Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dinamik IP
Telefon ilə internetə girən userlərin IP adresləri çox vaxt dinamik-tir, yəni servis provayder - de həmin anda boş olan bir IP adresini internetə girən kompüterlərə verər. Buna görə də hər internetə girəndə IP adreslərinin bir bölümü dəyişər. Dinamik IP adresleri, zaman içində dəyişir: • Bağlantı qopartılıp yenidən bağlandığında dəyişər, • Periyodik olarak (misal her axşam saat 00:00'da) dəyişəbilər, • Yük altında vəya yüksüz durumda dəyişəbilər • vs. Dinamik IP adresi olduğu halda kompüterini server kimi işlətmək isteyenler NO-IP kimi pulsuz olan servisleri istifadə edəbilərlər. Bu cür xidmətlər normal DNS'e görə daha yavaş olsa da ( dinamik DNS'te önbellekleme edilməz) az ziyaret ediləcək saytlar üçün uyğundur.
Dinamik manqalar
Dinamik manqa— Avtomatik idarəetmə nəzəriyyəsinə aid anlayışdır. == Dinamik manqaların növləri == Funksional təyinatlarından, konstruktiv quruluşlarından, mürəkkəbliyindən, fiziki təbiətindən asılı olmayaraq dinamiki sistemləri elementar manqaların (bəndlərin) vəhdədi şəklində göstərmək olar. Belə manqalar eyni tipli riyazi modellərlə yazıldığından tipik manqalar da adlanırlar. Tipik manqalar birinci və ikinci tərtibli diferensial tənliklərlə yazılırlar. Tipik manqaları aşağıdakı qruplara ayırmaq olar: Sadə manqalar: gücləndirici (ətalətsiz), inteqrallayıcı və diferensiallayıcı; Bir tərtibli manqalar: aperiodik, ətalətli – diferensiallayıcı, izodrom və s. İki tərtibli manqalar: ətalətli-inteqrallayıcı, aperiodik, rəqsi, konservativ və s. === Bir tərtibli aperiodik manqa === Praktikada ən geniş yayılmış manqalardan biri də aperiodik (ətalətli, və ya birtutumlu ətalətli) manqadır. Bu manqanın giriş və çıxış dəyişənləri arasında əlaqə aşağıdakı diferensial tənliklə ifadə olunur: T y ˙ ( t ) + y ( t ) = k x ( t ) {\displaystyle T{\dot {y}}(t)+y(t)=kx(t)} Burada T - manqanın zaman sabiti, k- gücləndirmə əmsalıdır. Manqanın zaman sabiti elə bir zaman müddətdir ki, əgər y(t) çıxış kəmiyyəti ilk anda aldığı dy(t)/dt,t=0 , y(t) əyrisinə sıfır nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalının qiyməti) sürəti ilə dəyişməkdə davam etsə idi, onda o öz y(∞)=ku qərarlaşma qiymətinə T müddətindən sonra çatardı. Həqiqətdə isə, y(y)-nin dəyişmə sürəti azaldığından o, halında T müddətinə öz qərarlaşma qiymətinin yalnız 63.2%-ni alır.
Dinamik proqramlaşdırma dili
Dinamik proqramlaşdırma dili (ing. dynamic programming language, rus. динамический язык программирования)— statik proqramlaşdırma dillərinin kompilyasiya müddətində yerinə yetirdiyi bir sıra ümumi proqramlaşdırma hərəkətlərini proqramın icra müddətində (RUNTIME) yerinə yetirən yüksək səviyyəli proqramlaşdırma dilləri sinfi. Belə hərəkətlərə proqrama yeni kod əlavə etməklə, obyektləri və təyinləri (DEFINITIONS) artırmaqla onun genişləndirilməsi, yaxud tiplər sistemini dəyişdirilməsi aid ola bilər. Belə hərəkətləri, demək olar ki, yetərincə mürəkkəblikli istənilən dildə emulyasiya etmək mümkündür, ancaq dinamik dillər istifadə üçün birbaşa alətlər təqdim edirlər. Bu funksiyaların çoxu ilk dəfə Lisp proqramlaşdırma dilində gerçəkləşdirilib. Dinamik proqramlaşdırma dillərinə aid olan dillər: Perl Tcl Python PHP Ruby Smalltalk JavaScript Visual Basic də bəzi dinamik xüsusiyyətlərə malikdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dinamik stoxastik ümumi tarazlıq
