xalçaüstü
xaldar
OBASTAN VİKİ
Burxan Xaldun dağı
Burxan Xaldun dağı — Monqolustanın Xentiy vilayətində yerləşən hündürlüyü 2.445 metrə bərabər dağ. Dağ YUNESCOnun Qeyri-maddi mədəni irsinə daxil "Xan Khentii Qoruğu"nun ərazisindədir. Bundan əlavə dağı ən çox tanıtdıran özəlliyi monqulların tarixi şəxsiyyəti olan Çingiz Xanın burada dəfn olunmasıdır.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. == Təhsil == 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Xaldan bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xaldan rayonu
Xaldan rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1943–1956-cı illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xaldan olmuşdur. == Tarixi == Xaldan rayonu 8 oktyabr 1943-cü ildə Ağdaş rayonunun 5 kənd sovetliyi və Nuxa rayonunun 1 kənd, 1 qəsəbə sovetliyi hesabına təşkil olunmuşdur. Xaldan rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Gəncə vilayətinə daxil edilmişdir.15 noyabr 1948-ci il tarixində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Mingəçevir Dövlət Su Elektrik Stansiyası yaşayış məntəqəsinə şəhər statusu verilmişdir. 4 fevral 1954-cü il tarixli fərmanlı isə Xaldan rayonu Mingəçevir şəhəri respublika tabeli şəhərə çevrilmişdir.Xaldan rayonu 4 dekabr 1956-cı il tarixində ləğv edilmiş, ərazisi Ağdaş, Nuxa və Yevlax rayonları arasında bölünmüşdür. Aşağı Bucaq, Aşağı Nemətabad, Havarlı, Xanabad, Xaldan kənd sovetləri Mingəçevir şəhərinə, Orconikidze qəsəbə sovetliyi və Cəyirli kənd sovetliyi Nuxa rayonuna, Şıxlı kənd soveti isə Ağdaş rayonuna verilmişdir. == Mətbuat == Rayon ərazisində "Xaldan pambıqçısı" qəzeti nəşr edilmişdir..
Xaldanda Görüş (1980)
== Məzmun == Kinolentdə bütün milli respublikalardan gəlmiş şagirdlərin görüşündən danışılır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Xaldanda görüş (film, 1980)
== Məzmun == Kinolentdə bütün milli respublikalardan gəlmiş şagirdlərin görüşündən danışılır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Xaldar (Piranşəhr)
Xaldar (fars. خالدار‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (55 ailə).
Xaldeya
Kəldanilər və ya xaldeylər (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa. Mesopotamiyanın cənubunda, Fars körfəzinin şimal-qərb sahilindəki Dəclə və Fərat çaylarının arasında, eramızdan əvvəl X-IV əsrlərdə yaşamış semit tayfaları. Babilə sahib olmaq üçün Assuriya ilə döyuşlərdə iştirak edirlər. E.ə. 626-536-cı illərdə Babili, Yeni Babil krallığını quran xaldey sülaləsi idarə edib. Arami dilində danışıblar.
Xaldeylər
Kəldanilər və ya xaldeylər (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa. Mesopotamiyanın cənubunda, Fars körfəzinin şimal-qərb sahilindəki Dəclə və Fərat çaylarının arasında, eramızdan əvvəl X-IV əsrlərdə yaşamış semit tayfaları. Babilə sahib olmaq üçün Assuriya ilə döyuşlərdə iştirak edirlər. E.ə. 626-536-cı illərdə Babili, Yeni Babil krallığını quran xaldey sülaləsi idarə edib. Arami dilində danışıblar.
Xaldiya
Xaldiya (yun. Χαλδία) — Qara dənizin Kiçik Asiya sahilində tarixi vilayət. Vilayət antik dövrdə orada yaşayan xaldlar xalqının adını daşıyır. Xaldiya 820-ci ildə burada eyniadlı femanı quran Bizans imperiyasına tabe idi. XIII əsrdə Trapezund imperiyası ilə vassal münasibətlərdə idi, lakin muxtariyyətini saxlamışdı. 1478-ci ildə, yəni Trabzonun süqutundan sonra Xaldiyanın böyük hissəsi Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. Daha qəddar hesab edilən Osmanlılardan xilas olmaq istəyən xaldiyalılar 1478-ci ildə Trapezund ilə dostluq əlaqələri olan Ağqoyunlu türklərinə tabe olmuş, ona görə də Osmanlılar Xaldiyanın bu hissəsinə yalnız 1514-cü ildə nəzarəti ələ keçirə bilmişdilər. == Coğrafiya == Əvvəlcə Gümüşxanə rayonunda yerləşən ərazilər Xaldiya adlandırılsa da, sonralar bu ad Trabzon şəhəri ətrafındakı bütün bölgəyə aid edilmişdir. Şimaldan bölgənin torpaqları Qara dənizin suları ilə yuyulur, şərqdən Lazika, cənubda Kappadokiya və Kiçik Ermənistan, qərbdə isə Pontun qərb hissəsi ilə həmsərhəddir. Xaldiyanın əsas şəhərləri sahilyanı ərazidə yerləşən Kerasunt və Trebizond idi.
Xaldlar
Xaldlar (yun. Χάλδοι) —Tunc dövründə Qara dənizin cənub-şərqi sahillərində (indiki Türkiyə ərazisi) məskunlaşmış xalq. Eyni dövrdə dil baxımından onlara yaxın olan hattlar da onların yanında yaşayırdılar. Mesopotamiyada yaşamış xaldeylər ilə qohumluq məsələsi açıq qalır. Xaldların tarixi ilə bağlı əsas mənbələr Homer, Strabon və Ksenofonun əsərləridir. Qədim yunan müəllifləri dəmir döymə sənətinə ilk yiyələnmiş xalqlar sırasında qərbdə qonşuları olan xaliblər ilə yanaşı xaldların, mossiniklərin və tibarenlərin adını çəkmişdilər. Strabonun qeyd etdiyi kimi, "[...] xaldlar qədimdə xaliblər adlanırdılar".A. Saqonun fikrinə görə, xaldlar ölkəsi Arazın şimalında və əvvəllər Urartuya tabe olan torpaqlarda, xüsusən də Zivin çayı vadisi ərazisində, Qars ilə Tuşpa arasındakı yolda yerləşmiş ola bilərdi.Roma imperiyası dövründə xaldlar Pont vilayətinin bir hissəsi olan Pont Kappadokiyasında yaşayan xaliblərin bilavasitə qonşusu kimi xatırlanırdı.XX əsrin birinci yarısına aid elmi ədəbiyyatda xaldların urartuların ali tanrısı Xaldinin adını daşıyan tayfaların qalıqları olması ehtimalı dəfələrlə qeyd olunmuşdur, lakin sonradan bu fərziyyənin kökündən yanlış olduğu qəbul edilmişdir.

Значение слова в других словарях

ба́рич де́льце забы́ть кисе́ль притяза́тель пу́льмановский собесе́дница истира́ться лактофлави́н подмасте́рье попира́ть растро́ганность ультрареформа́торство хоть завали́сь святоша corridor dispose measure goods pacification pickpocket predigest stone-pit tax disc глубоко меткий