Yurdçu arxeoloji abidələr kompleksi

Yurdçu arxeoloji abidələr kompleksiNaxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Yurdçu kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi.[1]

Yurdçu arxeoloji abidələr kompleksi
Ölkə  Azərbaycan
Yerləşir Yurdçu kəndi
Tikilmə tarixi e.ə. X – VIII
Üslubu arxeoloji abidə
Yurdçu (Azərbaycan)
Yurdçu

Yurdçu arxeoloji abidələr kompleksinə 5 arxeoloji abidə daxildir:

  • Yurdçu yaşayış yeri — Yurdçu kəndindən cənub-qərbdə İlk Dəmir dövrünə aid arxeoloji abidə.
  • Yurdçu dəfinəsi — Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi.
  • Yurdçu kurqanları — Yurdçu kəndinin qərbində son antik dövrə aid olan arxeoloji abidə.
  • Yurdçu nekropolu — Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə.
  • Yurdçu sərdabəsi — Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.
  1. Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Şərurun arxeoloji abidələri, Bakı, 1993