Zəhra Quliyeva (siyasətçi)

Zəhra Quliyeva (18 yanvar 1923, Bakı28 noyabr 2005, Bakı) — Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri (1998–2005), tibb elmləri doktoru (1967), professor. (1968), əməkdar elm xadimi (1981)[1]

Zəhra Quliyeva
14 yanvar 1998 – 28 noyabr 2005
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıHicran Hüseynova
1972 – 1983
ƏvvəlkiBalababa Məcidov
SonrakıYaqub Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 18 yanvar 1923(1923-01-18)
Doğum yeri
Vəfat tarixi 28 noyabr 2005(2005-11-28) (82 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi Tibb elmləri doktoru

Təltifləri "Şöhrət" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1981

Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində mühəndis Tahir bəylə, Camal xaımın ailəsində anadan olmuşdur. Tahir Quliyev həm də Neft və Kimya İnstitutunun professoru idi. Zəhra xanım orta təhsilini Bakı şəhəri 132 saylı məktəbdə aldıqdan sonra 1940-cı ildə məkətbi yaxşı qiymətlərlə bitirdiyi üçün Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə imtahansız qəbul edilən tələbələrdən biri olmuşdur.

1944-cü ildə ali məktəbi əla qiymətlərlə bitirən Zəhra Quliyevaya Dövlət Komissiyasının vəsitəsilə Göz xəstəlikləri kafedrasında saxlayıb ordinator vəzifəsini tapşırırlar. Zəhra xanım xatirələrində yazırdı:

" "Göz xəstəlikləri kafedrasında mən bir il professor Trubinlə işlədim. O, dünyasını dəyişdikdən sonra kafedra müdiri Umnisə xanım Musabəyova oldu. Mənim oftalmologiya sahəsindəki inkişafımda professor Umnisə xanımın əvəzsiz xidmətləri vardır. Onun rəhbərliyi və himayəsi altında həm namizədlik, həm də doktorluq elmi işlərimi müdafiə etmişəm" "

Beləliklə, 1958-ci ildə o, "Müxtəlif üsulla büllurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.

Bundan sonra alim "Görmə itiliyinin, refreksiyanın və akkomadasiyanın rəng duyğusuna təsiri" mövzusu üzərində işləməyə başlamış, bununla əlaqədar Moskvaya ezam olunmuşdur. Burada bir müddət Ümumittifaq Elmi-Tədqiqat Dəmir Yolu Gigiyenası İnstitutunun rəng duyğusu laboratoriyasında araşdırmalar aparan Zəhra xanım, 1967-ci ildə həmin mövzuda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir.

1968-ci ildə Zəhra xanım Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1975-ci ildə həmin kafedranın müdiri olur. Alimin tədqiqatları o zaman oftalmologiyanın ümdə problemləri sayılan refraksiya-akkomadasiya, rəngin qavranılması, traxoma, tor qişa və görmə siniri xəstəliklərinin öyrənilməsinə həsr olunur.[2]

1971-ci ildə Tibb İnstitutuna tədris hissə üzrə prorektor vəzifəsinə təyin olunan Zəhra Quliyeva yüksək ixtisaslı kadrların hazırlanması ilə bağlı genişmiqyaslı fəaliyyət göstərməyə başlamışdır. 1972–1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsində çalışan Zəhra xanım gənc kadrların yetişdirilməsində göstərdiyi səylərinə görə tibb ictimaiyyətinin hörmət və ehtiramını qazanmışdır

1975-ci ildən o, Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri, "Sevil" Qadınlar Məclisi sədrinin müavini, Bakı Şəhər Sanitariya-təmizlik məsələləri üzrə komissiyanın sədri vəzifələrində çalışmışdır.

1998-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkədə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, Zəhra xanım Quliyeva isə komitəyə sədr təyin olunmuşdur.

Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsiri, tor qişa və görmə siniri xəstəliklərində görmə orqanının funksiyasının öyrəniləmsinə həsr olunmuşdur. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Zəhra xanım istər həkim və alim, istərsə də ictimai xadim kimi öz vətənini bir sıra beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil etmişdir. Belə ki, 1971-ci ildə ABŞ-nin Çikaqo şəhərində qadınların iqtisadi və irqi birlik uğrunda birinci qurultayının iştirakçısı, 1973-cü ildə Varşava Müqaviləsinin 20 illiyində parlament nümayəndəsi, Polşa, Almaniya, İsveçrə, Danimarka, Norveç, Finlandiya, Baltikyanı ölkələrdə keçirilən sülh günlərinin iştirakçısı olmuşdur.

Z. Quliyeva 2000-ci ildə Nyu-Yorkda "Qadınlar 2000-ci ildə: gender bərabərliyi — sülh və inkişaf XXI əsrdə" mövzusunda BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında çıxış edən ilk azərbaycanlı qadın olmuşdur. Həmin sessiyada "Qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv edilməsi haqqında" Konvensiyanın fakültativ protokolunun imzalanması ölkə rəhbərinin fərmanı ilə ona həvalə edilmişdi.

O həmçinin SSRİ Ali Sovetinin (8 və 9-cu çağırış) və Bakı Şəhər Sovetinin deputatı olmuşdur.

Zəhra Quliyeva "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı", Azərbaycan Respublikasının "Şöhrət" ordenləri və medallarla təltif edilmiş, əməkdar elm xadimi adına layiq görülmüşdür.[3]

Görkəmli elm və dövlət xadimi Zəhra xanım Quliyeva 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.
  2. "ZƏHRA TAHİR QIZI QULİYEVA". 19 noyabr 2019 tarixində arxivləşdirilib.
  3. Bir ömürdən min ömrə işıq payı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]