yastı-gərgin 2021

yastı-gərgin
yastı
yastı-qabarıq
OBASTAN VİKİ
Gərgin (Bicar)
Gərgin (fars. گرگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (72 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yastı mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Yastı qurdlar
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı sahil
Yastı sahil (rus. берег отлогий, ing. flat coast) — dəniz cərəyanları sahildən gətirilən qırıntı məhsullarını apara bilmədikdə bu məhsullar çimərlikdə qeyri-bərabər formada çökərək əmələ gətirdiyi maili səth və dənizə doğru miqrasiya edən yastı akkumulyativ sahil.
Yastı şibyəyeyən
Yastı şibyəyeyən (lat. Eilema deplana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16–18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.
Yastı pəncə
Yastı pəncə (ing. pes planus) – pəncə tağının müxtəlif dərəcədə çökməsi və ya olmaması nəticəsində pəncənin döşəmə səthinə bütünlüklə toxunmasıdır. Dərəcəsindən asılı olaraq ağrı bədənin müxtəlif nahiyələrində olur.
Yastı sümüklər
Yastı sümüklər — sahəsi qalınlığından əhəmiyyətli dərəcədə böyük olan skelet sümükləri. Yastı sümüklərə kəllə sümüyü, bel sümükləri, qabırğa sümükləri və çanaq sümüyü daxildir. Yastı sümüklərin əsas funksiyası mexaniki qorumadır (kəllə boşluğunu, döş qəfəsini). Bundan əlavə, yastı sümüklər əzələlərin bağlanması üçün geniş səth sahələrini təmin edir. == Strukturu == Bu sümüklər iki nazik sümük təbəqəsindən ibarətdir. Onların arasında qırmızı sümük iliyi olan müxtəlif miqdarda süngər sümük yerləşir. Yetkinlərdə qırmızı qan hüceyrələrinin çoxu yastı sümüklərdə əmələ gəlir. Kəllə sümüklərində yığcam toxuma təbəqələri kəllə plitələri kimi tanınır. Xarici hissəsi qalın və sərt, daxili — nazik, sıx və kövrəkdir. == Ossifikasiyası == Ossifikasiya yastı sümüyün gələcək yeri tutan differensiallaşmamış birləşdirici toxuma təbəqələrinin əmələ gəlməsi ilə başlayır.
Yastı abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Yastı qurdlar tipi
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı zirvə buzlağı
Yastı zirvə buzlağı (rus. ледник плоских вершин, ing. table summit glacier, plateau glacier) — kömbəvari formada buzlaq tipi, maili düzəlmə səthi üzərində yatır və ümumi meyilliyə doğru istiqamətlənmiş olur. Adətən dik buzlaq pilləsilə qurtarır. Mərkəzi Tyan-Şan üçün səciyyəvidir.
Yastı qurdlar (Platyhelminthes) tipi