Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yaqub Abdulla oğlu Əfəndiyev(1890, Goranboy rayonu – 1967) — Goranboy rayonunun Fəxralı kəndində ilk yeni tipli məktəbin banisi. "Lenin" ordeni mükafatçısı.[1][2] Yaqub müəllim öz vəsaiti hesabına evində məktəb yaradaraq maariflənmə hərəkatına təkan vermiş, yaratdığı məktəbə 27 il rəhbərlik etmiş, çoxsaylı ziyalılar ordusunun yetişməsində böyük xidmətləri olmuşdur. Həmin məktəbdən Fəxralı kəndinin əhalisi ilə yanaşı qonşu kəndlərin (Alpout, Qurbanzadə, Yəhərçi Qazaxlar) əhalisi də bəhrələnmişdir.
Yaqub Əfəndiyev | |
---|---|
Yaqub Abdulla oğlu Əfədiyev | |
Digər adı | Molla Yaqub |
Doğum tarixi | |
Doğum yeri | Faxralı, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Faxralı (indiki Fəxralı), Goranboy, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Ədibə |
Atası | Molla Abdulla |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | müəllim, dərs hissə müdiri, məktəb direktoru |
Mükafatları | və müxtəlif medallar |
Əfəndiyev Yaqub Abdulla oğlu 1890-cı ildə indiki Goranboy rayonunun Fəxralı kəndində anadan olub. Dini və dünyəvi biliklərə sahib olub. O, 1919-cu ildə Fəxralı kəndində ilk yeni tipli fərdi məktəb açmış, təhsilə marağı olanları məktəbə cəlb etmişdir. Məktəb avadanlıqlarını başqa yerlərdən əldə etmişdir.[1] Əvvəl ibtidai məktəb olan bu təhsil ocağı, sonra yeddiillik, daha sonra isə orta və tam orta məktəbə çevrilmişdir. Təhsil ocağından Bəşir Musazadə, Rahib Mustafayev, Əlövsət Sadıqov, Rafil İmanov kimi ziyalılar bəhrələnmişdir. Yaqub müəllim bu məktəbdə uzun müddət (1919–1946-cı illər) direktor, dərs hissə müdiri və müəllim işləmişdir. Yaqub müəllim istedadlı şagirdlərə xüsusi diqqətlə yanaşmış, onların valideynləri ilə görüşüb övladlarının qabiliyyətlərini onların nəzərinə çatdırmış və təhsillərinin davam etdirilməsi üçün şərait yaradılmasını tövsiyə etmişdir.
Respublikanın əməkdar müəllimi Rafil İmanovun atası qeyd edirdi ki, Yaqub müəllim dəfələrlə mənim qabağımı kəsib deyirdi: "Sənin oğlunun qeyri-adi istedadı var, ona mane olmayın və hökmən oxudun".[3]
Yaqub müəllim maarif sahəsindəki xidmətlərinə görə "Lenin" ordeni və müxtəlif medallarla təltif olunmuşdur.
Yaqub müəllimin fəaliyyəti yetirmələri üçün nümunə olmuşdur. Azərbaycan Respublikasının əməkdar müəllimi Rafil İmanov öz müəlliminin təcrübəsindən istifadə edərək 1992-ci ildə Bakı şəhərində 287 saylı "Zəkalar" liseyini yaratmışdır.[4][5]
https://web.archive.org/web/20210123082459/https://bakimektebleri.edu.az/287/az/ourpride/
1967-ci ildə vəfat edib və Goranboy rayonunun Fəxralı kənd məzarlığında dəfn edilmişdir.
Yaqub müəllimin doğulub-yaşadığı Fəxralı kəndi qədim kənddir. Tarixi dəqiq araşdırılmayıb. Bu kənddə insanların yaddaşında yaşayan aşağıdakı coyğalar (yaşayış massivləri) mövcud olub:
Çökək məhlə; Fəzeyilli; Xanəhmədli; Xanımcanlı və Arxın üstü yeni məhlələr.
Qeyd olunan coyğalarda müxtəlif nəsillər məskunlaşıb.
Yaqub müəllimin məxsus olduğu Fəzeyilli nəslinin adını daşıyan cöyğada məskunlaşan nəsillər aşağıdakılardır:
— Fəzeyilli;
— Bəylik;
— Göyüşdülər;
— Xoylular;
— Fərzalılar;
— Qaramanlılar.
Yaqub müəllimin nəsil şəcərəsi-Fəzeyilli:
Fəzayıl övladları: Yusif; Nəsib; Şıx Məmməd.
Şıx Məmməd övladları: Molla Abdulla; Xocaverdi.
Molla Abdulla övladları: Yaqub; Cəbreyil; Sədi-abdulla; Əhməd.[1].
Babası Şıx Məmməd qeyri-adi istedada malik olub. Deyilənlərə görə o, ani olaraq Murov dağına gedib-gələ, həmçinin xəstələrə şəfa verə bilirmiş.
Atası Molla Abdulla Korçay çayının sahilində dənli bitkiləri üyütmək üçün dəyirman tikdirib sakinlərin istifadəsinə vermişdir. Molla Abdulla Fəzeyilli nəslinə mənsub olduğu üçün dəyirman "Fezeyilli dəyirmanı" adlandırılmışdır. Kolxoz qurulduqdan sonra dəyirmanı Qurbanzadə kənd sakini Hacıəli işlətdiyi üçün dəyirman "Hacıəli dəyimanı" kimi adlandırılmışdır.[1]
Həyat yoldaşı Ədibə müəllim Gəncə şəhərində anadan olub, Faxralı kənd məktəbinin yaradılması, təşkili və təşəkkülündə müstəsna xidmətlər göstərmişdir. O, uzun illər Faxralı kənd məktəbində ibtidai sinif müəllimi işləyərək Faxralı kənddində böyük ziyalı ordusunun yetişməsinin təməlini qoymuşdur. Ədibə müəllim təhsildə göstərdiyi xidmətlərə görə "Şohrət" ordeni və medallarla təltif olunmuşdur.[1]
Yaqub müəllimin altı övladı olub:[1]
oğlanları–Məmməd; Çingiz; Davud; Ramiz;
qızları–Brilyant; Kimya.
1967-ci ildə Faxralı kəndində vəfat etmiş və Faxralı kənd məzarlığında dəfn edilmişdir.[1]