Yaqub Məmmədov

Yaqub Cavad oğlu Məmmədov (3 mart 1941, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan alimi və sabiq siyasətçisi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1989),[1] Azərbaycan Respublikası Ali Sovetinin sədri (mart–may 1992), Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (mart–may 1992).

Yaqub Məmmədov
5 mart 1992 – 18 may 1992
ƏvvəlkiElmira Qafarova
Sonrakıİsa Qəmbər
bayraq
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı
bayraq2
6 mart 1992 – 14 may 1992
ƏvvəlkiAyaz Mütəllibov
SonrakıAyaz Mütəllibov
Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru
1983 – 4 mart 1992
ƏvvəlkiZəhra Quliyeva
SonrakıƏhliman Əmiraslanov
Şəxsi məlumatlar
Doğum tarixi 3 mart 1941(1941-03-03) (83 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, həkim
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1991 "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1981
"Qırmızı əmək bayrağı" ordeni — 1982 "Xalqlar dostluğu" ordeni — 1987

Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub.

1966-cı ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyurur.

"Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda siyasi təlatümlərin hökm sürdüyü bir vaxtda Azərbaycan Tibb Universitetinin ovaxtkı rektoru olan Yaqub Məmmədov parlamentin mart ayının 5-də Dağlıq Qarabağda etnik Azərbaycanlılara qarşı baş vermiş Xocalı soyqırımı ilə əlaqədar keçirilmiş növbədənkənar iclasında Azərbaycan Milli Məclisinin sədri seçilir. O, Azərbaycanın Qarabağ regionu üzrə parlamentdəki nümayəndəsi və eyni zamanda da parlamentin sədri olan Elmira Qafarovanın istefasından sonra bu vəzifəyə təyin edilmişdir.[2] Mart ayının 6-da prezident Ayaz Mütəllibov istefaya getməyə məcbur edilmiş və ovaxtkı Azərbaycan konstitusiyasına əsasən, parlamentin sədri olan Yaqub Məmmədov yeni seçkilərə qədər prezidentlik vəzifəsinin və səlahiyyətlərinin icrasını öz üzərinə götürmüşdür.[3][4] Məmmədov Azərbaycan prezidentinin vəzifələrini icra edərkən İranın vasitəçiliyi ilə sülh danışıqlarına başlamaq üçün Tehranda Levon Ter-Petrosyanla görüşmüşdür. Mayın 8-də Ter-Petrosyan və Məmmədov arasında Tehran Kommünikesi imzalandığı zaman erməni qüvvələri Şuşanı tutmuşdurlar.[5] Məmmədov vermiş olduğu müsahibələr zamanı hər zaman Şuşanın itirilməsinə görə məsuliyyət daşıdığını inkar etmişdir.[6]

May ayının 14-də keçmiş prezident Mütəllibov parlamentin onu Xocalı qətliamına görə məsuliyyətdən azad etməsindən sonra hakimiyyətə geri qayıtmış, lakin may ayının 15-də Azərbaycan Xalq Cəbhəsinin başçılıq etdiyi silahlı üsyan nəticəsində yenidən devrilmişdir. Yaqub Məmmədov 18 may 1992-ci ildə parlamentin sədri vəzifəsindən də istefa vermiş və onun yerinə bu vəzifəyə İsa Qəmbər təyin edilmişdir.[7][8]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yaqub Məmmədov 370-dən artıq elmi əsərin müəllifidir. Onlardan 205-i xaricdə çap olunub. Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı 38-dir. Onun rəhbərliyi altında 24 elmlər namizədi və 8 elmlər doktoru elmi iş müdafiə etmişlər.

Elmi-tədqiqat işləri əsasən praktik limfologiyanın fundamental problemlərindən birinə – limfa mayesinin laxtalanması və onların müxtəlif xəstəliklər zamanı korreksiyası məsələlərinə həsr olunmuşdur. Aparılan elmi-tədqiqatlar nəticəsində, nəzəri və praktik təbabət üçün böyük əhəmiyyəti olan laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemlərinin humoral-nəqlolunmanın (qan, toxumaarası, maye, limfa) bütün şöbələrində funksiyada vəhdədliyi haqqında yeni elmi konsepsiya irəli sürülmüşdür.

