Qədim Misir memarlığı

Qədim Misir memarlığı — dünya memarlığı xəzinəsinin ən erkən töhfələrindən biri sayılır. Bu zamana qədər heç bir tarixi ərazidə saysız-hesabsız və monumental qurğular yaradılmamışdır.

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Dünyada ən qədim memarlıq və təsviri incəsənət örnəkləri Şərq dövlətlərinin ərazisində, ilk əvvəl Qədim Misirdə yaranmışdır. Digər xalqlar hələ tarixdən əvvəlki inkişafın mərhələsində olduğu zaman misirlilər artıq yüksək və inkişaf etmiş incəsənət əsərlərinə malik idilər. Memarlığın tarixi Qədim Misirdən başlanır[1].

Qədim Misir ərazisində tikilmiş nəhəng piramida və məbədlər daşdan, qranitdən yonulmuş sfinkslər (əcayıb yarıminsan, yarışir heykəllər) Qahirə, əl-Üqsür, Teben, Əsvan şəhərlərində bu günə kimi qalmaqdadır.

Bir çox qədim Misir şəhərləri günümüzə qədər gəlib çıxmamışdır. Buna əsas səbəb həmin şəhərlərin Nil çayının sahilində, daşqın zonasında yerləşməsi olmuş, nəticədə çox şəhərlər batmış, və ya ciddi zədələnərək sonda məhv olmuşdur. Yeni şəhərlər köhnələrin yerində tikilirdi, buna görə qədim şəhərlər məhv edilirdi. Ancaq Qədim Misirin quraqlıq iqlimi çiy kərpicdən (yarımfabrikatın) olan Deir al-Madina, Kaxun[2] kimi yaşayış məntəqəsində ki, tikililər, Orta padşahlıq (müasir Al-Laxun), Buxen[3] və Mirqissedə olan qala tikintiləri və onların qalıqları qalmışdır.

Əsas mərhələləri

[redaktə | mənbəni redaktə et]

Misirin b.e.əvvəl XXVIII-I əsr memarlığını aşağıdakı əsas mərhələləri ayırmaq qəbul edilmişdir:

  1. Sülaləyə qədərki dövr (b.e.əvvəl IV minillik);
  2. Qədim padşahlıq (b.e.əvvəl XXX–XXIII əsrlər);
  3. Orta padşahlıq (b.e.əvvəl XXI–XVIII əsrlər);
  4. Yeni padşahlıq (b.e.əvvəl XVI–XI əsrlər);
  5. Son dövrlər (XI əsr – b.e.əvvəl 332 il).

Sülaləyə qədərki dövrdə

[redaktə | mənbəni redaktə et]

Qədim Misir memarlığı Sülaləyə qədərki dövründə Misir memarlığının əsası qoyuldu. Bu dövrdə incəsənət sistemində əsas yeri memarlıq tutmuş və dəfn, ibadət ilə bağlı olmuşdu. Həmin ərazilərdə meşələrin az olması, yerli bitkilərin isə tikinti materialı kimi keyfiyyətsiz olduğundan istifadə edilməsi mümkün deyildi. Bütün bunlara görə çiy kərpic və daş əsas tikinti materialı hesab edilirdi. Əsasən, Nil vadisindən əldə edilən əhəngdaşı, həmçinin qum və qranitdən istifadə edilirdi. Daş əsasən məqbərələr və dəfn üçün istifadə olunsada, kərpic sarayların tikintisində, qalaların, məbədlərin və şəhərlərin ətrafı köməkçi tikililərin, həmçinin məbədlərin inşasında istifadə edilirdi.[4]

Qədim padşahlıq dövründə

[redaktə | mənbəni redaktə et]

Qədim padşahlıq dövründə nəhəng tikintilərin sürətli yüksəlişi başlanmışdı. Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri olan ehramlar fironun qüdrətini təcəssüm edirdi. Piramidaların tamamlanmış növü Qize kompleksində (Xeons piramidası) özünü büruzə verirdi. Ehramlar kimi, günəş məbədləridə vadidə özünəməxsus xüsusiyyətlərə malik idi. Ən qədim və tanınan günəş məbədlərindən Abidosdakı Niusirra məbədini göstərmək olar[5].