Dinamik stoxastik ümumi tarazlıq, DSÜT (ing. Dynamic stochastic general equilibrium, DSGE) tətbiq olunan tarazlıq nəzəriyyəsi və mikroiqtisadi prinsiplərə əsaslanan ekonometrik modellərdən istifadə edərək iqtisadi böyümə və iş dövrləri kimi iqtisadi hadisələri, habelə iqtisadi siyasətin təsirlərini izah etməyə çalışan makroiqtisadiyyat metodudur. == Terminologiya == Praktikada insanlar tez-tez müəyyən bir ekonometrik, kəmiyyət iş dövrü və ya real iş dövrü (DSÜT) modelləri adlanan iqtisadi böyümə modellərinə istinad etmək üçün "DSÜT modelləri" ifadəsini istifadə edirlər. Klassik kəmiyyət DSÜT modelləri Kydland & Prescott, və Long & Plosser tərəfindən təklif olunan modellərdir. Çarlz Plosser DSÜT modellərinin RBC modellərinin "yüksəldilməsi" olduğunu bildirdi. Çarlz Plosserə görə DSÜT mödellər RBC modellərin "yenilənmiş" halıdır. Adından da göründüyü kimi DSÜT modelləri dinamik (iqtisadiyyatın zamanla necə inkişaf etdiyini öyrənən), stoxastik (iqtisadiyyatın təsadüfi şoklardan təsirləndiyini nəzərə alaraq), ümumi (bütün iqtisadiyyata istinad edərək) və tarazlıqdır (Valrasiyanın ümumi tarazlıq nəzəriyyəsinə abunədir) == Həqiqi bir iş dövrünün modelləşdirilməsi (RBC) == Erkən real iş dövrü modelləri yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən bir təmsilçi istehlakçının yerləşdiyi bir iqtisadiyyatı postula etdi. Bu modellərdə yeganə qeyri-müəyyənlik mənbələri texnologiyalardakı "şoklar" dır. RBC nəzəriyyəsi iqtisadiyyatda baş verən real zərbələrin iş dövrü dalğalanmalarına necə səbəb ola biləcəyini öyrənmək üçün çevik qiymətlər götürdüyü neoklassik böyümə modelinə əsaslanır."Təmsilçi istehlakçı" fərziyyəsi sözün əsl mənasında qəbul edilə bilər və ya Gormanın fərqli gəlir şokları ilə qarşılaşan və bütün varlıqlar üçün bazarlarla təchiz edilmiş fərqli istehlakçılarının toplusu ola bilər. Bu modellər ümumi iqtisadi fəaliyyətdəki dalğalanmaların əslində iqtisadiyyatın ekzogen sarsıntılara "təsirli cavabı" olduğu mövqeyini tutur.
Dinamika
Dinamika — fizikada hərəkəti, onu doğuran səbəbi nəzərə almaqla öyrənən bölmədir. Mexanikanın səbəbiyyət prinsipi — cismin başlanğıc vəziyyəti və sürəti onun sonrakı mexaniki hərəkətini və vəziyyətini müəyyənləşdirir müddəasından ibarətdir. Ətalət — cismə qüvvə təsir etmədikdə öz sükunət və ya bərabərsürətli hərəkət halını saxlama xassəsidir. Kütlə — cismin ətalət ölçüsüdür. Deməli, cismin sükunət və düzxətli bərabərsürətli hərəkət halı, Əbülhəsən Bəhmənyarın XII əsrdə dediyi kimi, xarici təsirə məruz qalmayan bütün cisimlərin təbii halıdır. Qalileyin ətalət prinsipi — cisim xarici təsirə məruz qalmazsa, ya sükunətdə qalar, ya da sabit sürətli hərəkətini davam etdirər. Dinamikanın üç qanunu klassik və ya Nyuton mexanikasının əsasını təşkil edir: Cismə başqa cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazlaşdırdıqda o sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, kütləsi ilə tərs mütənasib olub, əvəzləyici qüvvənin təsiri istiqamətində yönəlir: a=F/m və ya F=ma. İki cismin qarşılıqlı təsir qüvvəsi qiymətcə bərabər olub istiqamətcə əksdir, F1=-F2 .Bu qanunlar Nyuton qanunları da adlanır. Bütün hərəkətlər müəyyən hesablama sisteminə görə öyrənilir.
