Yusif Lətif oğlu Qazıyev (22 mart 1931, Gəncə – 21 mart 1987, Kirovabad) — Azərbaycan teatr aktyoru, Kirovabad Dövlət Dram Teatrının direktoru (1971–1985), Azərbaycan SSR əməkdar artisti (1971).
Yusif Qazıyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1949–1971 |
Təhsili | Azərbaycan Dövlət Teatr İnstitutu |
Teatr | Kirovabad Dövlət Dram Teatrı |
Mükafatları |
Yusif Qazıyev 22 mart 1931-ci ildə Gəncə şəhərində anadan olub. O, 1949-cu ildən 1971-ci ilə kimi Kirovabad Dövlət Dram Teatrında aktyorluq fəaliyyəti göstərib. 1971–1985-ci illərdə bu teatrın direktoru, 1981–1985-ci illərdə isə şəhər mədəniyyət şöbəsinin müdiri işləyib.[1]
Yusif Qazıyev 1975–1980-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda qiyabi təhsil alıb. O, 21 mart 1987-ci ildə Kirovabad şəhərində vəfat edib.[1]
Tamaşa | Müəllif | Rol |
---|---|---|
Qaçaq Nəbi | Süleyman Rüstəm | Xəlil |
Bir evin sirri | Tur qardaşları | Yapon jurnalisti |
Almaz | Cəfər Cabbarlı | Barat |
Nəsrəddin şah | Cəfər Cabbarlı | Nadir |
Ailə namusu | Hüseyn Muxtarov | Qurban |
Xırs quldurbasan | Mirzə Fətəli Axundov | Kərəm |
Xərçənglər | Sergey Mixalkov | Lyoşa |
Hacı Qəmbər | Nəcəf bəy Vəzirov | Mahmud |
Çiçəkli dağ | Məmmədhüseyn Təhmasib | Hadı |
Fərhad | Altay Məmmədov | Kişilər |
Fərid | Altay Məmmədov | Həmyerlilər |
Bahar suları | İlyas Əfəndiyev | Uğur |
Mənim günahım | İlyas Əfəndiyev | Sahib |
Komsomol poeması[a] | İsgəndər Coşqun | Bəxtiyar |
Sabahın xeyir | Viktor Rozov | Slava |
Aldanmış adaxlı | Riçard Şeridan | Don Antonio |
Dağlı qızı | Rəsul Həmzətov | Yusup |
Bura gəlin | Əziz Nesin | Şarey |
Səməndər | Firudin Aşurov | Murad |
Şərqin səhəri | Ənvər Məmmədxanlı | Bəhruz |
Əliqulu evlənir | Sabit Rəhman | Rövşən |