Zülfüqar bəy Hacıbəyov

Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (17 aprel 1884, Şuşa30 sentyabr 1950, Bakı) — Azərbaycan-sovet bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.

Zülfüqar Hacıbəyov
Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov
Ümumi məlumatlar
Doğum adı Zülfüqar Hacıbəyli
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Uşaqları
Atası Mirzə Əbdülhüseyn bəy Hacıbəyov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1910–1950
Janr opera
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zülfüqar Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir HacıbəyovCeyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski var. O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Zülfüqar Hacıbəyov yaşadığı bina

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvandaŞuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən "Aşıq Qərib" operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə "Üç aşiq və ya Məlikməmməd" adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.[2]

XX əsrin birinci rübündə məşhurlaşan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" bəstəkarın ilk mahnıları sayılır.[3] Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.[4]

Zülfüqar Hacıbəyov 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazmışdır. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.[5]

Musiqili komediyalar

[redaktə | mənbəni redaktə et]
  • "Əlli yaşında cavan" (1909)
  • "On bir yaşlı arvad" (1911)
  • "Evliykən subay" (1911)

Vokal əsərlər

[redaktə | mənbəni redaktə et]
  • "Kəndçi qızı"
  • "Çoban qızı"
  • "Əsgər nəğməsi"
  • "Azərbaycan" kantatası

Digər əsərlər

[redaktə | mənbəni redaktə et]
  • "Kölə qadınların rəqsi" (1932) – simfonik əsər
  • "Cəngi" – Xalq Çalğı Alətləri Orkestri üçün. Fikrət Əmirovla birgə hazırlanıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hacıbəy
Hacıbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhüseyn bəy
Hacıbəyov
(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl bəy
Hacıbəyov
(1879–1921)
 
 
 
Sayad
Hacıbəyova
(1872–1954)
 
Abuhəyat
Hacıbəyova
(1880–1951)
 
Zülfüqar
Hacıbəyov

(1884–1950)
 
Üzeyir
Hacıbəyov

(1885–1948)
 
 
Ceyhun
Hacıbəyov

(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Soltan
Hacıbəyov

(1919–1974)
 
 
Osman
Hacıbəyov

(1924–1979)
 
Camal
Paşayev

(1895–1953)
 
Niyazi
Tağızadə-
Hacıbəyov

(1912–1984)
 
Çingiz
Hacıbəyov

(1913–1971)
 
Ceyhun
Hacıbəyov
(1919–1941)
 
Timuçin
Hacıbəyov
(1921–1993)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl
Hacıbəyov

(1949–2006)
 
 
 
 
 
 
Cəmil
Paşayev
(1926–1978)


  1. "BƏSTƏKAR ZÜLFÜQAR HACIBƏYOVUN 125 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR". azertag.az. 17 sentyabr 2009. 20 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  2. "Bir nəslin iki Zülfüqarı". anl.az. 1 avqust 2012. 20 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  3. Real TV. "Zülfüqar Hacıbəyovun xatirəsi anıldı - Görkəmli bəstəkarın anadan olmasından 140 il ötür" (az.). Youtube.com. 17.04.2024. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  4. Bayramov, Rza. "ÖLMƏZ SƏNƏTKAR (Zülfüqar Hacıbəyovun anadan olmasının 120 illiyi)". musigi-dunya.az. 20 yanvar 2013. 20 yanvar 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  5. "Zülfüqar Hacıbəyov". http://khatai.cls.az. 30 sentyabr 2015. 2018-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.