Yeni Avropa otelinin binası

Bu məqalə Yeni Avropa (mehmanxana) məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Yeni Avropa otelinin binası1913-cü ildə Ağa Musa Nağıyevin sifarişi ilə memar İosif Ploşko tərəfindən keçmiş Qorçakovski küçəsi, 13 indiki Hacı Zeynalabdin Tağıyev küçəsi, 13 ünvanında, Nəzarət döngəsinin küncündə modern üslubunda inşa edilmişdir.[1] 1999-cu ildən bina restavrasiya olunduqdan sonra burada Lukoyl neft şirkətinin Bakı ofisi yerləşir.

Yeni Avropa otelinin binası
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Hacı Zeynalabdin Tağıyev küçəsi, 13
Aidiyyatı Lukoyl
Memar İosif Ploşko
Tikilmə tarixi 1910—1913
Üslubu Modern
Vəziyyəti yaxşı
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Yeni Avropa oteli (Bakı)
Yeni Avropa oteli
Binanın planı

Tarixi[redaktə | mənbəni redaktə et]

"Yeni Avropa" otelinin binası 1913-cü ildə Ağa Musa Nağıyevin sifarişi ilə memar İosif Ploşko tərəfindən Qorçakovski küçəsi, 13 ünvanında, Nəzarət döngəsinin küncündə inşa edilmişdir.[1]

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Mehmanxana dörd ədəd lift, sanitar-texniki avadanlıqlar, buxarlı qızdırıcılar, qapalı elektrik naqilləri ilə təchiz olunmuşdur. Binanın daşıyıcı konstruksiyası qismində dəmir-betondan (dayaqlar, örtüklər və s.) geniş istifadə olunmuşdur.

Yeni Avropa oteli 1934-cü il.

Lift və pilləkənli xoll küncdəki geniş vestibülə açılır. Yastı damın üzərində açıq səhnəli yay restoranı yerləşirdi. Birinci mərtəbədə içərisində xidməti otaqlar olan restoranın geniş zalı, ikinci mərtəbədə nömrələr (otaqlar) koridorun hər iki tərəfində yerləşmişdir. Kəsişmə mərkəzində lift və mərtəbələrdə kiçik xoll var idi. İki otaqlı nömrələr küçəyə, bir yerliklər isə quyu üslublu həyətə baxırdı.

Həcmin uğurlu memarlıq həlli eyvanların plastikliyi və köndələn erkerlərin ritmi sayəsində mümkün olmuşdur. Üçüncü mərtəbədəki yarımdairə yastı taxçalar və yonulmamış daşla hörülmüş kürəkciklər müəllifin order sisteminə olan maraq və meylindən xəbər verir.

Burada memarlığa yanaşma tamamilə fərqlidir, daha səmərəli konstruktiv həll yollan axtanlır. Mehmanxana binasım kəskin modernə aid etmək olmaz. Bu bir növ şəhərin intibah üslublu tikililərinin fonunda xüsusi ifadəlilikdən məhrum olmayan gələcək konstruktivizmin əks-sədasıdır. Mehmanxana inqilabaqədərki memarlığın parlaq nümayəndəsi İ.Ploşkonun yaradıcılığında xüsusi yerə malikdir. Onun hər bir əsəri ayn-aynlıqda memarlıq abidəsi və milli irsin aynlmaz hissəsi sayılır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 262-263. ISBN 978-9952-32-020-6.