Yeni Klassik memarlıq, Yeni Klassikizm və ya Müasir Klassik memarlıq,[1] Klassik memarlıq üslublarını davam etdirən müasir memarlıq hərəkatıdır. Bir çoxları tərəfindən Neoklassik memarlığın davamı kimi görünsə də,[2][3][4] Qotika, Barokko, İntibah və hətta qeyri-Qərb cərəyanlarının yenidən tətbiqi də Yeni Klassik memarlığın tərkibində dəyərləndirilir[5] və bu üslubda tikilən binalar əsasən köhnə cərəyanların animizimindənsə postmodern bir baxışla inşa edilir.[6] Yeni klassik memarlıq cərəyanı yerli memarlıq ənənələrindən və tikinti materiallarından istifadə etdiyinə görə onu xalq memarlığı dalğası ilə əlaqələndirənlərdə mövcuddur.[7]