XƏYALAT

сущ.
1. грёзы (мечты, создания воображения), иллюзии. Xəyalat dünyası мир грез (иллюзий); xəyalata qapılmaq предаваться мечтам
2. призрак, мираж (образ кого-л., чего-л. , представляющийся в воображении); xəyalat eləmək мечтать, помечтать
XƏYAL
XƏYALÇI
OBASTAN VİKİ
Xəyalat
Xəyalat — yaradıcılığının birinci dövründə dram əsərləri yazan Ə. Haqverdiyev, ikinci dövründə (1905–1920) Azərbaycan ədəbiyyatına ustad bir hekayəçi kimi daxil olur, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradır. Həmin dövrdə ədibin yazdığı səhnə əsərlərindən biri də "Xəyalat" pyesidir. Əsər 1911-ci ildə "Orucov qardaşları" mətbəəsi tərəfindən Bakıda çap edilmişdir. Bir pərdədən ibarət olan bu pyesi yazıçı Ə. Haqverdiyev 1911-ci ildə qələmə almışdır. Pyes, yazıçının özünə ustad bildiyi Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr etmişdir və ilk dəfə Axundzadənin doğum günündə səhnədə oynanılmışdır. Ədib "Xəyalat" pyesində Mirzə Fətəli Axundovun "böyük faciə" ilə dolu həyatını ölməz komediyalarının qəhrəmanları: Hatəmxan ağa, Hacı Qara, Dərviş Məstəli şah, Molla İbrahim Xəlil və s. ilə əlaqəli şəkildə təsvir edir. Pyesdə incə və orijinal bir yolla M. F. Axundov və onun ölməz komediya qəhrəmanları qarşılaşdırılır, böyük mütəfəkkir-ədibin öz dövründə necə qiymətləndirildiyi və necə ağır şəraitdə yazıb-yaratdığı göstərilir. Hadisələr Mirzə Fətəlinin Tiflisdəki evində baş verir. Xalqını oyatmağa çalışan Mirzə Fətəli bu yolda həmişə çətinliklərlə üzləşir.
Xəyalat (pyes)

Значение слова в других словарях