Yeon Gaesomun[qeyd 1] (d. 603—ö. 666) — Goguryeo krallığının Dae Magnijisi (대막리지, 大莫離支, Generalissimus). Goguryeonun 27-ci kralı Yeonqnyunu taxtdan salaraq 28-ci və sonuncu kral olan Bojanqı taxta çıxartmışdır. Yeon Gaesomun Tana qarşı Goguryeonu müdafiə etmişdir.
Yeon Gaesomun | |
---|---|
kor. 연개소문 | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı | Goguryeo krallığı |
Hərbi fəaliyyəti | |
Rütbəsi | generalisimus |
Vəzifəsi | Dae Magniji (대막리지, 大莫離支, Generalissimus) |
Yeon Gaesomun Kral Pyeonqvon və Kral Yeongyanq zamanında Goguryeo krallığının baş naziri olmuş Yeon Taejonun böyük oğludur Yeon Gaesomunun ailəsi həmişə Goguryeoda yüksək təbəqəyə və sosial statusa sahib olub. Yeonun babası Yeon Ja-yu da Goguryeonun baş naziri olub. Yeon Gaesomun haqqında informasiya Kral Yeonqnyu və Kral Bojanq haqqında Samsuk Saqi yazılarında və onun oğulları Yeon Namsaeng və Yeon Namsana aid məzar qalıqları kimi qalan Yeon Gaesomunun bioqrafiyasında və oğullarına aid Tanqın yeni kitabında ortaya çıxan bioqrafiyalarda qalıb.
Tanqa aid çin tarixi sənədləri Yeon Gaesomunun soyadını Cheon (泉, Çin dilində Quan , mənası "yaz") olaraq verir. Ona görə ki, Yeon (淵, Çin dilində Yuan , mənası "çaybaşı") Tanın banisi İmperator Qaozunun verilmiş adı idi və başqasına belə yanaşma Çin ənənəsində tabu idi. Yeon Gaesomuna bəzən Gaegeum (개금/蓋金) olaraq da müraciət edilir. Nihon Şokidə Yeon Gaesomun Iri Kasumi (伊梨柯須彌) kimi ortaya çıxır.[1]
Qərb əyalətinin idarəçisi (西部大人) olana qədər Yeon Gaesomunun həyatı haqqında məlumatlar azdır. Qərbi əyalətində o, Tan işğalçılarından Liaodonq ərazisini qoruyan hərbi qarnizon şəbəkəsi Cheolli Jangseong binasını təftiş eləyib.
642-ci ilin qışında Kral Yeonqnyu generalı Yeon Gaesomun haqqında narahat idi və başqa rəsmilərlə Yeonu öldürməyi planlayırdı. Yeon bundan xəbər tutanda özünün Şərq əyalətinin başçısı pozisiyasına gətirilməsini qeyd etmək məqsədilə krallıqda ona əleyhdar olan yüz siyasətçini çağıraraq böyük məclis təşkil elədi. Yeonun əsgərləri pusquda dayandılar və siyasətçiləri öldürdülər. Yeon Gaesomun daha sonra saraya doğru hərəkət elədi və kralı öldürdü. Ənənəvi Çin və Koreya mənbələrinə əsasən, Yeonun adamları ölü kralın cəsədini hissələrə ayırdılar və heç bir mərasim keçirmədən tulladılar.
Kral Yeonqnyunun yerinə Yeonqnyunun qardaşı oğlu Kral Bojanqı gətirən Yeon Gaesomun özünü Dae Magniji (대막리지, 大莫離支, Generalissimus) təyin elədi. Nəticə olaraq bu vəzifə ilə Yeon Gaesomun ölümünə qədər Goguryeonun dövlət məsələlərində de-fakto söz sahibi oldu.
Onun Goguryeo kralının ölümündəki rolu 645-ci ildə alınmayan Tan işğalı üçün əsas bəhanə hesab edildi.
Yeon Gaesomun tərəfindən həyata keçirilən 642-ci il dövlət çevrilişi Tan dövləti ilə sülhə gəlmək istəyənlərlə Tanla müharibə etmək istəyənlər arasındakı güc mübarizəsinin kuliminasiya nöqtəsi idi. Yeon Tanla müharibə etmək istəyənlər arasında idi.
