Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir.[2]
Tarixi Azərbaycan əraziləri | |
Göllü | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Ağbaba mahalı |
İndiki adı | Ardenis |
Adının dəyişdirilmə tarixi | ? |
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır.
Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır[3]. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər[4], 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər[5], 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır. 1989 - cu ilin yanvar-fevral aylarında azərbaycanlılar ermənilər tərəfindən doğma torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.