Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diqqət
Diqqət — psixi fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsi. Diqqət idrak proseslərindən fərqlidir. Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəqqətiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Bu mənada diqqət cisim və hadisələrin əksi olmayıb, psixi fəaliyyət obyektinin aydın əks olunmasını təmin edir. Deməli diqqətin əsas vəzifəsi insanın şüurlu fəaliyyətinin seçici xarakter daşımasını təmin etməkdir. == Diqqətin funksiyaları == Diqqət mürəkkəb psixi hadisə kimi xarakterizə olunur. === Seçmək funksiyası === Mövcud fəaliyyətə uyğun gələn təsirlər seçilir, digər ikinci dərəcəli kənar təsirlərə əhəmiyyət verilmir. === Saxlama funksiyası === İdrak fəaliyyəti başa çatana qədər psixi fəaliyyət həmin obyekt üzərində mərkəzləşdirilir. === Nəzarət etmə funksiyası === Fəaliyyətin gedişini tənzimləyib, ona nəzarət edilir.
Diqqət mərkəzində
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır. Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb. 2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Diqqət müddəti
Diqqət müddəti — diqqət yayınmadan əvvəl bir işə fikrini cəmləmək üçün sərf olunan vaxt. Diqqətin başqa bir fəaliyyətə nəzarətsiz şəkildə yönəldilməsi zamanı diqqət dağınıqlığı baş verir. Diqqət təlimi zamanı şagirdlərin uzun müddət müzakirə mövzusuna diqqətini cəmləməyə öyrədilməsi və prosesdə dinləmə və analitik bacarıqların inkişaf etdirilməsinin təhsilin bir hissəsi olduğu bildirilir. İnsanların təxmini diqqət müddətini ölçmək diqqətin nə üçün istifadə olunduğundan asılıdır. "Müvəqqəti diqqət" və "seçilmiş davamlı diqqət" terminləri qısa müddətli və diqqət mərkəzində olan diqqəti ayırmaq üçün istifadə olunur. Müvəqqəti diqqət diqqəti müvəqqəti cəlb edən və ya yayındıran stimula qısamüddətli reaksiyadır. Tədqiqatçılar insanın müvəqqəti diqqətinin dəqiq miqdarı ilə razılaşmırlar, halbuki seçilmiş davamlı diqqət zamanla tapşırıqda ardıcıl nəticələr verən diqqət səviyyəsidir. Sağlam şəxslərin diqqət müddəti ilə bağlı ümumi hesablamalar 5 saatdır. İnsanlar eyni şeyə yenidən fokuslana bildikləri üçün bu mümkündür. Bu diqqəti yeniləmək qabiliyyəti insanlara bir neçə dəqiqədən çox davam edən şeylərə, məsələn, uzun filmlərə "diqqət yetirməyə" imkan verir.
Diqqət iqtisadiyyatı
Diqqət iqtisadiyyatı — insanların diqqətini məhdud bir resurs kimi görən və bu diqqəti cəlb etməyə yönəlmiş iqtisadi və texnoloji sistemləri araşdıran bir anlayışdır. Bu konsepsiya, müasir rəqəmsal dövrdə, xüsusən də sosial media, reklam və texnologiya sahələrində daha da aktuallaşmışdır. == Əsas ideya == Diqqət iqtisadiyyatının təməlində duran fikir budur: İnsanların diqqəti məhduddur. Bu məhdud diqqəti cəlb etmək, saxlamaq və yönləndirmək iqtisadi dəyər yaradır. Ənənəvi iqtisadiyyat mallar və xidmətlərin istehsalı və istehlakı ilə bağlıdırsa, diqqət iqtisadiyyatı, insanların vaxtını və diqqətini necə yönləndirdiyini və bunun necə iqtisadi faydaya çevrildiyini incələyir. == Necə işləyir? == 1. Diqqətin resurs kimi görülməsi: İnsanlar gündəlik olaraq məhdud miqdarda diqqət sərf edə bilər. Müasir texnologiyalar, xüsusilə sosial media və rəqəmsal platformalar, bu diqqəti cəlb etmək üçün rəqabət aparır. 2. Məhsullar və xidmətlər: Sosial media platformaları (məsələn, Facebook, Instagram, TikTok), axtarış motorları (Google), və streaming xidmətləri (YouTube, Netflix) pulsuz xidmətlər təqdim edir. Əslində bu platformalar istifadəçilərin diqqətini reklamçılara və ya digər şirkətlərə satır.
