Yaponiya İslam Mərkəzi (イスラミックセンター・ジャパン, İsuramikku Senta Capan?) – 1966-cı ildə Beynəlxalq İslam Mərkəzinin davamı kimi Yaponiyada yaradılmış İslam təşkilatı. Baş qərargahı Tokio şəhərində yerləşir. Qeyri-siyasi və qeyri-kommersional təşkilat olan bu mərkəz xüsusi bir qrupa və dövlətə məxsus deyil. Mərkəzin əsas məqsədi İslamı təbliğ etməkdir.[1]
Yaponiya İslam Mərkəzi | |
---|---|
yap. イスラミックセンター・ジャパン | |
Növü | qeyri-kommersiya |
Fəaliyyəti | İslam |
Yaranma tarixi | 1966 |
Mərkəzi | Tokio |
Yarandığı yer | Tokio, Yaponiya |
Fəaliyyət göstərdiyi yer | Yaponiya |
islamcenter.or.jp |
Təşkilat 1996-cı ildə yaradılıb. Hazırkı mərkəz 1974-cü ildə yenidən təşkil olunub. Mərkəzin və onun şurasının üzvləri ərəb, pakistanlı, türk və yapon kimi müxtəlif xalqların nümayəndələridirlər. İslam Mərkəzinin yeni binası 1982-ci ildə 1 milyon ABŞ dollarına tikilib və memarı Sudanın Yaponiyadakı keçmiş səfiri Musa Ömər olub. Təşkilatın müsəlman uşaqlar üçün təsis etdiyi bağça olsa da, maliyyə dəstəyinin azlığına görə bağlanıb.[1]
Kobe və Tokio məscidlərindən sonra İslam fəaliyyətinin aktivliyinə görə Yaponiyada üçüncü yerdədir. Yaponiyada müsəlman fəaliyyətlərinin mərkəzləşdirilməsində addımlar adan mərkəzin binası İslam fəaliyyəti üçün tədqiqat, kitabxana, salat, təhsil, maliyyə, idarəçilik, təlim və ictimai əlaqələr kimi xidmətlər verir. Mərkəzin əsas məqsədi İslamı təbliğ etmək və Qərb mediasının İslamla bağlı yaratdığı yanlış anlaşılmaları aradan qaldırmaqdır. Mərkəz dini adamlar yetişdirərək onları ölkənin müxtəlif nöqtələrinə göndərir. Yapon dilində İslam ədəbiyyatı problemini həll etmək üçün təşkilat hər il 300 mindən çox kitab nəşr etdirir və 30-dan çox nəşr (kitab və buklet) buraxaraq Yaponiyadakı müxtəlif təhsil, müsəlman və qeyri-müsəlman təşkilatlara göndərir. Mərkəz İslam haqqında olan nəşrləri də dəstəkləyir.[1]
Mərkəz yapon dilində nəşr etdirdiyi "Assalam" jurnalı İslam haqqında olan öyrədici məqalələrinə görə bir çox İslam alimi tərəfindən bəyənilib. Jurnalın İslam iqtisadiyyatı, İslam memarlığı, müsəlman problemləri və dini azadlıq haqqında xüsusi sayları nəşr olunub.[1]
Təşkilatın əsas fəaliyyətlərindən biri Yaponiyada seminar, simpoziya və müzakirə görüşləri keçirməkdir. Bu fəaliyyətlər bir çox yaponun, eləcə də, yapon intelektualların diqqətini çəkir. Mərkəz həftədə iki dəfə pulsuz ərəb dili dərsləri, eləcə də, Quran və hədis dərsləri keçir. Mərkəzin istinad kitabxanası mövcuddur. Mərkəz həmçinin "İslama keçid" və "Evlilik qeydiyyatı" kimi xidmətlər də təklif edir.[1]