Ənənəvi Çin və Koreya tarixşünaşlığı inanır ki, Yeonu dövlət çevrilişi etməkdə motivasiya edən onun gücə olan acgözlüyü idi. Koreya millətçiliyinin çiçəklənməsi ilə bir çox yenilikçi Koreya tarixçiləri Yeonu motivasiya edən şeyin Tana qarşı Goguryeonu güclü mövqeyə gətirmək olduğunu müdafiə elədilər. Həmin vaxtlarda imperator sülhpərəst diplomatik əlaqələr üçün Tana tabe olurdu.
Tanla Goguryeo arasındakı müharibələr Şimali Asiyanın qədim tarixinin ən əhəmiyyətli hadisələrinə daxildir. Bu müharibələr Şila-Tan ittifaqının, Goguryeonun çöküşünün və Koreya yarımadasının Şilanın hakimiyyəti altında birləşdirilməsinin əsas səbəbi idi. Yeon Gaesomun bu konfliktlərin əsas səbəbkarı olmaqla bərabər həm də əsas oyunçulardan biri idi.
Yeon Gaesomun hakimiyyətinin başlanğıcında Tana qarşı sakitləşdirici duruş sərgilədi. Məsələn, o, buddizmin yerinə Daosizmi dəstəkləməyə başladı və Tan sarayına elçi göndərərək Daosist keşiş tələb etdi. Bu hərəkət tarixçilər tərəfindən Tanı passivləşdirmək və Tan işğalına qarşı zaman qazanmaq üçün fənd hesab edildi.
Goguryeo Şilaya qarşı yeni işğallara başlayanda Tanla əlaqələr pozuldu. 645-ci ildə Goguryeo-Tan müharibəsi başladı və Taizonq bir çox sərhəd qalasının işğal elədi.
Taizonqun hücumu iki əsas problemlə üzləşdi. Birincisi, Taizonqun ordusu Ansi qalasının məşhur komandiri Yang Man-chunun müqavimətinə görə planların həyata keçirə bilmədi. İkincisi, Taizonqun Pxenyanı işğal etmək üçün göndərdiyi elit dəniz qüvvələri Joseon Sanggosaa görə Yeon tərəfindən məğlub edildilər. Yeon daha sonra əsgərlərin Ansi qalasına Yanqa kömək etməyə göndərdi.
Qarşıdan Yanqın və arxadan Yeonun orduları ilə sıxışdırılan və sərt qışdan və qida ehtiyatı çatışmazlığından əziyyət çəkən Taizonq geriyə qayıtmağa məcbur edildi. Geri qayıdanda Taizonqun əsgərlərinin böyük hissəsi Yeon Gaesomunun ordusu tərəfindən məğlub edildi. Ancaq Taizonqun ordusu xilas ola bildi. Taizonqun Goguryeonu işğal etmə planı iflasa uğradı. Ancaq Tan da Goguryeoda böyük tələfata səbəb ola bildi.
Belə bir fikir irəli sürülür ki, Taizonqun Goguryeonu işğal etməsindəki uğursuzluğundan sonra Yeon Gaesomunla onun arasında olan şəxsi yarış həm Taizonq üçün, həm də onun oğlu Gaozonq üçün vəsvəsəyə çevrildi. Onlar 661-ci ildə iki dəfədən çox Goguryeonu işğal etməyə çalışdılar. Ancaq onlar iki cəhddə də uğursuz oldular. Xüsusilə, Yeonun 662-ci ildə Tan qüvvələri üzərindəki qələbəsini qeyd etmək olar. Çin generalı Pang Xiaotai (龐孝泰) Sasu çayında (蛇水, böyük ehtimal Botong çayında) məğlub edildi və 13 oğlu ilə birlikdə öldürüldü. Çində artan qarmaqarışıqlıqla Tan ordusu yenidən geri qayıtmağa məcbur oldu.
Goguryeonun iqtisadiyyatı və əhalisi üç işğal cəhdindən sonra dağılmışdı və itkilər bərpa edilə bilməmişdi. Şila və Tan 8 ildən artıq birgə mübarizələrini davam etdirdilər. 668-ci ildə - Yeon Geasomunun ölümündən iki il sonra Goguryeo süqut etdi. Ancaq ən azı Yeon Gaesomunun hakimiyyəti dövründə Şila-Tan ittifaqı Goguryeonu işğal edə bilmədilər.