Diqqət, Konsertə Başlayırıq! (1969)
Diqqət mərkəzində (film, 2015)
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır. Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb. 2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Diqqət, konsertə başlayırıq! (film, 1969)
Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu
Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (abbr. DÇHP, ing. attention deficit hyperactivity disorder, abbr. ADHD) — neyroinkişaf pozuntusu. == Simptomları == Diqqətsizlik, hiperaktivlik (yetkinlərdə isə istirahətsizlik), pozucu davranış və impulsivlik DÇHP-nın əsas simptomlarıdır. Uşaq böyüyəndə, bariz hiperaktvlik yox olan birinci simptomlardan ola bilər. Halbuki o, həmçinin daha az aşkar formalara da keçə bilər. Məsələn, DÇHP ilə yeniyetmələr qurdalana, ayaqnan taqqıltı edə bilər. Həmçinin, DÇHP ilə yeniyetmələr istirahətsiz, uzun zaman ərzində bir yerdə otura bacarmayan və sakit yox, enerjili fəaliyyətinə üstülük verən ola bilər. Hiperaktivlikdən başqa olan simptomlar daha uzun ömürlü ola bilər.
Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Rifkət Boqdanov
Rifkət İbrahimoviç Boqdanov (rus. Рифка́т Ибраги́мович Богда́нов, d. 13 iyun 1950, Mamıkovo, Tatar MSSR — ö. 3 noyabr 2013, Moskva, Rusiya Federasiyası) — Tatar əsilli SSRİ və Rusiya riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Skobeltsyn Nüvə Fizika İnstitutunun Nüvə Reaksiyalar Şöbəsinin aparıcı tədqiqatçısı. Rifkət Boqdanov, uzun bir xəstəlikdən sonra 3 noyabr 2013 tarixində, gecə vaxtdı Moskvada vəfat etmişdir. == Elmi fəaliyyət == Boqdanovun əsas fəaliyyəti, diferensial tənliklər, qeyri-xətti dinamik sistemlər, bifurkasiya nəzəriyyəsi və diferensial geometriya sahəsində olmuşdur. == Biblioqrafiya == Версальная деформация особой точки векторного поля на плоскости в случае нулевых собственных чисел. // Тр. семинара им. И. Г. Петровского, вып.
Rza Diqqəti
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Xilqət Abdullayev
Rifət Ağalarov
Rifət Ağalarov (19 aprel 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
Rəqqə mühafəzəsi
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Rəqqə əyaləti
Rakka əyaləti və ya Rakka bəylərbəyli — 1594-cü ildə III Murad dövründə qurulan Osmanlı imperiyası ərazisidir. Suriyanın 1516-cı ildə Yavuz Sultan Səlimin fəthindən sonra yaradılan vilayət Suriyanın şimal bölgələrini əhatə edən Hələb əyalətinə tabe idi. Rakka əyaləti 1594-cü ildə yaradılaraq mərkəzi Urfa olmaqla Hələb vilayətindən ayrılmışdı. Urfa, Ruha və ya Əl-Cəzirə adlandırıldı. Əyalət Türkiyənin Urfa, Suriyanın Rakka, Haseke və İraqın Ramadi bölgələrini əhatə edirdi. 9 bəylərbəylikdən ibarət olan əyalət, 1864-cü ildə yeni vilayət sisteminə keçildikdən sonra eyni torpaq əraziləri ilə Hələb vilayətinə qaytarılmışdır.
