XEYİR
XEYİRKAR
OBASTAN VİKİ
Xeyirxah Nağıl (1986)
Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Kukla filmidir.
Xeyirxah samariyalı vitrajı
Şartr kafedralının Xeyirxah samariyalı vitrajı (fr. Vitrail du Bon Samaritain à Chartres) — Şartr şəhərində yerləşən Tanrı anası kilsəsinin sağ qanadında yerləşən Bibliyadan olan "Xeyirxah samariyalı haqqında pritça"nın təsvir edildiyi orta əsrlərə aid vitrajdır. "Xeyirxah samariyalı haqqında pritça"da göstərilir ki, Yerusəlimdən İerixona gedən bir nəfərə yolda hücum edərək ağır yaralayır və ölməsi üçün tərk edirlər. Keşiş və Levi sülaləsindən olan kəs ona kömək etməyərək yanından ötüb keçir, o zaman qəbul edilməyən samariyalılardan olan kəs isə, yaralıya qulluq edilməsi üçün yer tapır və qayıdıb xidmətin qarşılığını ödəyəcəyinə söz verir. Vitrajın orta hissəsində Adəm və Həvvanın günah işləməsi və qovulması təsvir edilib. Vitrajın sonuncu səhnəsinin yuxarı hissəsində Habilin qardaşı Qabil tərəfindən öldürülməsi göstərilib. Vitrajda İsanın "Kimdir mənə yaxın olan?" sualına cavab göstərilmişdir. Bu pritça, orta əsrlərdə ruhanilər tərəfindən günah və günahkarlıq anlayışlarının izah edilməsi üçün istifadə edilirdi. Belə vitrajlar XIII əsrin ikinci yarısınnda inşa edilmiş kilsələrdə məşhur olmuşdur. "Xeyirxah samariyalı haqqında pritça" əsasında yaradılmış digər məşhur vitrajlar isə Kenterberi kafedralı və Burj kafedralında yerləşir.
Xeyirxah nağıl (film, 1986)
Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Kukla filmidir.
Xeyirxah Filipp (Burqundiya hersoqu)
Xeyirxah Filipp (fr. Philippe le Bon; nid. Filips de Goede; 31 iyul 1396, Dijon, Burqundiya hersoqluğu – 15 iyun 1467, Brügge) — Burqundiya hersoqu. == Həyatı == 31 iyul 1396-cı ildə Dijonda doğuldu. Atası Burqundiya hersoqu Cəsur Filippin oğlu Qorxusuz Con, anası isə Bavariya hersoqu I Albertin qızı Bavariyalı Marqaritadır. Babası və onun ölümündən sonra Burqundiya hersoqu olan atası eyni soydan gəldikləri Fransa kralı VI Karlın səltənətində naib olaraq krallığı idarə edirdi. Ancaq o əsnada ailənin Orlean qolu ilə naiblik uğrunda mübarizə davam edirdi və bu mübarizədə güclənmək məqsədilə 28 yanvar 1405-ci ildə Fransa kralı VI Karlın qızı Mişellə nişanlandı və 1409-cu ilin iyununda hələ 13 yaşında ikən evləndirildi. 1419-cu ildə atasının sui-qəsdlə öldürülməsinin ardından Burqundiya hersoqluğuna gətirildi. Ancaq atasının Fransa kralının varisi dofen Karl tərəfindən öldürülməsi səbəbilə Fransa ilə münasibətləri pisləşdi. 1420-ci ildə İngiltərə kralı V Henriylə Fransa əleyhinə ittifaq qurdu və beləliklə, sonlanmaq üzrə olan Yüzillik müharibə yenidən alovlandı.
Xeyirxahlıq
Xeyirxahlıq — insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Hələ ən qədim yazılı abidəmiz olan "Avesta"da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu, öz amalıdır. Şair və yazıçılarımız da öz əsərlərində həmişə xeyirxahlığa geniş yer vermiş, xeyirin şər üzərindəki qələbəsini əks etdirmişlər. Bu cəhətdən dahi şairimiz Nizami Gəncəvinin "Xeyir və Şər" mənzum hekayəsi diqqəti daha çox cəlb edir. "Yeddi gözəl" poemasında Çin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir. Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir, lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir.

Значение слова в других словарях