yayılış
yayılmaq
OBASTAN VİKİ
2019-nCoV koronavirusunun yayılması
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
Azərbaycanda İslamın yayılması
Azərbaycanda islam — VII əsrdə Azərbaycan (Qafqaz Albaniyası və Atropatena ərazisi) ərəblər tərəfindən fəth edildikdən sonra burada tədricən İslam dini yayılmağa başlamışdır. == İslamın yayılması == Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634–644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə", lakin ərəb qoşunu, məğlub olub hər tərəfə qaçışan Sasani orduları üzərində asanlıqla qazandığı qələbələrdən və əldə etdiyi zəngin qənimətlərdən həvəsə gəlib daha şimala doğru irəliləməkdə davam edirdilər və xəlifələr adətən öz komandalarının bu "özbaşınalığına" fıkir vermirdilər, xüsusilə ona görə ki, qələbə ilə qurtaran hər bir vuruşma xəlifənin xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. Ərəblər yeni vilayət və ölkələri tutanda əvvəllər həmin yerləri öz idarə anlayışları əsasında idarə etməyə başladılar. Bu idarə üsulu həmin ölkələrdə yalnız mümkün olduğu qədər çox vergi və natural mükəlləfıyyətlər əldə etməkdən, habelə başqa dinə mənsub olub itaət altına alınanlar arasında islam dinini yaymaqdan ibarət idi. Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər tərəfindən istila edilməzdən əvvəl, daimi Bizans-Sasani müharibələri, xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur, ölkələrin istehsal qüvvələrini tükəndirirdi. Buna görə əhali ərəb istilaçılarının Azərbaycana gəlməsini illər boyu davam edən zülm və əzablardan xilas olmaq kimi hesab edirdi. Ərəblərin dövründə (hər halda Əməvilər hakimiyyəti başlayanadək) kəndlilər əvvəlkinə nisbətən, bir qədər yaxşı yaşamağa başlamışdılar, çünki ərəblər yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə onlara sərbəstlik verirdilər.
Ebola virusunun yayılması (2014)
Ebola virusunun yayılması — 2014-cü ilin fevral ayından etibarən Qərbi Afrika ərazilərində sürətlə yayılmağa başlamışdır. Ebola xəstəliyinə səbəb olan virus ilk dəfə Qvineya ərazisində müəyyən edilmiş və sürətlə digər Afrika ölkələrinə keçmişdir. Xəstəlik nəticəsində ən azı 12,222 nəfər dünyasını dəyişib. 2014-cü ilin 20 avqust tarixinə olan hesabata görə virus nəticəsində Qvineyada 406, Liberiyada 624, Nigeriyada 5 və Syerra Leoneda isı 392 nəfər dünyasını dəyişmişdir.
Nüvə silahlarının yayılmaması haqqında müqavilə
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.
Nüvə silahlarının yayılması haqqında müqavilə
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.

Значение слова в других словарях