Çendler Riqqz
Çendler Riqqz (ing. Chandler Riggs; 27 iyun 1999, Atlanta) — Amerikalı azyaşlı aktyor. Ən çox AMC televiziya kanalında Gəzən ölülər serialındakı Karl Qrayms roluna görə tanınır. == Həyatı == O Corciya ştatının inzibati mərkəzi Atlantada anadan olub. 10 yaşında Gəzən ölülər serialında rol alıb. 2012-ci ildə Teleseriallar üçün Ən yaxşı Aktyor mükafatını qazananlardan biri olub.
Ər-Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Triqqer
Triqqer — yaddaşa malik olan rəqəmsal qurğu. İstənilən qədər uzun müddət ərzində iki mümkün dayanıqlı tarazlıq vəziyyətindən birində ola bilir və xarici idarəedici siqnalın təsirilə sıçrayışla bir vəziyyətdən digərinə keçə bilir. Bir tarazlıq halından digərinə keçid zamanı cərəyan və gərginliklər də sıçrayışla dəyişir. Trigger tranzistorlar əsasında qurulmuş iki gücləndiricidən ibarətdir. Hər bir gücləndiricinin çıxışı digərinin girişi ilə birləşdirilmişdir. Belə birləşmə nəticəsində triggerdə müsbət əks əlaqə alınır. Triggerin ötürmə xarakteristikasında histerezis müşahidə olunur, yəni çıxış siqnalı iki qiymət ala bilər. Triggerlərin təsnifatı müxtəlif əlamətlərinə görə aparılır. Məsələn, məlumatın qəbul olunması üsullarına görə, qurulma prinsipinə görə, funksional təyinatına və imkanlarına görə və s. Triggerlər doymuş və doymamış, sinxron və asinxron, simmetrik və qeyri–simmetrik kimi qruplara bölünür.
Nigger
Zənci (isp. negro "qara (rəng)", — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Həmçinin bax == Zəncilər == İstinadlar == == Xarici keçidlər == Анучин Д. Н.. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. == Terminalogiya == Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Ər-Rəqqə mühafazası
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə mühafazlığı

Ər-Rəqqə mühafəzəsi

Ər-Rəqqə əyaləti
Rakka əyaləti və ya Rakka bəylərbəyli — 1594-cü ildə III Murad dövründə qurulan Osmanlı imperiyası ərazisidir. Suriyanın 1516-cı ildə Yavuz Sultan Səlimin fəthindən sonra yaradılan vilayət Suriyanın şimal bölgələrini əhatə edən Hələb əyalətinə tabe idi. Rakka əyaləti 1594-cü ildə yaradılaraq mərkəzi Urfa olmaqla Hələb vilayətindən ayrılmışdı. Urfa, Ruha və ya Əl-Cəzirə adlandırıldı. Əyalət Türkiyənin Urfa, Suriyanın Rakka, Haseke və İraqın Ramadi bölgələrini əhatə edirdi. 9 bəylərbəylikdən ibarət olan əyalət, 1864-cü ildə yeni vilayət sisteminə keçildikdən sonra eyni torpaq əraziləri ilə Hələb vilayətinə qaytarılmışdır.
Audemars Piguet
Audemars Piguet — İsveçrə lüks saat şirkəti. == Tarixi == 1875-ci ildə Le Brassus sakinləri Edvard-Auguste Piguet və Jules-Louis Audemars tərəfindən qurulmuşdur.