Molekulyar dinamika
Molekulyar dinamika Femtokimya–kimyəvi reaksiyaları femtosaniyə vaxt diapa-zonunda (10–15 – 10–12 s) öyrənən elmdir “Femto” sözönu femten (“on beş”) sözunun kökündən yaranmışdır. Atom və molekullar üçün zaman şkalası vahidi femto-saniyədir (fs). Bu saniyənin milyardda birinin milyonda bir hissəsidir, yəni on üstü on beşə bölünmüş bir saniyədir (1 fs=10–15 saniyə). Bir saniyə ərzində işıq 300 min kilometr –Yerdən Aya qədər olan məsafəyə bərabər məsafə qət edir; bir femtosaniyədə işıq 300 nanometr (0,0000003 metr) məsafəni - bakteriyanın ölçüsü, insan tükü yoğunluğunun kiçicik bir hissəsi ilə müqayisə oluna bilən uzunluqda məsafə ke¬çir. Yalnız femtosaniyə zaman şkalasında atomların hərəkəti lazımınca görünən olur. Saniyədən fərqli digər vaxt ölçüləri də mövcuddur: atto¬saniyə (10–18s), pikosaniyə (10–12s), nanosaniyə (10–9s), mikrosaniyə (10–6s), millisaniyə (10–3 s). “Atto” skandinav sözü “on səkkiz”dən, “piko” ispanca “kiçik”, “nano” və “mikro” yunanca “cırtdan” və “kiçik”, “milli” latınca “min” sözündən yaranmışdır. Femtokimya elmi istiqamətinin banisi Misir mənşəli ABŞ fiziki Əhməd Zevayldır. O, 1999-cu ildə “Kimyəvi reaksiyaların real vaxt miqyasında femtasaniyə spektroskopiyası ilə tədqiqatlarına” görə Nobel mükafatına layiq görülmüşdür. Ali İslam dəyərlərinə malik dahi alim 2011-ci ildə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş, Prezident İlham Əliyev tərəfindən qəbul oluinmuş, AMEA və BDU-da görüşlər keçirmişdir.
Daxili dinamiki tarazlıq qanunu
“Daxili dinamiki tarazlıq qanunu”-zəncir reaksiyası daxili dinamiki müvazinətin pozulmasına səbəb olur. == Ümumi məlumat == İlk dəfə olaraq N.İ.Reymers tərəfindən irəli sürülmüş bu qanun onunla izah olunur ki, hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki keyfiyyətləri bir-biri ilə o qədər sıx əlaqədə olurlar ki, onların hər hansı birində baş vermiş dəyişiklik digərində müəyyən dəyişikliyin yaranmasına səbəb olur. Həmçinin bu halda sistemin dinamiki, məlumat vermə və energetik keyfiyyətləri saxlanılır. Bu qanun ekosistem və biosfer də daxil olmaqla ayrı-ayrı təbii sistemlərin maddə, enerji, məlumat vermə və dinamiki keyfiyyətlərinin bütövlükdə qarşılıqlı əlaqədə olduğunu müəyyən edir və bu göstəricilərdən hər hansı birinin hər hansı dəyişməsi sistemim ümumi keyfiyyətinin saxlanılması ilə bütün digər göstəricilərinin funksional struktur kəmiyyət və keyfiyyət dəyişməsinə səbəb olur. Təbii mühitin istənilən bir elementinin dəyişməsindən sonra mütləq zəncirvari reaksiyalar artır ki, bunun da nəticəsində həmin dəyişikliyin neytrallaşmasına cəhd olunur. Qeyd etmək lazımdır ki, göstəricilərdən birinin cüzi dəyişməsi bütün ekosistem üzrə digər göstəricilərin güçlü dəyişməsinə də səbəb ola bilər.
Dayaq (maye dinamikası)
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır.Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir. Artıq nəzarət səthləri üzərində hakimiyyət zəiflədiyinə görə, saxlanma qabiliyyəti belə bir vəziyyətdə qəzaya səbəb ola bilər.
Mütləq bərk cisim dinamikası
Mütləq bərk cisim dinamikası — bir-birinə bağlı cisimlər sisteminin xarici qüvvlələrin təsiri altında hərəkətini öyrənir. Fərz edilir ki, cisimlər mütləq bərkdir, yəni onlar tətbiq edilmiş qüvvələrin təsiri altında deformasiya etmir. Beləliklə, belə sistemlərin analizi sistemin konfiqurasiyasını təsvir edən parametrlərin hər bir cismin başlanğıc konfiqurasiyasının irəlliləmə və fırlanma hərkətlərini təsvir edən parametrlərə azadılması ilə sadələşdirilir. Maye, elastik və plastik xassələrə malik cisimlər belə qanunlarla təyin olunmur. Mütləq bərk sistemin dinamikası hərəkət (kinematika) qanunları və Nyutonun ikinci qanununun (kinetika) tətbiqi ilə təsvir olunur. Bu tənliklərinin həlli, ümumi sistemin və eləcə də onun hər bir komponentinin yerini, hərkətini və təcilini zamandan asılı olan funksiya şəklində müəyyən edir. == Tətbiqləri == Robot sistemlərinin analizi üçün Heyvanların, insanların və insana bənzər sistemlərin biomexaniki analizi üçün Kosmik obyektlərin analizi üçün Dinamik əsaslı sensorların, məs. giroskopik sensorların, layihələndirilməsi və inkişafı üçün Video oyunların qrafikasının yaxşılaşdırılması == Həmçinin bax == Klassik mexanika == Ədəbiyyat == E. Leimanis (1965). The General Problem of the Motion of Coupled Rigid Bodies about a Fixed Point. (Springer, New York).
