XORTULTU
XORTUMUNA ÇƏKMƏK
OBASTAN VİKİ
Xortum
Xortum —uzun uzunsov, hərəkətli burun hissəsi. Bəzi sürünənlərdə (yumşaqbədənli tısbağalarda) və məməlilərdə (cücüyeyənlərdə, fillərdə və s.) xortumun uçunda burun dəlikləri olur. Tənəffüs, qoxu və toxunma duyğusu vəzifəsi daşıyır. Xortum fillərdə xüsusilə yaxşı inkişaf etmişdir. Xortum qidanı tutmaq, əşyaları yoxlamaq və saxlamaq üçündür. Fil suyu xortumuna yığır və onu ağzına ötürür. Fillərin xortumu burunun üst dodaqla bitişməsi nəticəsində əmələ gəlmişdir. Onurğasız heyvanlarda bədənin hiss orqanı funksiyasını daşıyan və qida hissəcikləri toplayan xortuma oxşar ən uzun hissəsi xortumcuq adlanır. Xortumcuğun müxtəlif vəzifələri və formaları var. Turbellarlar arasında gövdənin ön tərəfdə yerləşdiyi, ehtimal ki, toxunma orqanı olan bütöv bir ailə var.
Bozsifət xortumlu itiyəz
Bozsifət xortumlu itiyəz (lat. Rhynchocyon udzungwensis) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Fil xortumçiçək
Fil xortumçiçәyi (lat. Rhynchocorys elephas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin xortumçiçəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-50 (70) sm, gövdəsi düz, adətən budaqlanan, vəzili-tükcüklü və ya çılpaq olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, demək olar ki, oturaqdır, qaidə hissəsində dəyirmi və yaxud uzunsov-ürəkşəkillidir, kütdür, kənarları dairəvi-dişlidir. Çiçəkləri təkdir, yarpaqların küncündə, yarpaqlardan qısa olan çiçək saplağı üzərindədir. Tac sarı rənglidir, üst dodağı xətvari, ortasından aşağıda uzunluğu 10 mm olan, düz dar buruncuğa birdən daralmışdır, alt dodaq iri, dəyirmidir, küt üç-bölümlüdür, üst dodağa bərabər və ya ondan azacıq uzundur. Qutucuq 4 mm uzunluqdadır, enliovaldır, kənarlardan sıxılmışdır. Toxumları 1 mm uzunluqda olub, tilli-şaraoxşardır, az çökükqabarıqdır. Aprel-avqust aylarında çiçəkləyir, may-avqust aylarında meyvə verir. == Ekologiyası == Meşələrdə, kolluqlarda, çəmənlərdə, bağlarda, çınqıllı çaylarda, dənizkənarı qumluqlarda, zibilli yerlərdə, əkin sahələrində bəzən alaq kimi rast gəlinir.
Fil xortumçiçәyi

Kələmin gövdə gizli xortumlusu
Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.
Peters xortumlu itciyəzi
Peters xortumlu itciyəzi (lat. Rhynchocyon petersi) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Qızılı xortumlu itciyəz
Qızılı xortumlu itciyəz (lat. Rhynchocyon chrysopygus) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Xallı xortumlu itciyəz
Xallı xortumlu itciyəz (lat. Rhynchocyon cirnei) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Xortumbaşlar
Xortumbaşlar (lat. Cephalorhyncha Malakhov, 1980) — Heyvanların bilateriallar bölməsinin ilkağızlılar yarımbölməsinə aid tip.
Xortumcuq
Xortum —uzun uzunsov, hərəkətli burun hissəsi. Bəzi sürünənlərdə (yumşaqbədənli tısbağalarda) və məməlilərdə (cücüyeyənlərdə, fillərdə və s.) xortumun uçunda burun dəlikləri olur. Tənəffüs, qoxu və toxunma duyğusu vəzifəsi daşıyır. Xortum fillərdə xüsusilə yaxşı inkişaf etmişdir. Xortum qidanı tutmaq, əşyaları yoxlamaq və saxlamaq üçündür. Fil suyu xortumuna yığır və onu ağzına ötürür. Fillərin xortumu burunun üst dodaqla bitişməsi nəticəsində əmələ gəlmişdir. Onurğasız heyvanlarda bədənin hiss orqanı funksiyasını daşıyan və qida hissəcikləri toplayan xortuma oxşar ən uzun hissəsi xortumcuq adlanır. Xortumcuğun müxtəlif vəzifələri və formaları var. Turbellarlar arasında gövdənin ön tərəfdə yerləşdiyi, ehtimal ki, toxunma orqanı olan bütöv bir ailə var.
