Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Broker
Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs. Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Volker
Volker — soyad. Pol Volker — Aktyor, Model. Corc Herbert Volker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Volker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Lurker
Lurker (hərf. gizlənən) — internet mədəniyyətində onlayn icmanın adətən, müşahidə edən, lakin iştirak etməyən üzvü. Dəqiq tərif məzmundan asılıdır. Lurkerlər onlayn icmalardakı bütün istifadəçilərin böyük bir hissəsini təşkil edir. Lurkinq istifadəçilərə onlayn icmanın qaydalarını iştirak etməzdən əvvəl öyrənməyə imkan verir və nəticədə lurkinqdən çıxan zaman sosiallaşmalarını yaxşılaşdırır. Bununla belə, lurkinq zamanı sosial təmasların olmaması bəzən lurkerlər arasında tənhalığa və ya apatiyaya səbəb olur. Lurkerlərə brauzerlər, yalnız oxuyan iştirakçılar, ictimai olmayan iştirakçılar, qanuni periferik iştirakçılar, köməkçi öyrənənlər və ya yatanlar da deyilir. Kompüter vasitəçiliyi ilə kommunikasiyanın başlanğıcından bəri lurkinq icma üzvlərini narahat edirdi. "Lurk" termininin ilk dəfə istifadə edilməsi XIV əsrə təsadüf edir. Bu söz, çox vaxt pis bir məqsəd üçün gizlənən birinə aiddir. 1980-ci illərin ortalarında BBS populyarlaşdıqda bu söz internetdə istifadə olunmağa başladı.
Coker
Coker (personaj)
Erker
Erker — köhnə türk evlərində yerdəki mərtəbənin üstündəki birinci və ya sonrakı mərtəbələrdə çölə çıxan qəfəsli otaq hissəsidir. Çölə çıxdığına görə altdan dəstəklənməyən erker, çökməyə qarşı binanın fasadında yerləşdirilmiş dayaqlar tərəfindən dəstəklənmişdir. Türk memarlığının əsasən ağac materiallara əsaslandığı dövrlərdə geniş şəkildə istifadə edilmiş və şəhərlərdəki türk məhəllələrində iz buraxmış bu üslub, daş və dəmir-beton konstruksiyaların geniş yayıldığı dövrlərdən etibarən yaddan çıxmışdır.
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Uoker
Volker — soyad. Pol Volker — Aktyor, Model. Corc Herbert Volker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Volker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Joker
Coker (personaj)
Diskursiv marker
Diskursiv marker — Diskurs markeri diskursun axını və strukturunun idarə edilməsində rol oynayan söz və ya ifadədir. Onların əsas funksiyası nitq və ya cümlə səviyyəsində deyil, diskurs səviyyəsində (nitq ardıcıllığı) olduğundan, diskursiv markerlər sintaksisdən nisbətən müstəqildir və adətən cümlənin şərti həqiqət qiymətini dəyişmir. Diskursiv markerlərə misal olaraq o, yaxşı, indi, onda, bilirsiniz və mən nəzərdə tuturam hissəcikləri və belə ki, və, lakin, və və ya diskursiv bağlayıcıları daxildir. "Diskurs markeri" termini Deborah Şiffrin tərəfindən 1987-ci ildə "Diskurs markerləri" kitabında populyarlaşdı. İngilis dilində istifadə olunan ümumi diskursiv markerlərə “siz bilirsiniz”, “əslində”, “əsasən”, “bəyəndim”, “mən demək istəyirəm”, “yaxşı” və “belə” daxildir. Məlumatlar göstərir ki, diskursiv markerlər çox vaxt zərflər ("yaxşı") və ya ön söz birləşmələri ("əslində") kimi müxtəlif söz siniflərindən gəlir. Sərbəst konstruksiyadan diskursiv markerə aparan prosesi qrammatikləşdirmə üzrə tədqiqat və resurslar vasitəsilə izləmək olar. Ənənəvi olaraq, diskurs markerləri hesab edilən bəzi sözlər və ya ifadələr “doldurucu” və ya “ifadəçi” kimi qəbul edilirdi: heç bir funksiyası olmayan söz və ya ifadələr. İndi onlara təhlilin müxtəlif səviyyələrində funksiyalar verilir: mövzunun dəyişdirilməsi, yenidən formalaşdırılması, müzakirənin planlaşdırılması, vurğulanması, arxa kanal. Yael Maşler diskurs markerlərini dörd geniş kateqoriyaya ayırdı: şəxsiyyətlərarası, istinad, struktur və idrak.