Əhalinin dinamikası və strukturu
XX əsrdə dünya əhalisi 1,5 mlrd. nəfərədək artmışdır. Lakin ayrı-ayrı ölkələrdə və regionlarda bu artım qeyri-bərabər gedir. IEÖ-də artım sürəti son iki onillikdə sabit alçaqdır. Keçid iqtisadiyyatına malik ölkələrdə artım sürəti kəskin azalmışdır. Rusiyada, bir sıra MDB ölkələrində, Baltikyanı ölkələrdə, Şərqi Avropada əhalinin təbii azalması prosesi müşahidə olunur. Əhalinin artım sürətinin azalması IEOÖ-də, xüsusən, Şərqi Asiya, Cənub-şərqi Asiya və Latın Amerikası ölkələri hesabına baş verir. Hal-hazırda işçi qüvvəsinin 2/3-i adambaşına ən kiçik ÜDM göstəricilərinə malik ölkələrin payına düşür. == Əhalinin yaş strukturu == Yaş strukturunun 2 əsas tipi mövcuddur. 1-ci tip əksər IEOÖ üçün səciyyəvidir və uşaqların çox olması, yaşlı insanların (65 yaşdan yuxarı) isə az olması ilə səciyyələnir.
Dinamit
Dinamit - Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır. == İstifadə sahələri == Dinamitin əsas istifadə sahələri inşaat,mədən sənayəsi və dağıntı üçün istifadə olunur amma son illərdə daha üstün xüsusiyyətlərə sahib partlayıcıların bazara çıxarılması ilə istifadəsi azalmışdır. Hal hazırda, əsasən su altı dağıntılar törətmək və digər sahələrdə əlavə partlayıcı kimi istifadə olunur . Dinamit bəzi silahlı qüvvələr tərəfindən, düşməni yavaşlatmaq məqsədi ilə yol və körpülərin istifadəsiz hala salınması zamanı istifadə olunur. Kassalar kimi zirehli əşya və ya otaqlarin partladılmasında dinamit yox, dinamitin qaynadılmasından əmələ gələn mayenin üstündəki nitrogliserin qaymağı istifadə olunur. == Tərkibi == Dinamit, 3 ölçü nitrogliserin, 1 ölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur.
Dinamizm
Dinamizm [[[alman dili|alm.]] Dynamismus; fr. Dynamisme; ing. Dynamism; osm. tr. kuviye; ər. لى حَ ] — Materiyanın güc ya da qüvvətin bir təzahür forması olduğunu önə sürən fəlsəfə təlimi. Şeylərin mahiyyətinin qeyri-maddi qüvvələrdən ibarət, materiyanı isə şeylərin hərəkətinin təzahürü olan həmin qüvvələrdən törəmə hesab edən fəlsəfi təlimlər.
Dinamo
AzərbaycandaDinamo Bakı — "Bakı" futbol klubunun keçmiş adı. Dinamo Kirovabad — Azərbaycan SSR-də futbol klubu.GürcüstandaDinamo Tbilisi FK — Gürcüstanda futbol klubu.
Dinamo GOHM
"Dinamo" GOHM — Bakı şəhərini təmsil etmiş sovet futbol klubu. 1928-ci ilə qədər yaradılmışdı. == Adlanması == 1987-ci ilə qədər — "Dinamo"; 1988-ci il — "Bakılı" GOHM; 1989—1990-cü illərdə — "Termist" GOHM; 1991-cü il — "Dinamo" GOHM. == Nailiyyətləri == Birinci dəstədə — 14-cü yer ( 1945-ci il Futbol üzrə SSRİ çempionatı, ikinci qrupda). SSRİ kuboku — 1/4 finalda məğlubiyyət (1944). == Xarici keçidlər == Footballfacts bazasında klub haqqında məlumat Wildstat bazasında klubun qeydə alınmış oyunları История азербайджанского футбола.
