YARIMSƏHRA

arid iqlim şəraitində formalaşan landşaft tipi. Meşəsiz olub bitki və torpaq örtüyü kompleksi ilə fərqlənir. Y. mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə səhra landşaftı, tropik qurşaqlarda isə səhra landşaftı ilə savanna landşaftı arasında keçid zonaları təşkil edir. Burada çöl, savanna və səhra landşaftlarının elementləri birləşir. полупустыня semi-desert, half-desert
YARIMPLATFORMA
YARIMTAĞ
OBASTAN VİKİ
Yarımsəhra
Yarımsəhra – arid iqlim şəraitində formalaşan landşaft tipi. Meşəsiz olub bitki və torpaq örtüyü kompleksi ilə fərqlənir. Y. mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə səhra landşaftı, tropik qurşaqlarda isə səhra landşaftı ilə savanna landşaftı arasında keçid zonaları təşkil edir. Burada çöl, savanna və səhra landşaftlarının elementləri birləşir. (rus. полупустыня, ing. semi-desert, half-desert) Yarımsəhra, yarımsəhra zonaları — Yerin əsas landşaft tiplərindən biri. Mülayim va subtropik qurşaqlarda çöl ilə səhra, tropik qurşaqlarda isə səhra ilə savanna landşaftları arasında keçid təşkil edir. İqlimi mülayim və subtropik qurşaqlarda quru, kontinental, tropiklərdə qızmar və qurudur. Orta temperatur qışda mülayim qurşaqlarda —20°S-yə qədər, subtropiklərdə 0°S-dən yuxarı, tropiklərdə 12–20°S, yayda müvafiq olaraq 22–25°S, 20–25°S, 30°S-dir.
Yarımsəhra zonası

Yarımsəhra landşaft kompleksi
Yarımsəhra landşaft kompleksi- Yarımsəhralar Abşeron yarımadasının böyük bir hissəsinin (90%) əhatə edir. Bu da iqlimin quraq olması, relyefin alçaq olması və süxurların litoloji tərkibi ilə əlaqədardır. Onun arealı Xəzər dənizi ilə 500–600 m. Mütləq hündürlüklər arasındaki ərazini əhatə edir. Yarımadanın qərb və mərkəz hissələrinin relyefi sinklinal dərə və çökəkliklərlə ayrılmış qabarıq antiklinal silsilələr, tirələr və yüksəkliklərlə xarakterizə olunur. Bu ərazilərdə Neogen və Dördüncü dövrün karbonatlı – terrigen çöküntüləri yayılmışdır. Burada həm də palçıq vulkanları çox inkişaf etmişdir. Yarımadanın şərq hissəsi əsasən düzənlik olub, orta-yuxarı-Dördüncü dövr və müasir çöküntülərlə örtülmüşdür. Nisbətən hündür relyef yarımadanın şimal-qərb hissəsində rast gəlinir (Qoyundağ – 333 m, Qaraheybət – 272 m), şərqə doğru isə relyef alçalır (Məqribi R. A., 1997). Yarımsəhra iqliminin məhsulu olan şoranlıqlar və duzlu göllər (Mirzaladi, Böyük Şor, Saray, Pirşağagöl və s.) yarımadanın landşaftları üçün xarakterik olub geniş yayılmışdır.
Yarımsəhra və səhra bitkiliyi
Yarımsəhra və səhra bitki senozları respublikanın düzən ərazilərində dəniz səviyyəsindən başlayaraq 200-500 m hündürlüyə qədər, əsasən Xəzər sahilində, cənubi-şərqi Şirvanda, Mil, Muğan, Şirvan və Qarabağ düzlərində, Ceyrançöldə, Qobustanda yayılmışdır. Naxçıvan MR ərazisində yarımsəhra bitkiləri 600-700 m-dən 1200-1300 m-dək rast gəlinir. İqlimin yüksək rütubətlik dərəcəsi və qrunt sularınn səthə yaxın yerləşməsilə əlaqədar Lənkəran ovalığında və Xaçmaz-Yalama regionunda meşələrin yayılması müstəsnalıq təşkil edir. Yarımsəhra zonasında suvarma əkinçiliyi geniş yayıldığından təbii (ilkin) bitki örtüyünün sahəsi xeyli azalmışdır. Mövcud yarımsəhra örtüyü uzun müddətli mal-qara otarılması nəticəsində öz ilkin vəziyyətini itirmişdir. Belə sahələr əsasən suvarılmayan və şumlanmayan sahələrdə qalmışdır. Bunlar əsasən bu və ya digər dərəcədə pozulmuş efemerli qarağanlıqlardan və kəngizliklərdən ibarətdir. Onların tərkibinə kəvər (Capparis), xostək (Caragana), soğanaqlı qırtıc, yapon tonqalotu (Bromus yaponica) və taxıl otları qarışır. Təkrar şorlaşmaya məruz qalan və hazırda qış otlaqları kimi istifadə olunan sahələrdə torpağın duzluluq dərəcəsindən asılı olaraq qaraşoran (Halocnemum), qışotu (Petrosiminia) sarıbaş (Salsola ruthenica), xəzər şahsevdisi (Halostachus Caspica) yayılmışdır. Dənizkənarı qumluqlarda sirkən (Atriplex), otsarmaşığı (Convovulus), dikyarpaq (Agriophyllum), qum yovşanı, qum göyçiçəyi, dəvətikanı (Alhagi camelorum) və başqa otlar geniş yayılmışdır.
Yarımsəhra və quru çöllər iqlimi

Значение слова в других словарях