Docker (proqram)
Docker — əməliyyat sistemi səviyyəsində virtuallaşdırma (başqa sözlə konteynləşdirmə) tətbiq edən proqram. İlk versiyası 2013-cü ildə Docker, Inc tərəfindən yaradılmışdır. Docker proqram təminatını "konteynerlər" vasitəsilə işə salır. Sadə bir misal göstərsək, bir konteyner veb servisi və veb tətbiqi işə salır, digər bir konteyner isə bu tətbiq tərəfiindən istifadə edilən verilənlər bazası servisini işə salır. Konteynerlər bir-birindən izolyasiya olur və hər birinin öz alətləri, kitabxanaları və konfiqurasiya faylları olur, amma bu konteynerlər bir-biri ilə xüsusi ayrılmış kanallar vasitəsilə əlaqə yarada bilir. Bütün konteynerlər sadəcə bir əməliyyət sisteminin nüvəsi üzərində işlədiyi üçün virtual maşınlardan daha az resurs istifadə edir.
Dorper qoyunu
Dorper qoyunu — Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cins. Dorper qoyunu Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cinsdir. Adınıda bu iki irqin adının ilk hecasından götürmüşdür. 1950-ci ildə rəsmi olaraq irq adını almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir. Bu qoyunların baş və boyun hissəsi qara, bədəni ağ və bütöv ağ rəngli iki növü vardır. İrqi quyruqsuz qoyun irqlərinə aiddir. Dorper qoyununun quzusu 12 aylıq olduqda 70–80 kiloqrama qədər çəkisi olur. Dişi qoyunun diri ağırlığı 100 kq, qoçların isə 120–130 kq çəkisi olur.
Eleanor Porter
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Folker Finke
Folker Finke (d. 24 mart 1948) - alman futbol mütəxəssisi. Hal-hazırda Kamerun milli futbol komandasının baş məşqçisidir. O, 16 il ərzində "Frayburq" futbol klubuna baş məşqçilik etmişdir. 6 dekabr 2008-ci ildə Yaponiyanın "Urava Red Daymondz" klubu Finkenin baş məqçisi kimi cəlb olunduğu və onunla 2010-cu ilə qədər müqavilə imzalandığını elan etmişdir. 18 dekabr 2010-cu ildə Finke 1 fevral 2011-ci il tarixindən etibarən "Köln"nun yeni idman direktoru kimi fəaliyyət göstərəcəyi barədə mətbuata açıqlama verilmişdir. 27 aprel 2011-ci ildə o, mövsümün sonuna kimi komandaya müvəqqəti məşqçilik etmişdir. 10 mart 2012-ci ildə "Köln" "Herta" üzərikdəki 1-0 hesablı qələbədən sonra qarşılıqlı razılaşma əsasında Finke ilə müqaviləni pozmuşdur. 22 may 2013-cü ildə Finke Kamerun milli futbol komandasının baş məqçisi təyin olunmuşdur. Folker Finke bu vəzifədə kamerunlu futbolçuları 2014-cü ildə Braziliyada keçiriləcək mundiala hazırlamalı idi.
