Yay gününün xəzan yarpaqları (film, 1986)

Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır.

Yay Günlərinin Xəzan Yarpaqları
Fayl:Yay Gününün Xəzan Yarpaqları (1986).JPG
Janr dram
uşaq
Rejissor Tofiq İsmayılov
Ssenari müəllifi Asim Cəlilov
Baş rollarda Səyavuş Aslan-Şəmsi
Nəcibə Hüseynova-Nərgiz
Firəngiz Şərifova-Güllü
Əşrəf Quliyev-Musa
Şahmar Qəribli-Kazım
Yaşar Nuri-Rizvan
Operator Valeri Kərimov
Bəstəkar Eldar Rüstəmov
Rəssam Nadir Zeynalov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 15 may 1986
Filmin digər adı Yay Günlərinin Xəzan Yarpaqları
Filmin növü tammetrajlı bədii film
Müddət 75 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1986
Texniki məlumatlar 7 hissə
2183 metr
35 mm
"Svema" kinolenti(Şostka kimya kombinatı)
Rəng rəngli
Çəkiliş yeri İsmayıllı, Lahıc kəndi
IMDb ID0378258

Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.[1]

Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də nəticə vermir. Onlar direktorun kənddən getməsini, onun uşaqlara əziyyət verdiyini düşünürlər.[1]

Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır. Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.[1]

  • Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
  • Azərbaycanda filmin rus variantı saxlanılmışdır. Azərbaycan variantı isə çox güman ki, Moskvada saxlanılır.
  • 2011-ci ildə filminin bərpası başa çatıb. Bərpa Dövlət Film Fondu və Rusiya Teleradio Fondu ilə birlikdə həyata keçirilib. Rus dilində olan film Azərbaycan Dövlət Televiziyası tərəfindən dublyaj olunub[2].

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Asim Cəlilov
Quruluşçu rejissor: Tofiq İsmayılov
Quruluşçu operator: Valeri Kərimov
Quruluşçu rəssam: Nadir Zeynalov
Bəstəkar: Eldar Rüstəmov
Səs operatoru: Nataliya Nuriyeva
Rejissor: Zəfər Murtuzov
Məsləhətçi: Əjdər Ağayev (pedaqogika elmləri namizədi)
Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
Montaj edən: Nataliya Albitskaya, Lyudmila Lotina
Qrim rəssamı: Telman Yunusov
Geyim rəssamı: Məlahət Hümbətova
Rejissor assistenti: A. Əliyev, E. Bayramov
Operator assistenti: Xaqani Hüseynov, R. Səfərəliyev
Redaktor: L. Kazaçenko
İnzibatçı: Vladimir Dudniçenko, Liliya Zöhrabova
Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor: Konstantin Krimets
Mahnıların mətni : M. Muradov
Mahnı ifa edən: Mübariz Tağıyev
Filmin direktoru: Əli Məmmədov
Səyavuş Aslan-Şəmsi
Nəcibə Hüseynova-Nərgiz
Firəngiz Şərifova-Güllü
Əşrəf Quliyev-Musa
Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Kazım
Yaşar Nuri-Rizvan
Yalçın Əfəndiyev-Yalçın
Aygül İsmayılova-Gülçöhrə
Elnur Məmmədov-Qurban
Natiq Abdullayev-Şəhriyar
Əminə Yusifqızı-Firuzə
Hacı İsmayılov-Mühasib
Rəfael Dadaşov-İnspektor
Qəmbər Yusifov-İsfəndiyar
Rafiq Kərimov-Lətif
Şücaət Həbibov-Briqadir
Zəroş Həmzəyeva-Səməngül
Arif Quliyev-Bufetçi
Cahangir Aslanoğlu-Rayon maarif müdiri
Sona Mikayılova-Poçt işçisi
F. Əsgərova
B. Hacıyev
N. Axundova
E. Hüseynova
R. Abdullayeva
E. Əliyev
K. Rzayev
Muxtar Maniyev-Rayon təhsil işçisi
Mayak Kərimov-Rayon təhsil işçisi
Larisa Xələfova-Rayon təhsil işçisi
  1. 1 2 3 Sevda Sultanova. "O məktəb direktorunu kənddə niyə qəbul etmirdilər?" (az.). Lent.az. 21 oktyabr 2017. 2017-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
  2. "Yay gününün xəzan yarpaqları"[ölü keçid]  (az.)

Azərbaycan filmlərinin siyahısı

Filmi izlə