"Yeniyetmə" (Подросток) - dahi rus yazıçısı Fyodor Dostoyevskinin sonuncu əsəri olan Karamazov qardaşlarından öncə, 1875.ci ildə qələmə aldığı bir romanıdır. Məktub şəklində yazılmış əsərdə, "Arkadi Makaroviç" adlı gənc, öz qarmaşıq ailə hekayələrini, xüsusən də, həqiqi atası Versilovla aralarında keçən çaxnaşmalı əlaqələri nəql edir. Hadisələr, 21 yaşlı gənc Arkadi'nin, atası Versilov'dan dəvət məktubu alması və illər sonra onlarla yaşamaq üçün Peterburqa gəlməsi ilə başlayır.[1]
Tatyana Pavlovna Prutkova - yaşlı tək qadın. Versilovun ailəsinə kömək edir.
Lizaveta Makarova Dolqoruki - Arkadinin bacısı. Romanda Liza adı ilə bəhs edilir.
Sofya Andreyevna Dolqoruki - Arkadinin anası. Sofyanın təhkimli nökər atası rəhmətə gedərkən özü kimi təhkimli olan Makar Dolqorukini yanına çağırtdıraraq, ona, qızını yəni Sofyanı göstərərək, ucadan və təkidlə vəsiyyət etmişdi ki, "Böyüt və evlən".[2]