Entoni Legget
Entoni Legget (26 mart 1938, Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 2003 və 2008-ci illərdə Fizika shəsində ən mükəmməl təlimçi seçilmişdir. == Bioqrafiyası == Fizika müəllimləmi olan ingilis bir ata və riyaziyyat müəllimi olan irlandiyalı bir ananın uşağı olan Entoni Legget 1938-ci ildə doğulmuşdur. "Klara" və "Judis" adında iki bacısı, "Terence" və "Paul" adlarında iki qardaşı var. 1972-ci ildə evləndiyi antropoloq "Haruko Kinase" (doğ. 20 noyabr 1950) ilə 28 sentyabr 1978-ci il təvəllüdlü "Elizabeth Asako" adlı bir qızları var. == Təhsili == Uşaqlıq və gənclik zamanları döyüş illərinə təsadüf etmişdir. Katolik bir məktəbdə təhsilini başlayan Legget sonra yüksək qeydləri sayəsində Uimbldonda bir məktəbə daxil olmuşdur. Atasının işə başladığı xüsusi bir məktəb olan "Beaumont College" də lisey təhsilini tamamlamışdır. 1954-cü ildə Oksford Universiteti, Baliol Kollecinin imtahanlarına girir və qazanır.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896[…], Nevşatel[d] – 16 sentyabr 1980[…], Cenevrə) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof.
Trigger (şirkət)
Trigger Inc. (株式会社トリガー, Kabushiki kaisha Torigā, TRIGGER və Studio Trigger kimi də tanınır) — 22 avqust 2011-ci ildə Gainax əməkdaşları Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən yaradılmış Yaponiya cizgi filmi studiyası. == Biznes == Trigger Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən Gainax-ı tərk etdikdən qısa müddət sonra 22 avqust 2011-ci ildə yaradılmışdır. Studiyanın adı və saytı 2011-ci ilin oktyabrında məlum olmuşdur. Müxtəlif layihələr üzərində digər studiyalarla əməkdaşlıq edən studiya "Little Witch Academia" adlı qısametrajlı anime və "Kill la Kill" adlı anime serialı (2013-cü ilin oktyabrından 2014-cü ilin martına kimi) ilə məşhurluq qazanmışdır. "Little Witch Academia" animesinin ikinci seriyasını çəkmək üçün studiya Kickstarter layihəsini başlatmışdır. Layihə yaxşı qarşılanmış və 5 saat içində 150.000 $ əldə olunmuşdur. Bu göstərici daha sonra 625.518 $-a çatmışdır. 11 mart 2014-cü ildə studiya eyniadlı anime əsasında "When Supernatural Battles Became Commonplace" animesini çəkmişdir.
Stefan Bignet
Stefan Bignet (29 iyun 1971) — Fransanı təmsil edən triatlonçu. == Karyerası == Stefan Bignet Fransanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 31-ci pillədə başa vurdu.
Noa Ringer
Noa Ringer (ing. Noah Ringer) — ABŞ idmançısı və keçmiş aktyor. Ən çox Sonuncu hava maqı filmində Aanq roluna görə tanınır. == Həyatı == Texas ştatının Dallas şəhərində doğulan Noa on yaşında olarkən, anası tərəfindən Karrollton şəhərində taekvondo bölməsinə aparılmışdı. 2008-ci ilin dekabr ayında, o birinci dan qara kəməri əldə etmişdi.
Jak Roqqe
Jak Roqqe(2 may 1942[…], Gent[…] – 29 avqust 2021[…]) — Beynəlxalq Olimpiya Komitəsinin 8-ci prezidenti (2001–2013). == Həyatı == Jak Roqqe BOK-un 8-ci prezidentidir. O, 2001-ci ildə ispaniyalı Xuan Antonio Samarançı əvəzləyib. 2013-cü ildə onu bu postda Tomas Bax əvəz etmişdir. İxtisasca həkim olan Jak Roqqe yelkən idmanı ilə peşəkar səviyyədə məşğul olub. O, 1968, 1972 və 1976-cı illərdə Olimpiya oyunlarının iştirakçısı olub. Bundan başqa, Jak Roqqe reqbi üzrə Belçika yığmasının şərəfini qoruyub.