Dinamo əməliyyatı
Dinamo əməliyyatı (ing. Operation Dynamo), Dünkerk əməliyyatı, Dünkerk möcuzəsi (ing. Miracle of Dunkirk), və ya Dünkerk təxliyəsi (ing. Dunkirk evacuation) — İkinci Dünya müharibəsi dövründə Fransa hərbi kampaniyası zamanı Dünkerk döyüşündən sonra Almaniya hərbi qüvvələri tərəfindən Dünkerk şəhəri yaxınlığında mühasirəyə alınmış ingilis, fransız və Belçika hərbi birliklərinin dəniz yolu ilə təxliyə əməliyyatı. Evakuasiya əməliyyatı 26 may — 4 iyun 1940-cı il may ayının 26-dan iyun ayının 4-ə qədər davam etmişdir. Altı həftəlik Fransa döyüşləri zamanı çox sayda Belçika, İngiltərə və Fransa hərbi bölmələri Almaniya qoşunlarının mühasirəsinə düşdükdən sonra əməliyyatın başlanılması qərara alındı. Britaniya İmperiyasının Baş naziri Vinston Çörçill İcmalar Palatasında çıxışında bunu "böyük bir hərbi fəlakət" adlandırdı və "İngiltərə ordusunun bütün özəyinin, əsasının və beyni"nin Dünkerkdə mühasirədə qaldığını və onun məhv olmaq ya da ələ keçirilmək təhlükəsi yaranığını söyləmişdi. İyunun 4-də etdiyi "çimərliklərdə döyüşəcəyik" çıxışında Çörçill onların xilas edilməsini "qurtuluş möcüzəsi" olaraq qiymətləndirmişdi.Nasist Almaniyası 1939-cu ilin sentyabrında Polşanı işğal etdikdən sonra Fransa və Böyük Britaniya İmperiyası Üçüncü Reyxə müharibə elan etdilər və onu iqtisadi blokadaya saldılar. Böyük Britaniya Ekspedisiya Qüvvələri (BEQ) Fransanın müdafiəsinə kömək üçün qitəyə göndərildi. Avropada baş verən Qəribə müharibədən sonra Almaniya Belçika və Hollandiyanı işğal etdi və 1940-cı il mayın 10-da Fransaya hücum etdi.
Dinnik gürzəsi
Dinnik gürzəsi (Vipera dinniki) — Əsl gürzələr cinsinə aid ilan növü. Rus zooloqu Nikolay Yakovleviçin şərəfinə adlandırılmışdır (1847–1917). == Görünüşü == Dinnik gürzəsi 500–550 mm uzunluğa malik olur. Quyruğu isə 30–80 mm-dir. Bədənin üzəri boz-yaşıl, narıncı, və qəhvəyi rəng calarlarında olur. == Yayılması == Dinnik gürzəsi Böyük Qafqazın yüksək dağlıq ərazilərində yayılmışlar. Onlara Rusiya, Gürcüstan və Azərbaycanda yayılmışlar. Azərbaycanda Zaqatala Dövlət Təbiət qoruğu ərazisində rast gəlinə bilər. == Həyat tərzi == Dinnik gürzəsi qafqaz gürzəsinfən fərqli olaraq düzən ərazilərdə yayılmışlar. Onlara əsasən 1500 metrdən 3000 m hündürlüyə qədər olan ərazilərdə rast gəlinir.
Ninami Dohaçi
Ninami Dohaçi (仁阿弥道八, 1783[…] – 9 iyul 1855 və ya 1855) – yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır. İmitasiya işlərinə görə məşhurlaşmışdır. == Həyatı == Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur. Onun atası da dulusçu idi. O, Okuda Eysenin şagirdi olmuşdur. Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur.Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur. Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır. Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır. O, Nonomura Ninsey və Oqata Kenzan kimi sənətçilərin işlərini, eləcə də, Koreya üslublarını və raku dulusçuluğunu dəqiq və canlı imitasiya etməsinə görə tanınmışdır.Əsas əsərlərinə sakura və ağcaqayın dizaynlarına malik şirli qablardır.
Dinamo Bakı FK
Bakı — Azərbaycanın futbol klubudur. Komanda ev oyunlarını Bakı Futbol Klubu Stadionunda oynayır. Arena 3000 azərkeş tutumuna malikdir. Hal-hazırda İsgəndər Cavadov adına "Bakı" Futbol Akademiyası adı ilə Region Liqasında çıxış edir. == Yaranışı == Klub 1997-ci ildə "Polis Akademiyası" və "Qartal-95" klublarının birləşməsindən yaranıb.1997-ci ildə "Polis Akademiyası", 1997–2000-ci illərdə "Dinamo" adlandırılıb. 2000–2001-ci illərdə "Bakılı" Futbol Klubu ilə birləşib və "Dinamo-Bakılı" adlandırılıb. 2004-cü ildən etibarən klubu "BAGHLAN GROUP" şirkətlər qrupu himayəyə götürüb. Elə həmin ildən də klubun adı dəyişdirilərək "Bakı" adlandırılıb. == Bakı Azərbaycan çempionatlarında == 1997/1998 mövsümündə Azərbaycan çempionatının ikincisi olmuşdur. 2004/2005 mövsümündə Azərbaycan kubokunun sahibi olmuşdur.
Dinamo Batumi FK
Dinamo Batumi FK – Gürcüstanın futbol klubu.
Dinamo Berlin FK
Dinamo (Berlin) — Almaniyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 15 dəfə Avropa kuboklarında iştirak edib.