Yeonun ölüm ili oğlu Yeon Namsaengin qəbir yazısında Kral Bojanqın hakimiyyətinin 24-cü ili - 665-ci il olaraq göstərilir. Bundan başqa Samguk Sagi bunu 666-cı il və yapon tarixi Nihonşoki Kral Bojanqın hakimiyyətinin 23-cü ili (664) olaraq göstərir.
Yeon Gaeomunun ən az üç oğlu var idi: (böyükdən kiçiyə) Yeon Namsaenq, Yeon Namgeon, and Yeon Namsan. Onun ölümündən sonra Yeon Gaeomunun qardaşı və üç oğlu arasında olan mübarizə Goguryeonun zəifləməsinə səbəb oldu və 668-ci ildə Şila-Tan ittifaqı ölkənin süqutuna səbəb oldu.
Konfutsiçi alimlər Yeonu hakimiyyətə gətirən dövlət çevrilişinə və kralı öldürməsində iştirakına görə tənqid edirlər. Konfutsiçi alimlərə görə, Yeon Gaesomun şəxsi güc axtaran sədaqətsiz adamdır. Xüsusilə Tan və Şila mənbələri Yeonu qəddar və təkəbbürlü adam olaraq təsvir edir. Onların mənbələrinə görə, Yeon beş qılınc daşıyırdı və o, ata minəndə və atdan düşəndə arxalarını işlətməsi üçün yerə əyilən adamları olurdu. Müasir vaxtda Yeonu müdafiə edənlər Tan və Şila mənbələrini düşmən tarixçilərin ikili standartlı məlumatı sayaraq məzərə almırlar. Bundan başqa Yeonu müdafiə edənlər onun məqsədyönümlü olması və Goguryeonu müdafiə etmədəki uğurunu onun patriotluğunun sübutu sayırlar. ( Baxmayaraq ki, Taizonqun birinci işğal cəhdi Yeonun Şilaya qarşı olan hücumlarına görə baş vermişdi və sonrakı hücumlarda Taizonqun və böyük ehtimal onun oğlunun Yeona qarşı olan şəxsi nifrətinə görə baş vermişdi.)
Goguryeonun süqutundakı rolunda Yeonun Tanı Goguryeoya hücum etməyə təhrik etməsi Yeon Gaesomunu tənqid edənlər tərəfindən irəli sürülür. Onun dövründə Goguryeonun əhalisi azaldı və Tan və Şilaya qarşı olan müharibələrə görə Goguryeonun iqtisadiyyatı dağıldı.
Başqa bir mübahisə Tanın məölubiyyətini iddia edən mənbələrə görə əmələ gəlir. Şinin Joseon Sanggosası kimi mənbələr Taizonqun Pekinin yaxınlarına qədər şəkildiyini iddia edir. Ancaq Şinin təsviri ənənəvi Çin və Koreya mənbələrində təsdiqini tapmır. Qədim Koreya tarixi Samguk Sagi[2] və qədim Çin tarixi Old Book of Tang,[3] New Book of Tang,[4] və Zizhi Tongjian[5] rəqəmi 20000 olaraq göstərərək ancaq 100000 Tan əsgərinin ümumilikdə istifadə edildiyini göstərir.
Yeon İmperator Li Şimin və İmperator Gaozonq idarəsindəki Tan imperiyasına qarşı uğurlu müqaviməti ilə xatırlanır. İmperator Li Şiminin məğlub olduğu tək döyüş Yeona qarşı aparılan döyüş idi.
Ənənəvi Koreya tarixşünaşlığı Yeon Gaesomunu qəddar siyasəti və öz monarxına tabe olmaması ilə Goguryeonun süqutuna səbəb olan despot lider kimi göstərir. Bundan başqa Çinin hücumlarına qarşı Goguryeonu müdafiə edərək qazandığı nailiyyətləri 19-cu əsr Koreya milliyətçi tarixçilərini və Shin Chaehonu Yeon Gaesomunu Koreya tarixində ən böyük qəhrəman elan etməyə səbəb oldu.