Acer japonicum), Pavlovniya, Eleuterokokk, PaxlakimilərAraliya kimilər üstünlük təşkil edir[4].

Çütləşmə dönəmi fevraldan iyul ayına qədər davam edir. Dişilər apreldən avqusta qədər il ərzində 3-5 dəfə balalayır. Birdə dördə qədər bala verə bilir. Balalar 130 q çəkiyə malik olur. Dişilər yetkinlik yaşına 10 ayında çatır[4].

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Dörd yarımnöv qeydə alınmışdır[4]:

  • Lepus brachyurus brachyurus — Honşu, Kyuşü, Şikoku adalarının cənub-şərq əraziləri
  • Lepus brachyurus angustidens — Honşu adasının şimal-qərbi
  • Lepus brachyurus lyoni — Sado adasında
  • Lepus brachyurus okiensisOki adalarında
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 205. — 10 000 экз.
  4. 1 2 3 4 5 6 Joseph A. Chapman, John E. C. Flux (Hrsg.): Rabbits, Hares and Pikas. Status Survey and Conservation Action Plan. Arxivləşdirilib 2009-01-14 at the Wayback Machine International Union for Conservation of Nature and Natural Resources (IUCN), Gland 1990; S. 69-. ISBN 2-8317-0019-1.