Dinamo Buxarest FK
Dinamo - Rumıniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 40 dəfə Avropa kuboklarında iştirak edib.
Dinamo GOHM FK
"Dinamo" GOHM — Bakı şəhərini təmsil etmiş sovet futbol klubu. 1928-ci ilə qədər yaradılmışdı. == Adlanması == 1987-ci ilə qədər — "Dinamo"; 1988-ci il — "Bakılı" GOHM; 1989—1990-cü illərdə — "Termist" GOHM; 1991-cü il — "Dinamo" GOHM. == Nailiyyətləri == Birinci dəstədə — 14-cü yer ( 1945-ci il Futbol üzrə SSRİ çempionatı, ikinci qrupda). SSRİ kuboku — 1/4 finalda məğlubiyyət (1944). == Xarici keçidlər == Footballfacts bazasında klub haqqında məlumat Wildstat bazasında klubun qeydə alınmış oyunları История азербайджанского футбола.
Dinamo Kazan FK
"Dinamo" — Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində SSRİ dövründə fəaliyyət göstərmiş futbol klubu. == Tarixi == 1926-cı ildə Kazan şəhərində yaradılmışdır. Müvəffəqiyyətsiz olduğu üçün komandanın fəaliyyəti 1949-cu ildə başa çatdırıldı.
Dinamo Kazan QVK
"Dinamo Kazan" — qeyri-müstəqil Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərini təmsil edən qadın voleybol klubudur.Muxtar Respublika hal-hazırda Rusiyanın tərkibində olduğu üçün komanda Rusiya Superliqasında çıxış edir. == Tarixi == Komanda 2002-ci ildə Tatarıstan prezidentinin sərəncamı ilə yaradılmışdır. Klub Rusiyanın son illərdə ən böyük çıxış yaxalayan komandalardandır. Komanda ilk çempionluğunu 2011-ci ildə yaşadı. Daha sonra ardıcıl iki il bu titulu qorudu. Son Rusiya çempionu 2013-cü ildə super ulduz Yekaterina Qamovayı transfer edərək onsuzda güclü olan heyətini daha da zənginləşdirdi. 2014-cü ildə isə kazanlılar Bakıda keçirilən "Dördlər finalı"nda ilk öncə Rabitəni məğlub edib daha sonra finalda son çempion Vakıfbank Günəş Sığortanı 3-0 yenərək tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazandı. Həmçinin, turnirin ən yaxşı oyunçusu da Qamova oldu.
Dinamo Kazan VK
"Dinamo Kazan" — qeyri-müstəqil Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərini təmsil edən qadın voleybol klubudur.Muxtar Respublika hal-hazırda Rusiyanın tərkibində olduğu üçün komanda Rusiya Superliqasında çıxış edir. == Tarixi == Komanda 2002-ci ildə Tatarıstan prezidentinin sərəncamı ilə yaradılmışdır. Klub Rusiyanın son illərdə ən böyük çıxış yaxalayan komandalardandır. Komanda ilk çempionluğunu 2011-ci ildə yaşadı. Daha sonra ardıcıl iki il bu titulu qorudu. Son Rusiya çempionu 2013-cü ildə super ulduz Yekaterina Qamovayı transfer edərək onsuzda güclü olan heyətini daha da zənginləşdirdi. 2014-cü ildə isə kazanlılar Bakıda keçirilən "Dördlər finalı"nda ilk öncə Rabitəni məğlub edib daha sonra finalda son çempion Vakıfbank Günəş Sığortanı 3-0 yenərək tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazandı. Həmçinin, turnirin ən yaxşı oyunçusu da Qamova oldu.
Dinamo Kiyev FK
Dinamo (Kiyev) - Ukraynanın Kiyev şəhərini təmsil edən, Ukrayna premyer liqdasının daimi iştirakçısı olan futbol klubudur. Ukraynanın ən titullu futbol klubudur. SSRİ-nin bütün futbol üzrə çempionatlarında iştirak etmiş 2 klubdan biridir (Moskva "Dinamo"su ilə birlikdə). SSRİ-nin ən titullu klubudur.İlk dəfə SSRİ çempionu olmuş qeyri-Moskva klubudur. İki dəfə Kuboklar kubokunu (1975,1986), bir dəfə isə UEFA Superkubokunu (1986) qazanmışdır. İlk dəfə Avropada mükafat qazanmış SSRİ klubudur. 15 dəfə Ukrayna çempionu olmuş, 12 dəfə Ukrayna kubokunun, 8 dədə Ukrayna superkubokunun sahibidir. == Tarixi == 1927-ci ildə 13 may tarixində yaradılmışdır.İlk rəsmi oyununu "Beliy Cerkov" şəhərində, həmn şəhərin yığmasına qarşı keçirmişdir. Növbəti oyun 17 iyun 1928-ci ildə Odessa Dinamosuna qarşı keçirmişdir (2-2). Ümumittifaq idman cəmiyyəti kimi isə Dinamo 1923-ci ildə Feliks Djerzinskinin təşəbbüsü ilə yaradılmışdır.