Ehram memarlığının təşəkkülü fironlardan Xeops, Xepren və Mikerin adına gize deyilən yerdə ucaldılmış pramidalarla bağlıdır. Misir memarlığı tarixində xüsusi yer tutan memar Xemmunun yaradıcı təxəyyülünün bəhrəsidir. Ehramın yonulmuş daşlarının çəkisi 2,5 tondan-3 tona qədərdir. Onun bünövrəsindəki kvadratın tərəfləri 233 m uzunluğunda, ümumi sahəsi isə 54 mln km2 -dir. Həmin ehramların önündə bədəni aslan başı fironun portretini xatırladan nəhəng Sfinks heykəli qoyulmuşdur. Misirlilər onu "dəhşətin atası" adlandırırdılar. Onun uzunluğu 57 m, hündürlüyü 20 m-dir. Başının hündürlüyü 5 m-dir. Tarixi araşdırmalara görə Xeops və Sfinksin tikintisi 30 ilə başa çatmışdır. Misirlilə ehramların və məbədlərin bədii tərtibatına xüsusi əhəmiyyət verirdilər.

Orta padşahlıq dövründə

[redaktə | mənbəni redaktə et]

Orta şahlıq yeni memarlıq simalarının axtarışına başladı, b.e.əvvəl XXI əsrdə Deyr-əl-Bəxridə tikilmiş firon I Mentuxotepin məqbərə-türbəsi bunun sübutu oldu. Bu dövrdə şüşə və saxsı istehsalı kimyanın inkişafına səbəb olmaqla yanaşı memarlığada öz təsirini göstərdi.

Orta çarlıq dövrünün əhəmiyyətli tikililərindən Xavara Amenemxeta, III fironunun dəfn olunduğu ehramdır. Ehram kərpicdən tikilmiş və əhəngdaşıyla üzlənmişdir. Daxili divarlar isə pardaqlanmış sarı kvarsitin bütöv parçalarından yonulmuşdur. Məbəd 72000 kvadrat metr sahəni tutur.

Yeni padşahlıq dövründə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yeni padşahlıq (Misir)

B.e.əvvəl XVI əsrdə memar İneni və b.e.əvvəl XV əsrdə memar Kiçik Amenxotep tərəfindən tikilmiş, öz aralarında əlaqəli olan Karnak və Luksor məbədləri memarlığın yeni xüsusiyyətlərinin əmələ gəlməsinə gətirib çıxartdı. Vaxt keçdikcə Karnak və Luksor məbədləri xiyaban və meydanlı, sütunlu və məbədli özünəməxsus daş şəhərlər oldu. Yeni padşahlığın Amon tanrısına həsr olunmuş (ithaf edilmiş) məqbərə kompleksləri Fivdə ucaldılmışdı.

  1. История архитектуры. О. Шуази. Том 1,2. — М: Изд-во Академии Архитектуры, 1937. — 704 с.: ил.
  2. W. M. Flinders Petrie, Kahun, Gurob, and Hawara, Kegan Paul, Trench, Trübner, and Co., London 1890
  3. Charles Gates, Ancient Cities: The Archaeology of Urban Life in the Ancient Near East and Egypt, Greece and Rome, Routledge 2003, p.101
  4. R. G. Blakemore, History of Interior Design and Furniture: From Ancient Egypt to Nineteenth-Century Europe, John Wiley and Sons 1996, p.100.  (ing.)
  5. Афанасьева В., Луконин В., Померанцева Н. Искусство Древнего Египта. // Малая история искусств. Искусство Древнего Востока. — М., 1976.