Zakir Cəfərov

Zakir Nazim oğlu Cəfərov (3 may 1996, Bakı25 fevral 2017, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub.

Zakir Cəfərov
Zakir Nazim oğlu Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Xocavənd, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Döyüşlər Azərbaycan-Ermənistan münaqişələri (2017)
Təltifləri "Şücaətə görə" medalı — 2017

Həyatı[redaktə | mənbəni redaktə et]

Zakir Cəfərov 1996-cı il 3 mayda Bakı şəhərində anadan olub. Zakir Cəfərov 2011–2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Zakir Cəfərov 2017-ci ildə, Fevral döyüşləri zamanı şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yeni təsis edilmiş "Şücaətə görə" medalları təqdim edilib". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 08.05.2017. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.05.2017.