Dinamo Krasnodar QVK
"Dinamo Krasnodar"( rus. Динамо Краснодар) — Rusiyanın Krasnodar şəhərini təmsil edən qadın voleybol klubu. == Tarixi == 1946-cı ildə yaradılmış və elə həmin mövsümdən etibarən SSRİ çempionatında mübarizə aparmışdı. 1994-cü ilə qədər dəfələrlə elitanı tərk edən komanda elə böyük bir uğur qazana bilməmişdi. Nəhayət, bəhs edilən ildə Krasnodar təmsilçisi Rusiya Kubokunu qazana bilmişdi. Komandanın tarixindəki ən böyük uğuru 2012-13 mövsümünə təsadüf edir. Həmin mövsüm Avropa Qadınlar CEV Çağırış Kubokunun finalında İtaliyanın River Volley Pyaçentsa komandasını məğlub edərək Avrokuboklarda ilk titullarını qazanmışlar.
Dinamo Mahaçqala FK
«Dinamo» FK — Mahaçqala şəhərindən olan Rusiya futbol klubu. 2007-ci ildə Həvəskar futbol liqasında çıxış edirdi. == Başqa adları == 1958—1960 — «Temp» 1996—1997 — «Dinamo‑İmamat» == Tarixi == Klub 1946-cı ildə yaradılıb və debüt çıxışını «Şimali Qafqaz» zonasında üçüncü liqada etmişdir. Mövsüm nəticələrinə görə «Dinamo» mümkün səkkiz yerlərdən yeddinci yer tutur və həmin ili buraxılır. Klub 1958-ci ilə qədər heç bir SSRİ çempionatında çıxış etmir. Ancaq bu dəfə «Temp» adı ilə. 1960-cı ildə komandaya onun keçmiş adı — «Dinamo» qaytarılır. 1967-ci ildə «Dinamo» Birinci sovet futbol liqasının qalibi olur və oradan İkinci Qrupa keçir. 1971-ci ildə, çempionatın yeni təşkilatlanmasından sonra yenidən İkinci liqada çıxış etməyə başlayır. 1989-cu ildə «Dinamo» 20 mümkün yerlərdən 18-cisini tutur və İkinci aşağı liqaya enir.
Bəhreyn dinarı
Bəhreyn dinarı (Ərəbcə: دينار بحريني; ISO 4217: BHD) - Bəhreyndə istifadə edilən pul vahididir. 1 Bəhreyn dinarı təqribən 1000 filsəyə bərabərdir. Bəhreyn dinarı Bəhreyn Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Bəhreyn dinarı = 2.65210 ABŞ dolları.
Küveyt dinarı
Küveyt dinarı — Küveytin milli valyutası, ABŞ dollarına nisbətən dünyada ən bahalı valyutadır. 1961-ci ildə yaradılmış və rupini əvəzləmiş bu valyuta qısa zamanda möhkəmlənə və dünyanın ən bahalı valyutalarından birinə çevrilə bilib. Hazırda bu göstəriciyə görə o, ilk yerdədir və dünyanın ən dəyərli valyutasıdır. İndi 1 Küveyt dinarı 2,52 avro və ya 3,65 dollara bərabərdir. == Mənbə == Dünyanın ən bahalı valyutası hansıdır?