Horner sindromu
Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom. Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır. Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır: ptoz - yuxarı göz qapağının simpatik innervasiyanın çatışmamazlığından lat. musculus tarsalis superior – Müller ya torzal əzələnin iflici nəticəsində sallanması Mioz - göz bəbəyinin daralması Enoftalm- göz almasının çuxura düşməsi Dishidroz(anhidroz) – üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması(azalması) Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji proseslərdən (Pankost — ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər. Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir. Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) – hipotalamospinal yol da daxil mərkəzi zədələnmə İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması Üçüncü neyronun – postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz – göz bəbəyinin genəlməsi məhz bu sahənin – postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Korner (iqtisadi)
Lenqdon Vorner
Lenqdon Vorner (ing. Langdon Warner; 1881, Kembric, Massaçusets – 9 iyun 1955, Kembric, Massaçusets) – ABŞ arxeoloqu, incəsənət tarixçisi və Şərqi Asiya incəsənətinin mütəxəssisi. O, Harvard Universitetinin Foqq muzeyində Şərq kolleksiyasının kuratoru olmuşdur. İkinci dünya müharibəsi zamanı Yaponiyanın Nara və Kioto şəhərlərini ABŞ-nin atom bombardımanından xilas edən şəxs kimi göstərilsə də, o, bunu inkar etmişdir. İndiana Cons personajının prototiplərindən biri hesab olunur. Lenqdon Vorner 1903-cü ildə Harvard Universitetindən məzun olmuş və 1906-cı ildə universitet prezidenti Çarlz Eliot tərəfindən Asiya incəsənəti üzrə muzeyşünaslıq öyrənmək üçün seçilmişdir. O, bir neçə il Yaponiya sənətşünası Okakuro Kakuzonun şagirdi olmuş və Yaponiya incəsənət xadimləri ilə dost olmuşdur. Nara şəhərinin Horyu məbədinin restervasiyası ilə məşğul olan heykəltaraş Niiro Çunosuke onu qədim yapon heykəltaraşlığı ilə tanış etmişdir. Vorner 1912-ci ildə Şərq incəsənətinin kolleksiyaçısı Çarlz Frir tərəfindən seçilərək Pekin şəhərində yerləşən Amerika Arxeologiya Məktəbinin direktoru olmuşdur. O, Çinə aid qədim əşyaların tədqiqatı və saxlanılması üçün çinli, eləcə də, amerikalı mütəxəssislər yetişdirmişdir.
Urker
Urker (qaz. Үркер)—1994-cü ildə yaradılan qazax pop-folk qrupudur. Almaniyada, Fransada, Türkiyədə, Türkmənistanda və ABŞ-də beynəlxalq miqyasda qastrol səfərlərində olublar. Aydos Saqat—Urkerin vokalisti və mahnı müəllifi, gənc yaşlarında konservatoriyada oxumuş, lakin əvvəlcə mahnı müəllifindən çox dirijor olmaq arzusunda idi. Rustam Musin—Urker üçün gitarist, heç bir rəsmi musiqi təhsili yoxdur və əvvəlcə mühəndis kimi təhsil almışdır. 2018-ci ildə qrup yaradıcı fəaliyyətinin 25-ci ildönümünü Almatıda, Respublika Sarayında möhtəşəm konsert ilə qeyd etdi Qrup 6 albom nəşr etdirdi, 20 videoklip çəkdi, ölkə daxilində çox sayda konsert verdi, yeni paytaxt Astananın təqdimatı kimi dövlət səviyyəsində belə böyük tədbirlərdə iştirak etdi. 2010-cu ildən bəri Aydos Saqat, UNESCO-nun musiqi təhsili üzrə mütəxəssisi və BMT-nin Qazaxıstandakı “Fəxri himayədarı ”dır. 2010-cu ilin noyabrında Aydos Saqat, Qazaxıstanda fəxri himayədar kimi UNHCR ilə əməkdaşlıq etdi. 2013-2015-ci illərdə BMT-nin Qazaxıstandakı xoşməramlı səfiri olub. 2010-cu ilin sentyabrında qrup Rahmet supermarket şəbəkəsini mahnılarını bir mağazanın ticarətində qanunsuz istifadə etdiyinə görə məhkəməyə verdi.
