Zurab Vianoroviç Ançabadze (gürc. ზურაბ ვიანორის ძე ანჩაბაძე;22 aprel 1920, Qaqra, Qara dəniz quberniyası[d] – 28 yanvar 1984, Suxumi) — Sovet tarixçisi, tarix elmləri doktoru, professor, Abxaziya Dövlət Universitetinin ilk rektoru.
Zurab Vianoroviç Ançabadze | |
---|---|
gürc. ზურაბ ვიანორის ძე ანჩაბაძე | |
Doğum tarixi | 22 aprel 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1984 (63 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | gürcü |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | profesor |
İş yeri | Abxaziya Dövlət Universiteti |
Təhsili | |
Mükafatları |
Zurab Ançabadze 22 aprel 1921-ci ildə Qaqra şəhərində abxaz həkim ailəsində anadan olub. Açba-Ançabadze adlı qədim knyaz nəslindəndir. Nənə və anası meqrel zadəganları idi. Evdə həm gürcü, həm də abxaz dillərində danışılırdı.
Zurab Vianoroviç Ançabadze 1938-ci ildə Suxumidə orta məktəbi bitirib. 1937-ci ildə onun valideynləri həbs olundu və o, bacısı ilə Tiflisdəki bibilərinin yanına köçdü.
O, 1941-ci ildə Suxumi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Ardınca, İvane Cavaxişvili adına Gürcüstan Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. Ançabadze 1948-ci ildə namizədlik (Tbilisidə), 1960-cı ildə doktorluq (Moskvada) dissertasiyalarını müdafiə etmişdir. 1963-cü ildə professor elmi adına layiq görülüb.
O, 1980-ci ildə Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 185 saylı Abxaziya MSSR Suxum şəhər seçki dairəsindən IX çağırış SSRİ Ali Soveti Millətlər Sovetinin deputatı seçilmişdir(1974–1979). Zurab Arçibadze Millətlər Şurasında Xarici Əlaqələr Komissiyasının üzvü olmuşdur.[1]
Zurab Ançabadzeelmi fəaliyyəti əsasən Abxaziya tarixi ilə bağlı olmuşdur. O, Pavle İnqorokvanın abxazların müasir Abxaziya ərazisinə sonradan köçməsi ilə bağlı nəzəriyyəni təkzib edir, öz mülahizələrini irəli sürürdü.
1973-cü ildə Suxumi Pedaqoji İnstitutuna rəhbərlik edib, 1979-cu ildə isə onun təşəbbüsü ilə institut Abxaziya Dövlət Universitetinə (ADU) çevrilib. Zurab Arçibadze Universitetin ilk rektoru olub. O, 1984-cü ilə qədər ali məktəbin rektoru olub. Arçibadze universitetdə gürcü və abxaz tarixi kafedrasını yaradıb, özü onlara rəhbərlik edirdi.[2]
Zurab Ançabadzenin rəhbərliyi ilə 20 namizədlik və 6 doktorluq dissertasiyası müdafiə olunub. Alimin şagirdləri arasında akademik Mariam Lordkipanidze də var.
Oğlu Georgi (Gia) Zuraboviç Ançabadze, tarix elmləri doktoru, professordur.[3]
Zurab Ançabadze Şimali Qafqaz xalqlarının tarixinin tədqiqinə böyük əmək sərf etmişdir. Onun Şimali Qafqaz xalqları tarixinin müxtəlif məsələlərinə, erkən və son dövr feodalizm dövründə Rusiya ilə münasibətlərə dair toplu əsərlərdə bir sıra məqalə və bölmələr müəllifidir. O, ikicildlik "Qafqaz dağ xalqlarının tarixinin oçerkləri"nin (qədim dövrlərdən 1917-ci ilə qədər) yaradılmasının təşəbbüskarı, redaktoru və həmmüəllifidir. Onun əsərləri aşağıdakılardır:
Həmmüəllif və həmredaktor