XƏLİT

ə. 1) qarışıq, qatışıq; 2) m. yoldaş, yar, həmdəm.

XƏLİL
XƏLİTƏ
OBASTAN VİKİ
Bərk xəlitə
Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın. Bərk xəlitədən hazırlanmış alətlər 800÷900 °C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar.
Forma yaddaşlı xəlitələr
Forma yaddaşlı xəlitələr uyğun əməliyyatdan sonra temperaturun təsiri altında struktur çevrilmələri sayəsində öz əvvəlki formasını alır. Bu xəlitələr 8%-ə qədər uzanma deformasiyasını dəf edərək geri qayıda bilir. Temperatur aktivliyini nəzərə alaraq prosesin tezliyi 2Hs-dən böyük olmur. === Tərkibi === Forma yaddaşlı materiallarda deformasiya mexanizminin əsasında geriyə dönə bilən termosərtlikli martensit çevrilməsi durur. Austenit tərkibli materialın deformasiyası zamanı o bir haldan digərinə - martensitə çevrilir. Bu materiallarda martensit yüksək termosərtliyə malikdir. Çevrilmə temperaturundan yuxarıda qızdırma zamanı əks proses baş verir, yəni martensitdə yaranan daxili gərginliklər, materialın strukturunu əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Keçid, deformasiyaya uğrayan kristal qəfəsin yenidən düzlənməsi ilə müşayiət olunur. Material öz əvvəlki formasını alır və soyuduqda yenidən martensitə çevrilməsinə baxmayaraq bu formanı saxlayır. Qəfəslərdə bu və ya digər istiqamətdə deformasiya zamanı ayrı-ayrı fazaların dənəciklərinin sərhəd səthləri boyunca yaranan sürtünmə nəticəsində histerezis effekti meydana gəlir.
Mis-nikel xəlitəsi
Mis-nikel xəlitəsi — mis əsaslı xəlitə, onun əsas aşqar vurma elementi nikeldir. Mis və nikelin qarışdırılması nəticəsində yaranan xəlitə korroziyaya qarşı davamlılığı güclənir, elektrik müqaviməti və möhkəmlik isə artır. Mis-nikel xəlitəsi əsasən elektrotexnika və konstruksiya tipli olur. Konstruksiya xəlitəsi korroziyaya qarşı yüksək dərəcədə davamlıdır. Konstruksiya tipli mis-nikel xəlitəsinə neyzilber və melxior aiddirlər. Melxior nikellə misdən alınan, bəzən dəmir və manqan da əlavə olunaraq hazırlanan gümüşəoxşar ərintidir. Adətən melxiorun tərkibinə 5–30 % nikel, ≤0,8 % dəmir və ≤1 % daxil olur, qalanın hamısı misdən ibarətdir. Neyzilber 5–35 % nikeldən və 13–45 % manqandan ibarət mis xəlitəsi. Bu tip xəlitəyə yüksək elektrik müqavimət və elektriki cərəyanla hərəkət etdirən qüvvə xasdır, kopel və konstantan bu növə aiddir. Konstantan nikel (39–41 %) və manqan (1–2 %) əlavə olunmuş termostabil mis əsaslı (təxminən 59 %) xəlitədir.
Xəlitli
Xəlitli — Azərbaycan Respublikasının Göyçay rayonunun Yeniarx inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-qərbdə, Göyçay-Ucar avtomobil yolu üzərində, Çərəkə və Yeniarx kəndlərin yanında, Şirvan düzündə yerləşən kənd. Xalidli oyk., sadə. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir. XIX əsrin birinci yarısında Çərəkə kəndindən ayrılmış xalidli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır .Xəlitli (bəzən adı Xalidli və ya Xəlidli kimi də yazılır) yaşayış məntəqəsi XIX əsrin birinci yarısında indiki Göyçay rayonunun Çərəkə kəndindən ayrılıb gəlmiş xalidli nəslinə mənsub olan ailələrin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Yerli əhali kəndin adını Xəlitli kimi tələffüz edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1154 nəfər əhali yaşayır. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və pambıqçılıqla məşğul olur.
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.