Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi

Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi.

Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi

Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi.

Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.