XINAGÜLÜ

кил. xınaçiçəyi.
XINAÇİÇƏYİ
XINAQOYMA
OBASTAN VİKİ
Xınagülü
Xınagülü (lat. Impatiens) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinə aid bitki cinsi. Birillik otdur. Yarpaqları növbəli düzülür. Çiçəkyanlığı ikiqat, kasacığı mahmızvari ləçəkdir. Meyvəsi şirəli qutucuqdur; toxunduqda partlayır və toxumlar kənara səpələnir. Tropik Asiya, Afrika, Avropa və Amerikada 400-dək (başqa məlumata görə 700-dək), keçmiş SSRİ-də 8, o cümlədən Azərbaycanda 2 növü var. Dekorativ bitkidir. Yarpaq və çiçəyi yun boyamaqda (qırmızı və sarı) işlədilir. Xalq təbabətində istifadə olunur.
Balzam xınagülü
Balzam xınagülü (lat. Impatiens balsamina) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinin xınagülü cinsinə aid bitki növü.
Adi xınagülü
Adi xınagülü (lat. Impatiens noli-tangere) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinin xınagülü cinsinə aid bitki növü.

Значение слова в других словарях