Xortumcuqlular
Xortumcuqlular (lat. Glossata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi.
Xortumlu aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Xortumlu bərabərqanadlılar
Bərabərqanadlılar (lat. Homoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. 30000-ə yaxın növü məlumdur. Bunlardan 600-nə Azərbaycanda rast gəlinir. Müxtəlif formalıdır. Az hərəkətlidir. Ağzı xortum şəklindədir. Cırcıramakimilər, yarpaq birələri, ağqanadlılar, mənənələr və koksidlər yarımdəstəsi xortumlu bərabərqanadlılara daxildir. Xortumlu bərabərqanadlılar bitkilərin hüceyrə şirəsini sormaqla, yarpaqlarda fır əmələ gətirməklə, virus və digər xəstəlikləri yoluxdurmaqla, cavan zoğları mişarlamaqla kənd təsərrüfatı bitkilərinə zərər vururlar.
Xortumlu itciyəc
Xortumlu itciyəc (lat. Rhynchocyon) — atlanqaçlar fəsiləsinə aid heyvan cinsi.
Xortumlu zəlilər
Xortumlu zəlilər — (lat. Rhynchobdellıda ) Zəli sinfinə aid dəstə Bu dəstəyə kiçik və orta ölçülü zəlilər aid olub, bədənlərinin uzunluğu 5-30 mm, bəzən də 50-75 mm-ə çatır. Bütün növləri udlağın xortumuna çevrilməsi ilə xarakterizə olunur. Çinədan və bağırsağında metamer yerləşən yan cibciklər vardır. Spermatofor vasitəsilə mayalanırlar. Spermatofor dişi fərdin hər hansı bir nahiyəsinə, əsasən cinsi dəliyinə yapışdırılır. Dəstənin xarakterik nümayəndələrində biri müxtəlif balıqlarda parazit edən balıq zəlisidir. Balıq zəlisi şirin sularda geniş yayılmışdır. Bəzən sahibini tərk edərək, bitkilərin üzərində yaşayırlar. Baramalarını bitkilərin və hər hansı bir substratın üzərinə yapışdırırlar.
Xortumlular
Xortumlular (lat. Proboscidea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə daxil olan məməlilərin əsas özəllikləri xortumun olmasıdır. Ətrafları uzun, sütunvarı, pəncəsi beş, yaxud dördbarmaqlıdır. Boynu qısa, başı az hərəkətlidir. Çox inkişaf etmiş üst dodaq və burun bitişib hərəkətli xortum əmələ gətirir. Hindistan filləri və Afrika filləri cinslərinin daxil olduğu fillər (Elephantidae) xortumluların yeganə müasir fəsiləsidir. Xortumlulara aid digər iki mastodontlar (Mammutidae) və mamontlar (Mammuthus) fəsilələrinin bir neçə min il bundan əvvəl nəsli kəsilib.
Xortumçiçəyi
Xortumçiçəyi (lat. Rhynchocorys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.
Şərq xortumçiçəyi
Rhynchocorys orientalis L. Hündürlüyü 15-50 (70) sm olan, gövdəsi zəif, düz, sadə və ya budaqlanmış olan az tükcüklü birillik ot bitkisidir. Yarpaqları oturaqdır, yumurtrşəkilliuzunsov və yaxud yumurtaşəkilli-neştərvaridir. Qaidə hissəsi demək olar ki, ürəkşəkilli, küt və ya sivridir, kənarları küt-mişarvaridir. Çiçəkləri təkdir, qarşı-qarşıya düzülmüş yarpaqların künclərində yerləşmişdir. Çiçək saplağı yarpaqlardan qısadır. Çiçək tacı sarı rənglidir, üst dodağı qaidə hissəsində iki ədəd qısa, dəyirmi yan bölümlüdür. Alt dodağı iridir, xaricdən tükcüklü, üç bölümlüdür. Qutucuq meyvənin uzunluğu 8 mm, dəyirmi, yumulmuş və tüklüdür. Toxumları uzunsov və dərin şırımlı olub, uzunluğu 3 mm-dir. İyun-Avqust İyul-Avqust BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.

Значение слова в других словарях