yarıq
yarıqaçan
OBASTAN VİKİ
Böyük Yarıq
Böyük Yarıq — Adi gözlə, Süd Yolunun parlaq qolunu, uzunluğunun üçdə biri qədərini uzunlamasına bölən və çoxlu sayda ulduzun zolaqları ilə əhatə olunmuş qaranlıq bir zolaq kimi görünür. Astronomiyada Böyük Yarıq-(bəzən Qaranlıq Yarıq kimi , çox az hallarda Qaranlıq Çay kimi də adlandırılır) Günəş Sistemi ilə Süd Yolu qalaktikasının Oxatan qolu arasında uzanan örtülü, qeyri-parlaq, molekulyar toz buldudunun birləşməsidir. Bu buludlar Yerdən 800–1000 parsek (2600–3300 i.i.) məsafədə yerləşir. Buludlar 1 milyon günəş kütləsi tərtibində plazma və tozdan ibarətdir.Böyük Yarıq Qu bürcündən başlayaraq burada, Qu Yarığı və ya Şimal Kömürü adlandırılır, Qartal bürcünə uzanır; İlandaşıyan bürcündə genişlənir; Oxatan bürcündə Qalaktik Mərkəzdə gizlənir; və nəhayət Sentavr bürcünə uzanır. Qaranlıq ən vacib bölgələrdən biri, Qu OB2 assosiasiyasıdır, o gənc ulduzların böyük bir qrupunu özündə birləşdirməklə bərabər həm də Dünyanın yaxınlığındakı ən böyük ulduzəmələgəlmə bölgələrindən biridir. Bu cür qaranlıq yarıqlar, Andromedada NGC 891 və Veronikanın Saçları bürcündə NGC 4565 (İynə qalaktikası) kimi bir çox kənar qalaktikalarda görülə bilər.
Yarıq boyu pillə
Yarıq boyu pillə – (rus. уступ приразломный, ing. fault line scarp) bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaran­mış pillə. Ekzogen qüvvələr nəti­cəsində relyefdə əksini tapmış, tek­tonik qırılma. Denudasiya proses­ləri nəticəsində kəskin dəyişilmiş olur.
Avatar: Aanq haqqında əfsanə — Yarıq
Yarıq (ing. The Rift); tam adı Avatar: Aanq haqqında əfsanə — Yarıq (ing. Avatar: The Last Airbender – Rift) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2014-cü ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Axtarış komiksindən sonra baş verir.

Значение слова в других словарях

завлека́тельность копти́льщик ма́тушкин беспла́новость в голове ве́ртится волюнтари́стский изъязвля́ть мала́йка неро́бкий подостри́ть профсою́зный фотока́мера обоюдный огренуться accolade cherry plum corky execratory faddish jigget ophthalmite pedal бесконечность болгарский расписываться