Liviya dinarı
Liviya dinarı(Ərəbcə: ليبي ينار;simgə:ل.د;ISO 4217:LYD)Liviyada rəsmi pul vahidi. == Əsginaslar == 1971-də əsginaslar 1,5,10,20,50,100 dinar idi və üzərində I İdrisin şəkli var idi.Amma 2008-ci il 31 avqust tarixində Liviya dinarında yenilik baş verdi:Dinarlar üzərində Müəmmər Qəzzafinin şəkli yerləşdiriləcəkdi... 2011 hadisələrindən sonra Dinarda dəyişiklik oldu:14 yanvar 2012 Qəddafi xalq düşməni adlandırıldı və Ömər Əlqəbrin əmri ilə 1 və 50 dinardakı Qəddafinin rəsmi çıxarıldı. 2 sonra, 2013-cü il 17 fevralda anti-Qəddafi protestoçuları 1 dinarda Liviya sivil müharibəsinə aid şəkil yerləşdirdi. == Maraqlı Faktlar == Qəddafi öz şəklini dinara yerləşdirmə qərarını verəndə, Xalqı heç bir üsyan qaldırmamışdı:Qəddafi isə reportajların birində belə demişdi:"'Əlbəttə ki, xalqım məni sevir və hər bir xalq özünə sadiq bir lider axtarır.Mən öləndən sonra dinarda qalan portrəm xalqımda əzm və cəsarət yaradacaq və sonrası isə bütün qərb xalqına məlumdur.'" Deyilənlərə görə Qəddafi dinara öz şəklini yerləşdirməyi Səddam Hüseyndən öyrənib. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Yuqoslaviya dinarı
Dinar üç Yuqoslaviya dövlətlərin valyutası idi: Yuqoslaviya krallığı (keçmiş Serblər, Xorvatlar və Slovenlər krallığı), YSFR və YFR. Dinar 100 paradan ibarət idi. == Banknotlar == === 1918-ci il dinarı === 1920-ci ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının Milli Bankı 10, 100 və 1000 dinarlıq əskinaslar buraxdı. 1929-cu ildə ölkənin adı Yuqoslaviya ilə dəyişdirildikdən sonra şəkli dəyişdirilmiş 10 və 100 dinarlıq əskinaslar buraxıldı. 1931-ci ildə yeni 1000 dinar, 1935-ci ildə isə 500 dinarlıq əsginas buraxıldı. 1939-cu ildə 10 dinar dəyərində yeni dizayna malik banknotlar buraxıldı. === 1944-cü il dinarı === 1944-cü ildə Demokratik Federal Yuqoslaviyası 1, 5, 10, 20, 50, 100, 500 və 1000 dinarlıq əskinaslar buraxdı. Daha sonra, 1946-cı ildə Yuqoslaviya Federal Xalq Respublikasının Milli Bankı tərəfindən 50, 100, 500 və 1000 dinar nominallı əskinaslar buraxıldı. 1950-ci ildə 5000 dinarlıq əskinas tətbiq edildi. Dinar kollaborasionist hakimiyyətin buraxdığı serb dinarı (1 yuqoslav : 20 serb) və MXD-nın kunasını əvəzlədi (1 dinar : 40 kuna). Həmçinin, 50 para, 1, 2 və 5 dinar dəyərində sink sikkələri buraxılırdı.
İordaniya dinarı
İordaniya dinarı (JOD, qeyri-rəsmi JD) — İordaniyanın pul vahidi.
İraq dinarı
İraq dinarı (ərəb. دينار عراقي‎) ya da qısaca dinar (ərəb. دينار‎), İraqda istifadə olunan pul vahididir. == Nominalları == 1931–1932-ci illərdə 1, 2, 4, 10, 20, 50 və 200 nominallı ilk İraq sikkələri dövriyyəyə buraxılmışdır. Gümüşdən 20, 50 və 200 fils pul cırdı. 1953-cü ildə gümüşdən zərb olunan 100 nominallı dəyəri olan sikkələr dövriyyəyə daxil edilmişdir. 1959-cu ildə İraq Respublikasının qurulduqdan sonra 1, 5, 10, 25, 50 və 100 sikkə sikkələr dövriyyəyə girdi. 1967-ci ildə yeni tipli sikkələr 5, 10, 25, 50 və 100 fillinq nominallaşdırılmışdır. 1970-ci ildən etibarən 250 nominallı nikel sikkələri, 1971-ci ildən etibarən 500 nominallı sikkələr istifadəyə verilmişdir. Bundan əlavə, 1980-ci ildən etibarən 1 dinar dəyərində nikel sikkələri dövriyyəyə buraxıldı.
Namık İsmail
Namık İsmail (türk. Namık İsmail; 1890 – 30 avqust 1935, İstanbul) — Türkiyə rəssamı, yazıçısı, siyası xadimi. == Həyatı == === Uşaqlıq illəri === Namık İsmail 1890-cı ildə Türkiyənin Samsun şəhərində anadan olub. Atası Altunizadə İsmail Zühtü bəy, anası Amasiyalı Yeğenzadə Hüsnü bəyin qızı Bakiyə xanımdır. İsmail anadan olduqdan az bir vaxt sonra ailəsi ilə birlikdə İstanbula köçür. İlk təhsilə 1896-cı ildə Kabataşda yerləşən "Şemsülmekatip"də başladı; daha sonra Beşiktaşdakı "Hamidiye" məktəbində təhsilini davam etdirdi. Rəsim müəllimi Arslanyanın tələbəsi oldu və məktəbi ikinciliklə bitirdi. Saint Benoit Litseyində oxudu. Qalatasaray Litseyi yanğın sonrası yenidən açılınca, Tofiq Fikrətin müdirliyi sırasında bu litseyi bitirərək orta təhsilini tamamladı. Rəsim müəllimi Şevket Dağdan fərdi rəsim dərsləri aldı.