Bu istiqamətdə 4 doktorluq və 20-dən çox namizədlik dissertasiyası müdafiə olunmuş və Azərbaycanda ilk dəfə bütöv bir "Limfoloqlar" məktəbi yaranmışdır.

Belə ki, elmdə ilk dəfə olaraq müəyyən olunmuşdur ki, limfa mayesinin damar daxilində laxtalanması, onun ən mühüm funksiyasının, drenaj funksiyasının pozulmasına səbəb olur. Bu da bir sıra ağır xəstəliklərin – venoz trombozun, postreanimasion xəstəliyin, miokard infarktının, peritonitin, pnevmoniyanın və s. patogenetik strukturuna daxildir və onların həm gedişinə, həm də nəticəsinə mənfi təsir göstərir. Bunları nəzərə alaraq limfatrop təsir xüsusiyyətinə malik, həm Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından hazırlanmış bioloji fəal maddələrdən, həm də məlum dərman preparatlarından hazırlanmış müxtəlif qarışıqlardan ibarət müalicə vasitələri təklif olunmuşdur.

Hazırda klinik şəraitdə limfoloji müalicə üsulları tədbiq edilərkən bir qayda olaraq qan və limfa mayeləri arasındakı bu cür münasibət, o cümlədən limfanın laxtalanma qabiliyəti mütləq nəzərə alınır.

Onun təşəbbüsü ilə keçmiş SSRİ-də ilk dəfə limfatrop dərman preparatlarının hazırlanması və limfa sisteminin ümumi patologiyada rolunun öyrənilməsi ilə məşğul olan "Eksperimental limfologiya" PETL-i yaradılmış və burada Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından alınmış limfotrop təsir xüsusiyyətinə malik 40-a qədər bioloji fəal maddə aşkar edilmişdir. Bunlardan 2-si nikomorfolin və qlisiram klinikalarda müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Практическая лимфология. Из-во "Маариф", Баку, 1982, 302 с.
  • Свёртываемость крови и лимфы, её коррекция при тромбозе. Азернешр, Баку, 1985, 231 с.
  • Основы лечебной лимфологии. Москва. "Медицина", 1986 (III и IY главы)Инфаркт миокарда (Лимфатическая система сердца, патофизиология и патофизиологические основы лечения). Москва. "Медицина", 1989, 222 с.
  • Correction of Cloting and Fibrinolitik Dizorders of Blood and Limph. Sov. Med. Rev. G. HHaemology. London. 1990. part 4, vol.3, pp. 1–22.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Məmmədov Yaqub Cavad oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  2. "Ягуб Мамедов тоже примет участие в парламентских выборах со своей партией" [Yagub Mammadov will also participate in parliamentary elections representing his party]. Day. 13 May 2003. İstifadə tarixi: 6 May 2010.
  3. Nohlen, Dieter; Grotz, Florian; Hartmann, Christof. Elections in Asia and the Pacific: A Data Handbook: Vol. I. Middle East, Central Asia, and South Asia. Oxford: Oxford University Press. 2001. səh. 365. ISBN 0-19-924958-X.
  4. "История парламентаризма в Азербайджане" [The history of parliamentarism in Azerbaijan]. 4 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 May 2010.
  5. "Conciliation resources. Chronology". 29 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 May 2010.
  6. "Ягуб Мамедов: "Я не сдавал Шушу"" [Yagub Mammadov: "I never surrendered Shusha]. Day.az. 25 May 2005. 29 June 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2010.
  7. "Azerbaijan: Heads of State: 1990-2010". 29 March 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 May 2010.
  8. A. Huseynbala. "Azərbaycan müxalifəti parlament seçkilərində vahid namizədlə iştirak edərsə, uğur qazana bilər – Parlamentin eks-spikeri" [Azerbaijani opposition will succeed if it is represented by single candidate]. Trend News Agency. 29 January 2010. 2 April 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 May 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]