Mina Harker
Mina Harker (ing. Mina Harker) — Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Piter Parker
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Pol Uolker
Pol Volker
Pol Vilyam Volker IV (12 sentyabr 1973[…], Qlendeyl, Kaliforniya, ABŞ – 30 noyabr 2013[…], Valensiya[d], Kaliforniya, ABŞ) — ABŞ aktyoru. "Forsaj" film seriyasında Brayan Okanner obrazını canlandırmışdı. Pol 12 sentyabr 1973-cü ildə Kaliforniya ştatının Qlendeyl şəhərində anadan olub. Anası Çeril model, atası Pol Vilyam Volker III isə kanalizasiya podratçısı və ikiqat "Qızıl əlcəklər" çempionu olmuş keçmiş həvəskar boksçu idi. Volkerin ata tərəfdən babası Vilyam "irland" Billi Volker də boksla məşğul olmuşdu və həmçinin o, 1960-cı illərdə Ford yarış avtomobili sürücüsü idi. Volkerin Aimee və Ashlie adlı iki bacısı, Caleb və Cody adlı isə iki qardaşı var. O, həyatının böyük hissəsini Los-Ancelesin Sunland bölgəsində yaşayaraq keçirib və 1991-ci ildə xristian məktəbindən məzun olub. Volker sonralar Cənubi Kaliforniyada yerləşən kollecdə okean biologiyası ixtisası üzrə təhsil alıb. Pol Volker 30 noyabr 2013-cü ildə Kaliforniyanın Santa-Klarita şəhərindəki Valensiya məhəlləsində dostu Roger Rodas ilə birlikdə avtomobil qəzasında həlak olub. Pol Haiyan tayfununda zərərçəkənlərə yardım üçün xeyriyyə gecəsi təşkil etmişdi.
Nökər
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Örkən
Örkən — ağır şeyləri bağlamaq, bənd etmək, at, qatır, eşşək və s. ev heyvanlarını çullamaq, palanlamaq üçün istifadə edilən çox enli, lakin nazik kəndir. Örkən toxumaq üçün yer hanası qurulur, yun, pambıq və ipək iplərdən istifadə edilir. Onun üstünə müxtəlif naxışlar salınır. Örkənin eni 5–8 sm-ə qədər, uzunluğu isə toxucunun istəyindən asılı olaraq toxunur. "Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək" — atalar sözü məhz buradan alınmışdır.
Ferdinand Şörner
Ferdinand Şörner (alm. Ferdinand Schörner‎; 12 iyun 1892, Münxen – 2 iyul 1973, Münxen) — Üçüncü Reyxin sonuncu general-feldmarşalı və sıravi bir əsgər kimi xidmətə başlayaraq alman ordusunda bu ən yüksək hərbi rütbəyə yüksələn yeganə şəxs.
Gerhard Dörfer
Gerhard Dörfer (d. 1920, Köniqsberq (indiki Kalininqrad, Rusiya) — ö. 27 aprel 2003, Gettingen) — monqol və türk dialektləri ilə bağlı elmi araşdırmalar aparan alman türkoloqu və monqolist.
Hörner sxemi
Hörner sxemi (və ya Hörner üsulu) qismət çoxhədlisinin tapılması alqoritmi. Qalıqlı bölmənin tərifinə görə n dərəcəli P ( x ) = a n x n + a n − 1 x n − 1 + . . . + a 1 + a 0 {\displaystyle P(x)={a_{n}}{x^{n}}+a_{n-1}x^{n-1}+...+{a_{1}}+{a_{0}}} çoxhədlisini, x-α ikihədlisinə böldükdə qismət çoxhədlisi n-1 dərəcəli çoxhədli qalıq isə ədəd olur. Q ( x ) = b n − 1 x n − 1 + b n − 2 x n − 2 + . . . + b 1 + b 0 {\displaystyle Q(x)=b_{n-1}x^{n-1}+b_{n-2}x^{n-2}+...+{b_{1}}+{b_{0}}} qismət çoxhədlisinin əmsallarını və qalığı Hörner sxemi adlanan xüsusi üsulun köməyi ilə asan tapmaq olur. Tərifə görə a n x n + a n − 1 x n − 1 + .