Qurbanzadə — Azərbaycan Respublikasının Goranboy rayonunun Fəxralı kənd inzibati ərazi dairəsində kənd.[1]
Qurbanzadə | |
---|---|
40°45′58″ şm. e. 46°34′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 187 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qurbanzadə kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini inqilabdan əvvəl Cənubi Azərbaycanın Qaradağ mahalından gəlib Fəxralı kəndində rəncbərlik edənlər 1924-cü ildə salmışlar. Yeni salınmış kənd əvvəllər Tatlar adlanırdı (yerli əhali Cənubi Azərbaycandan gələn rəncbərlərə tat deyirdi). Sonralar kəndin adı dəyişdirilərək ona vaxtila yaşayış məntəqəsinin salınması üçün torpaq sahəsi ayırmış Gəncə Qəza İcraiyyə Komitəsinin torpaq şöbəsi idarəsinin müdiri Qurban Məmmadovun adı vərilmişdir. Oykonim "Qurbanın övladları” mənasındadır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 632 nəfər əhali yaşayır.[3]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |