Yağlayıcı materiallar
Yağlayıc materiallar - bərk, plastik, maye və qazşəkilli maddələr olub, avtomobil texnikası, sənaye maşınları və mexanizmləri, həmçinin məişətdə sürtünmə zamanı yaranan yeyilməni azaltmaq üçün tətbiq olunurlar.
Hərəkətli mexanizmlərdə( mühərriklər, yastıqlar, reduktorlar və s.) sürtünməni və konstruksiya və digər materialların mexaniki emalında (yonma, frezləmə, pardaqlama və s.) sürtünməni azaltmaq məqsədilə yağlayıcı materiallardan müasir texnikada geniş istifadə olunur. Yağlayıcı materialların təyinatı və işləmə şəraitindən asılı olaraq onlar bərk halda (qrafit, molibden-disulfidi , kadmium-iodidi, volfram-diselini, bor nitridi,və s.), yarı bərk halda, yarı maye halda (ərinmiş metallar, solidol, konstalin), maye halında (avtomobil və digər maşın yağları), qazşəkilli (karbon qazı, azot, inert qazlar) olurlar.
Sürtünən cütlərin materiallarının xassələrindən asılı olaraq yağlama üçün həm maye (məslən, minerallar, sintetik yağlar), həm də bərk maddələrdən istifadə olunur.
Materialına görə yağlamalar bğlünürlr:
mineral- onların tərkibi əsasən karbohidratlardan, neft emalından əldə olunan məhsullardan ibarətdir.
sintetik- üzvi və qeyri-üzvi xammaların sintezindən əldə (məsələn: silikon yağlar) olunur.
üzvi - bitki əsaslı olurlar (məsələn: palma yağı).
Yağlayıcı maddələr əsasına görə kombinə edilə bilirlər.
Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar – hidromexaniki ötürücülər mühərrikdən ötürülən fırlanma anının və fırlanma tezliyinin mütamadi dəyişilməsini təmin edirlər. ötürmə prosesi işçi maye ilə (aşağı özlülü yağla) doldurulan boşluq əmələ gətirən təkərli pərli nasosun və turbinin hesabına həyata keçirilir.